Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Ordu kimin tərəfindədir?
Nüfuz uğrunda mübarizə ciddiləşir
Şənbə, 21.08.2010

S.Sədrəddin mətn ölçüsü  

Beynəlxalq sanksiyalara Mahmud Əhmədinejad hökumətinin münasibəti, gördüyü tədbirlər ölkənin aparıcı mətbuatında da tənqid olunur. Tehranda çıxan "Tehran-e-emruz" ("Gündəlik Tehran") qəzeti İrana "dost olmayan dövlətlərdən" hökumətin valyutanı çıxarma siyasətini tənqid edərək, bunu "peşəkarlıqdan uzaq" addım adlandırır. Qəzet iddia edir ki, bu iş Mərkəzi Bankın diqtəsi ilə gerçəkləşib. Ölkənin əsas maliyyə qurumu isə qəzetə cavab verərək bildirib ki, bu addım İranın valyuta ehtiyatını qorumaq məqsədi daşıyır.

"İRİB nyus"un məlumatına görə, bank "Tehran-e emruz"u dövlət maraqlarını güdməməkdə suçlayıb. Mərkəzi Bank qeyd edib ki, İranın maliyyə və bank fəaliyyəti haqqında qanununa əsasən, bu maliyyə qurumunun əsas məqsədi ölkədə milli valyutanın kursunu qoruyub saxlamaqdır. MB: "Bu məqsədi həyata keçirmək üçün Mərkəzi Bank valyuta ehtiyatlarının çeşidli vasitələrdən, eləcə də xarici dövlətlərlə qarşılıqlı əməkdaşlıqdan istifadə edir. Birtərəfli sanksiyaların tətbiq edildiyi şəraitdə Mərkəzi Bank maliyyə və bank fəaliyyətinin məhdudlaşdırılması məqsədi ilə ölkənin pul siyasətinə yenidən baxmağa borcludur.

Odur ki, valyuta ehtiyatını qorumaq üçün bank vacib ehtiyat tədbirləri həyata keçirir. Bu zaman bank hesablarının bağlanması və ya dondurulmasına, eləcə də valyuta ehtiyatının azalmasına yol verilməməlidir".

Amma bu hələ məsələnin bir tərəfidir. Sanksiyalarla bağlı baş verənlər hökuməti parlamentdən xəbərsiz qərarlar qəbul etməyə vadar edir. Belə bir şərait isə ölkənin qanunverici və icra qurumları arasında qarşıdurma yaradır.

"canaz.tv"yə istinadən bildirilib ki, Mahmud Əhmədinejad dini liderlərin qarşısında çıxışı zamanı ədliyyə naziri, parlament sədri Əli Laricaninin qardaşı Sadiq Laricanini tənqid edib.

Qeyd edək ki, prezident aparatının məsulu Cəfər Behdad Ə.Laricani haqda tənqidi məqalə yazdığına görə Ədliyyə Nazirliyi tərəfindən cəzalandırılıb.

"Tehran press" bildirir ki, S.Laricani Əhmədinejadın tənqidini "yersiz" çıxış adlandırıb: "Prezident təmkinli, ləyaqətli və ədalətli şəkildə danışmalıdır".

Xatırladaq ki, laricanilərlə Əhmədinejad arasında gərginlik bir neçə aydan bəridir diqqəti cəlb edir. Parlamentin sədri Əli Laricani məclisin sessiyasında hökumətin iqtisadi siyasətini dəfələrlə tənqid edərək deyib ki, əgər hökumətin yüksəkvəzifəli rəsmləri qanuna və parlamentin Ana Yasa hüququna qarşı çıxarsa, onda parlament onları vəzifədən kənarlaşdırma hüququndan yararlanacaq.

İranın keçmiş prezidenti və hazırda Parisdə mühacirətdə yaşayan Əbülhəsən Bənisədr bu olayı belə şərh edir:

"Əhmədinejadla İranın başqa yüksəkvəzifəliləri arasındakı mübahisə ölkənin iqtisadi vəziyyətinin pisləşməsi ilə bağlıdır. Gərginliyin səbəblərindən biri də İslam Respublikasının ali rəhbəri ayətulla Xamneyinin və İnqilab Keşikçiləri Qvardiyasının ötənilki prezident seçkisində Mahmud Əhmədinejadı dəstəkləməsindədir".

Vaşinqtondakı Yaxın Şərq İnstitutunun siyasi təhlilçisi, İranda anadan olmuş Aleks Vatankanın sözlərinə görə, ayətulla Xamneyi güc strukturaları arasında nüfuzunun zəifləməsindən rahatsızdır. Onun fikrincə, ölkənin ali rəhbəri bu qurumlarda Əhmədinejadın, yaxud başqa birinin nüfuzunun güclənməsini istəmir: "Buna görə də Əli Laricaniyə imkan verilir ki, Əhmədinejadla üz-üzə dursun". Onun qənaətincə, İran hakimiyyətindəki çəkişmələr ABŞ prezidenti Barak Obamanın Tehranla yaxınlaşma planlarını daha da çətinləşdirir.

Bir müddət öncə İran prezidentinin müşaviri R.Məşşai panirançılıq və panfarsizmin təbliği ilə bağlı xarici ölkələrdən birində çıxış etmişdi. "Ayna"nın ötən sayında xəbər verdiyimiz bu çıxışa hakimiyyət daxilindən təpkilər gəlməkdədir. Məsələn, İran ordusu qərargahının rəisi, general Seyid Həsən Firuzabadi prezident müşavirinin söylədiyini "azğınlıq" adlandıraraq deyir: "Bu cür açıqlamalar milli təhlükəsizliyə, o cümlədən müqəddəs İslam Respublikası ilə yanaşı, islam inqilabına həmlədir".

"İslam-azeri"nin məlumatına əsasan, Məşşai qərargah rəisinin dediklərinə belə münasibət bildirir: "Onun mənə qarşı irəli sürdüyü ittihama görə mənim də məhkəməyə müraciət etmək hüququm var. İctimaiyyəti düzgün məlumatlandırmaq üçün bu addımı atacağam. Bu işdə Allahımın yardımı mənə yetərlidir".

M.Əhmədinejad baş verən hadisədə müşavirini müdafiə edir: "O çox aydın danışıb. Əsl Məhəmməd islamının İran olduğu bir həqiqətdir. İslam tarixində və mədəniyyətində ölkəmiz danılmaz rola malikdir. Bu ifadələrin isə milliyyətçiliklə heç bir əlaqəsi yoxdur. Əksinə, bu böyük nemətə görə Allaha şükür etməyin bir ifadəsidir".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Əhmədinejada dini rəhbərdən xeyir-dua

Təbrizdə təcili görüş

Əhmədinejadın 201 yalanı

Əhmədinejad doğulan hər uşağa 780 avro boyun oldu

Bəsiclər təriflənir, əhali ələ alınır

Bölmənin digər xəbərləri
 
İran mühəndisləri öz AES-lərini tikəcək
Və uranı zənginləşdirəcəklər

Kremldə korrupsiya piramidasının memarı
Modernistlər Rusiyanı bu bataqlıqdan necə çıxaracaqlar - sual budur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər