Orduda kadr dəyişiklikləri
|
SQ rəhbərliyində yerdəyişmələr ola bilər
Şənbə, 21.08.2010
|
|
Azərbaycan Silahlı Qüvvələrinin rəhbər vəzifələrində növbəti dəyişikliklər dalğası başlayıb. Müdafiə Nazirliyinin iki qurumunun rəhbəri dəyişib. Bu barədə "MilAz" İA-ya hərbi mənbələrdən məlumat verilib. Belə ki, tibb xidməti polkovniki Məcid Məsimov Silahlı Qüvvələrin Tibb İdarəsinin rəisi vəzifəsinin icraçısı təyin olunub. Xatırladaq ki, bu vəzifəyə yaxınlara qədər general-mayor Dağlar Abdullayev rəhbərlik edirdi. O bu yaxınlarda ehtiyata buraxıldı. D.Abdullayevdən sonra vəzifəni müvəqqəti olaraq polkovnik Eldar Əliyev icra edirdi və indi həmin idarədə şöbə rəisidir.
Növbəti dəyişiklik isə Bakı Qarnizon Hərbi Hospitalının rəisi, tibb xidməti polkovniki Dövran Məmmədovun tutduğu vəzifədən azad olunması ilə bağlıdır. Onun yerinə bu yaxınlara qədər MN Mərkəzi Klinikasının rəisi vəzifəsində çalışmış tibb xidməti polkovnik-leytenantı Rəna Hacıyeva təyin olunub.
MN-də digər dəyişikliklər barədə də xəbər verilir. Əldə olunan bilgilərə görə, yaxın vaxtlarda nazirliyin rəhbər vəzifələrinə yeni kadrlar təyin olunacaq. Məsələ ilə bağlı hazırda müəyyən işlər aparılır.
|
|
|
Oxşar xəbərlər:
"Eurovision"un səsvermə qaydalarında ciddi dəyişiklik
KİV azadlığına yeni məhdudiyyətlər
Azərbaycanda NATO təlimləri üçün bazalar hazırlanır
Prezident Müdafiə Nazirliyində müşavirə keçirdi
|
|
|