Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
İran mühəndisləri öz AES-lərini tikəcək
İran mühəndisləri öz AES-lərini tikəcək
Və uranı zənginləşdirəcəklər
Şənbə, 21.08.2010

S.Sədi mətn ölçüsü  

On bir ildir Moskva Tehrana Buşəhr Atom Elektrik Stansiyasını istismara verəcəyi ilə bağlı vədlər verir. Məsələ ilə bağlı İran XİN sözçüsü Ramin Mehmanpərəst açıqlama verib. Onun sözlərinə görə, hazırda AES-də planlaşdırılmış son yoxlama işləri aparılır. Nazirlik təmsilçisi deyib ki, elektrik stansiyası tam fəaliyyətə başlayandan bir neçə ay sonra yanacaq əldə ediləcək.

Rusiya mənbələri isə bildirib ki, Buşəhr AES gələn həftənin əvvəlində işə düşə bilər. Avqustun 21-də gözlənilən təntənəli tədbirə Rusiya atom enerji təşkilatının başçısı Sergey Kiriyenko və RF energetika naziri Sergey Şmatkonun da qatılacağı deyilir.

İran parlamentinin milli təhlükəsizlik və xarici işlər üzrə komitəsinin sədri Əlaəddin Brücerdi bildirir ki, İslam Respublikası alimləri tərəfindən hazırlanmış layihəyə əsasən, ilk Atom Elektrik Stanisiyasının tikintisinə başlayacaqlar (İSNA). Açıqlamaya görə, komitə sədri Tehranın Fransa, Almaniya və ABŞ-ı AES-lə bağlı gələcək layihələrdə iştiraka dəvət etdiyini söyləyib. Brücerdi onu da bildirir ki, yeni AES Dərhovində inşa ediləcək.

Parlament təmsilçisinin sözlərinə əsasən, İran Qərb dövlətlərinin nüvə yanacağı mübadiləsi ilə bağlı vədlərinə inanmır. Odur ki, uranı zənginləşdirmək istiqamətində işlərini davam etdirəcək. Ə.Brücerdi deyib ki, Qərb dövlətləri, o cümlədən Fransa, Almaniya və ABŞ "öhdəlikləri dəfələrlə pozub, onlara etimad krediti bitib".

Onun sözlərinə görə, Rusiya Buşəhr AES üçün yanacaq verdiyinə görə etibar qazanıb: "Mən Moskvanı İslam Respublikası qarşısında götürdüyü bütün öhdəliklərə əməl etməyə çağırıram".

İran atom enerji təşkilatının başçısı Əliəkbər Salehi uranı zənginləşdirən yeni zavodun tikintisinə 2011-ci ilin martından başlanacağını xəbər verir.

Arayış: 1975-ci ildə Almaniyanın "Simens" şirkəti bu stansiyanın tikintisinə başlayıb. Ancaq 1979-cu ilin fevral inqilabından sonra inşaat işləri dayandırılıb. Min meqavat gücündə olacaq AES-də yarımçıq qalmış işləri 1995-ci ildən Rusiya mütəxəssisləri davam etdirir. Moskva vəd vermişdi ki, stansiyanı 1999-cu ildə təhvil verəcək. 2009-cu ilin yanvarında Rusiya tərəfi nüvə yanacağının tədarükünü dayandırıb.

Bir müddət öncə Sergey Kiriyenko bildirmişdi ki, Buşəhr stansiyasında işlər tezliklə başa çatacaq və cari ilin avqustunda istismara veriləcək. Baş nazir Vladimir Putin isə bu ilin martında demişdi ki, müəssisənin birinci bloku 2010-cu ilin yayında işə düşəcək. "Atomstroyeksport" rəisi Vladimir Pavlov onda AES-in 2010-cu ilin iyulunda istismar veriləcəyini söyləmişdi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

II tur başlandı

Təbrizli hərbi həkimin şübhəli ölümü

Bu gün ikinci dövrə başlanır

Nazim Süleymanov ilk qələbəsini qazandı

Yeni ilə lider kimi

Bölmənin digər xəbərləri
 
Ordu kimin tərəfindədir?
Nüfuz uğrunda mübarizə ciddiləşir

Kremldə korrupsiya piramidasının memarı
Modernistlər Rusiyanı bu bataqlıqdan necə çıxaracaqlar - sual budur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər