Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Dələduzluq və saxtakarlıq ittihamı ilə tutulub
Amma xəstədir, təcridxanada yata bilməz
Şənbə, 21.08.2010

İ.Telmanoğlu mətn ölçüsü  

Dünən Bakı Apellyasiya Məhkəməsi "STİM" MMC-nin kommersiya direktoru Süleyman Abbasov barəsində Səbayel Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbirini dəyişmədən qüvvədə saxlayıb.

Məhkəmə öz qərarını Süleyman Abbasovun ƏN Penitensiar Xidmətinin tibb müəssisəsində müalicə olunması ilə izah edib. Bu barədə "Turan"a Süleyman Abbasovun vəkili Elmar Süleymanov məlumat verib.

Vəkilin sözlərinə görə, S.Abbasovun 58 yaşı var və ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, bronxial astma və digər xəstəliklərdən əziyyət çəkir. İyulun 2-də Səbayel Rayon Məhkəməsi S.Abbasovun barəsində həbs qətimkan tədbiri seçib. "Bakı İstintaq Təcridxanasında onun səhhəti pisləşib. Oradan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb. Müalicəyə baxmayaraq, səhhətində müsbət dinamika müşahidə edilmir. Əksinə, ağırlaşma halları artır. Səhiyyə Nazirliyinin ekspertizasının rəyinə əsasən, S.Abbasovun həbsxana şəraitində saxlanması məqsədə müvafiq deyil. Amma bu rəyə baxmayaraq, məhkəmə yenə də həbs qətimkan tədbirini qüvvədə saxladı", - deyə o qeyd edib.

Rusiya vətəndaşı Süleyman Abbasov "STİM" MMC tərəfindən "Bank OF Azerbaijan"dan alınmış 100 min manat kreditin təyinatı üzrə xərclənməməsində təqsirləndirilir. Krediti şirkət götürüb və S.Abbasov STİM-də kommersiya direktoru işləyib. O, CM-in 178-ci (dələduzluq), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Vəkil qətimkan tədbirini ev dustaqlığı ilə dəyişdirməsi ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edibmiş. İndi isə Apellyasiya Məhkəməsinin qərarını Səbayel Məhkəməsinin ittihamyönlü qərarının davamı kimi qiymətləndirir.

Məhkəməyə media mənsubları və Rusiya səfirliyinin nümayəndəsi buraxılmayıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan dünyanı aldadır

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

Tarkan rus dilini öyrənməyə söz verib

"Rusiyanın Qafqazdakı aqressiv addımlarının davamı olacaq"

Natəvan Həbibi Rusiya şou-biznesinə qatıla bilmədi

Bölmənin digər xəbərləri
 
Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət
Səbəb - Ermənistan əsgərin meyitini vermir

Gəncədə hüquq müdafiəçilərinin görüşünə əngəl
Polis və İH: İntiqam Əliyev görüşdə iştirak etməsin!

Daxili Qoşunlar üçün yeni hərbi hissə
Onlar üçün yaşayış kompleksi də tikiləcək

Nazir xaricdə təhsil alan gənclərlə görüşüb
Misir Mərdanov: "Bu il 200 tələbənin xaricdə təhsil almaq üçün göndərilməsi nəzərdə tutulur"

Tələbə azad sahibkarlıq işində
Gənclər Bakıda bu mövzunu müzakirə edəcəklər

Orduda kadr dəyişiklikləri
SQ rəhbərliyində yerdəyişmələr ola bilər

Söz azadlığı forumu keçiriləcək
Bu sahədə xidmətləri olanlar mükafatlanacaq

Yağış yağacaq
Temperatur 10 dərəcə düşəcək

Balacaları 5 yaşından bağçaya göndərə bilməyəcəyik
Ən azı 5 il bu mümkün sayılmır

Satqın əsgərə hökm oxundu
Və 13 illiyə barmaqlıq arxasına göndərildi

Rusiya ordusu Qafqazda hərbi təlimlər keçirir
Rusiyanın Şimali Qafqazda, Ermənistanda, Abxaziya və Cənubi Osetiyada yerləşən hərbi hissələrində eyni vaxtda döyüş təlimləri başlayıb.

Azərbaycan üzərindən Əfqanıstana göndərilən yüklər artır
İraqdan çıxarılan əmlak bu istiqamətə yola salınır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər