Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Kremldə korrupsiya piramidasının memarı
Kremldə korrupsiya piramidasının memarı
Modernistlər Rusiyanı bu bataqlıqdan necə çıxaracaqlar - sual budur
Şənbə, 21.08.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)
mətn ölçüsü  

Yeni Rusiya tarixində 3-cü prezident Dmitri Medvedev modernləşmə ideologiyasını inkişaf etdirməklə, həm də özünün hakimiyyətdəki mövqeyini gücləndirir. Bununla da iqtidarda olan Vahid Rusiya Partiyasının strukturlarında bir sıra dərin çatlar yaranmağa başlayıb. Məzmun və keyfiyyət baxımından bu siyasi gücün tarixində "Yeni Rusiya modeli" anlayışı ictimai proseslərdə fundamental dəyişikliklərə səbəb olubdur. Bir tərəfdən ənənəvi Rusiya, digər tərəfdən isə modern Rusiya anlayışları arasında bir təzad var və bu təzad proseslərin hansı məcrada inkişaf edəcəyini proqnozlaşdırmaqda çoxlu problemlərə səbəb olur. Yerli və xarici politoloqların ümumi fikri isə belədir: "Rusiyanı bir dövlət olaraq addım-addım çökdürən əsas amil korrupsiya piramidasının sürətli inkişafıdır. Artıq Kremlin özü bu piramidanın zirvəsinə çevrilib".

Yeni milli strategiyanı çoxları anlamır

Rusiyada sənayenin yeni texnologiyalar əsasında qurulması, rəqabətə dözümlü bazar münasibətlərinin modernləşməsi barədə prezident D.Medvedev bu ilin aprelində bir sıra qanunları qüvvəyə mindirdi. Bunun ardınca isə onun imzası ilə təsdiq olunan "2010-2011-ci illərdə korrupsiya ilə mübarizənin milli strategiyası" qanunu ətrafında çoxlu mübahisələr yarandı. Modernləşmə tərəfdarları bu qanunu müdafiə edərək bildirirlər ki, xidmət sahəsinin, dövləti maraqların çağdaş standartlara uyğunlaşdırılması bir sıra konfliktlərin həlli və korrupsiyanın kökünün tədricən dağılması deməkdir. Korrupsiya ilə mübarizənin nəticəsinə inanmayanların say çoxluğunu nəzərə alanların fikrincə, Rusiya məmurların, biznes dairələrinin anarxist düşüncə tərzi sayəsində idarə olunmalıdır. Bu mülahizə belə əsaslandırılır ki, çox böyük əraziyə malik olan bir ölkədə kimin güclü olması vacib şərtlərdən biridir.

Müşahidəçilərin fikrincə, inkişaf etmiş ölkələrdə hər bir vətəndaşın şəxs gəlirlərinin müvafiq vergi idarələri tərəfindən istənilən an yoxlanılması qanuni şərtlərdən biridir. Ancaq Rusiyada hələ ki, zəngin məmurların hansı yolla əmlak sahibi olması, bu yöndə müvafiq strukturların yoxlamalar aparmada uğurları olduqca məhduddur. Hətta məhkəmə hökmü ilə onun əmlakının müsadirə olunması belə qeyri-mümkündür.

Qərb ölkələrində korrupsiyaya qarşı effektiv tədbirlərin görülməsi yönündə qanunlar sayəsində qanunsuz gəlir mənbələrilə mübarizə də asandır. D.Medvedev Rusiyada bu strategiyanın tətbiq olunmasına işarə edərək bildirir ki, korrupsiyaya qurşanan məmurların əlindəki bütün əmlak dərhal müsadirə olunmalıdır. Onu müdafiə edən texnoloqlar isə təklif ediblər ki, korrupsiyanın miqyasına görə məmurların cərimə olunması barədə yeni qanunlar qəbul edilməlidir. Bununla bərabər korrupsiya piramidası texnoloqlarının fikrincə:

"Hər hansı bir məmurun əmlakının müsadirə olunması ölkədə məsuliyyətsizliyi daha da artıracaqdır.

REKLAM

Çünki rüşvətxorluğu öncə ifşa etmək lazımdır. Digər tərəfdən, əmlakın hansı "ağıllı" məmura aid olmasını hələ sübut etmək lazımdır".

Prezident D.Medvedevin yumşaq islahatlara yol açan fikirləri opponentləri tərəfindən bir qədər deformasiya olunmuş tərzdə, onların nəzarətində olan çoxsaylı KİV-lərdə və anlaşılmayan ifadə formalarında təqdim olunmaqdadır. Odur ki, Rusiya toplumu bunun mahiyyətinə varmaqda çətinliklərlə üzləşir. Halbuki bu iş Rusiya üçün həyati önəm daşıyır. Avrasiya məkanında ən böyük coğrafi əraziyə malik olan bir ölkədə bu yöndə islahatlar ölkənin gələcək müqəddəratı ilə bağlı məsələdir.

Korrupsiyanın girdabına çökən Rusiya

Hüquqi müstəvidə radikal islahatlara tərəfdar olanların fikrincə, onların mövqelərinin güclənməsi üçün cəmiyyəti buna inandırmaq lazımdır. Fəqət Rusiya gerçəkliyində bu addımları atmaq olduqca çətin bir iş hesab olunur. Çünki regionları öz nəzarətində saxlayan məmur oliqarxların arxasında yerli hüquq-mühafizə orqanları durur. Bu qüvvələr siyasi avantüralara hesablanmış texnologiyalardan öz maraqlarına uyğunlaşdırılmış tərzdə, bir effektiv təsir vasitəsi kimi yetərincə istifadə etməyi bacarırlar. Hətta kilsə və ya digər dinlərə məxsus strukturlar belə onların yanında yer alır.

Regionlardakı fabrik və zavodların, digər istehsal müəssisələrinin modern texnologiyalar əsasında qurulması prosesi 20 ildən çoxdur dayanıbdır. Hər il baş verən təbii fəlakətlərə görə ölkə xəzinəsindən milyardlarla vasait ayrılır, bu vəsaitlər əyalət oliqarxlarının Kremldəki dayaqları ilə birlikdə havaya sovrularaq mənimsənir. Mərkəzi Sibir, Uralboyu, Quzey Qafqazda dotasiya ilə saxlanılan neçə-neçə region mövcuddur. Bu regionlarda büdcədən ayrılan milyardlar neçə illərdir korrupsioner mafiya tərəfindən çox asanlıqla mənimsənir.

İstehsal sahələri faktiki olaraq kustar səviyyədən yuxarı qalxmır və Rusiya bu gün dünyada ən idxalçı ölkəyə çevrilib. Bu gün ölkənin fabrikləri adicə corab, cib yaylığı belə istehsal etmir. Son illər davam etməkdə olan maliyyə və iqtisadi böhranlar Rusiyanı bir dövlət olaraq tam çökdürməkdədir. Büdcə təşkilatlarında maaşlar, demək olar, vətəndaşların adi sosial ehtiyaclarına çatmır. Belə bir durumda ən üstün səviyyədə zənginləşənlər - korrupsiya bataqlığında özlərinə rahatlıq tapanlardır.

"Transrarency International" təşkilatının 2001-2009-cu illərdə Rusiyada apardığı tədqiqatlara görə, "Rusiyada korrupsiya halları bir neçə qrupa bölünür. Bunlar elitar (məmurlar və oliqarxlar), orta dərəcəli və xırda rüşvətxorluqdan ibarətdir". Bu qurumun araşdırmalarına görə, sabiq prezident Boris Yeltsin iqtidarından fərqli olaraq, Vladimir Putinin prezident olduğu dönəmdə "elitar korrupsionerlərin sayı bu piramidada iki dəfə artmışdır. Bunun əsas səbəblərindən biri oliqarxların məhz V.Putinin qanadları altında özlərinə isti yer tapa bilmələridir və onların sayı az deyil. Bu piramidanın nəzarətində olan rüşvətxorluğun miqyası ildə orta hesabla 300 milyard dollara bərabərdir. Faktiki olaraq korrupsiya piramidasının gəlirləri hər il 9,2 - 9,4 faiz artmaqda davam edir.

Qurumun hesabatında o da qeyd olunur ki, dünyada korrupsiya siyasətilə idarə olunan ölkələr arasında Rusiya 146-cı yeri tutur. Bu siyahıda onun yaxın qonşuluğunda Keniya və Syerra-Leone kimi ölkələr dayanır. Faktiki olaraq böyük Rusiya korrupsiya hallarının miqyasına görə Afrika ölkələri ilə bir sırada yer alır.

Liberal iqtisadi siyasət tərəfdarları olan mütəxəssislərin hesablamalarına görə, 2009-cu ildə ölkədə korrupsionerlərin şəxsi gəlirləri 2,5 dəfə artıbdır. Korrupsiyaya uğramış bələdiyyə məmurlarının gündəlik gəlirləri orta hesabla 9-23 min (225-575 dollar) rubl arasında hesablanır.

Digər aşağı və orta xidmət sektorunda da proseslər bu şəkildə idarə olunur. Ölkənin zəngin təbii sərvətlərini öz nəzarətində saxlayan oliqarxların aylıq gəlirləri on-yüz milyonlarla ölçülür.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
İran mühəndisləri öz AES-lərini tikəcək
Və uranı zənginləşdirəcəklər

Ordu kimin tərəfindədir?
Nüfuz uğrunda mübarizə ciddiləşir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər