Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Müxalifət namizədlərini dəqiqləşdirir
Razılaşdırılmış şəxslərin adları açıqlanır
Şənbə, 21.08.2010

İ.Telmanoğlu mətn ölçüsü  

Dünən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq (DUİ) növbəti dəfə müzakirələr keçirib. Bu barədə APA-ya DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələrdə Müsavat Partiyası ilə DUİ arasında indiyə qədər və bundan sonrakı əməkdaşlıq məsələləri müzakirə olunub. Hər iki tərəf indiyə qədər üzərlərinə götürdükləri öhdəliklərə sadiq olacaqlarını bildirib. Razılığa gəlinib ki, seçki zamanı Müsavat Partiyası DUİ-nin 7, DUİ isə Müsavat Partiyasının 12 namizədini dəstəkləsin. Həmçinin seçki prosesi zamanı digər formalarda əməkdaşlıq da nəzərdə tutulur.

Ə.Oruc Müsavat Partiyası ilə DUİ-nin ilkin olaraq razılığa gəldiyi şəxslərin adlarını da açıqlayıb. Bunlar DUİ-dən Mirmahmud Mirəlioğlu (KXCP sədri), Pənah Hüseyn (DUİ Sədrlər Şurasının üzvü, millət vəkili), Qiyas Sadıxov (Xalq Partiyasının sədri), Elşad Musayev (Böyük Azərbaycan Partiyasının sədri), Əhməd Oruc (Azadlıq Partiyasının sədri), Bəybala Əbil (KXCP sədrinin müavini), İlqar Səidoğlu (KXCP üzvü).

DUİ-nin Müsavat Partiyasının namizədi olaraq dəstəkləyəcəyi şəxslər isə bunlardır: İsa Qəmbər (Müsavat Partiyasının sədri), Vurğun Əyyub (partiyanın Divan üzvü), Sülhəddin Əkbər (Ali Məclisin sədri), Mehman Cavadoğlu (sədr müavini), Hikmət Hacızadə (partiyanın Məclis üzvü), Tofiq Yaqublu (partiyanın sədr müavini), Arzu Səmədbəyli (partiyanın sədr müavini, "Müsavat" deputat qrupunun üzvü), Nəsib Nəsibli ("Müsavat" deputat qrupunun üzvü), İkram İsrafil ("Müsavat" deputat qrupunun üzvü), İltizam Əkbərli ("Müsavat" deputat qrupunun üzvü), Rauf Arifoğlu (partiya üzvü, "Yeni Müsavat" qəzetinin sahibi və baş redaktoru) və Adil Qeybulla (partiyanın Divan üzvü).

Ə.Oruc bildirib ki, Müsavat Partiyası ilə DUİ-nin seçkidə əməkdaşlığı ilə bağlı sənəd hazırlanaraq yaxın günlərdə yayılacaq. Məsləhətləşmələr zamanı AXCP-Müsavat Partiyası münasibətləri də müzakirə olunub.

Bu arada AXCP və Müsavat Partiyasının rəhbərliyi arasında növbəti görüş vaxtı da bəlli olub. Növbəti görüş avqustun 21-də keçiriləcək. Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Görüşün Müsavat Partiyasının qərargahında keçirilməsi nəzərdə tutulub. A. Hacılı qeyd edib ki, Müsavat Partiyası özü üçün prioritet sayılan bir sıra dairələri müəyyənləşdirib. Görüş zamanı həmin dairələrlə bağlı müzakirələr aparılacaq.

Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədri Əli Kərimli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı iştirak edəcək.

Qeyd edək ki, indiyədək Müsavat Partiyası ilə AXCP 70 seçki dairəsində vahid namizəd irəli sürməklə bağlı razılığa gəlib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Parlament seçkilərinə xarici müdaxilə?

İsa Qəmbər başqanlıqdan gedir

Ştefan Füle əminliklə danışır:

AXCP ilə Müsavat bir araya gəlmək fikrindədir

Bölmənin digər xəbərləri
 
Qafqaz Rusiyanın əməliyyat ssenarisində
Moskvanın məqsədi - regionda təkbaşına hegemonluq

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"
Rusiyanın 102 saylı baza ilə bağlı addımları ölkəmiz üçün təhlükələr vəd edir

"Ermənistan işğalçı və təcavüzkar dövlətdir"
Seyid Kazım Musəvi: "Ermənistan Azərbaycan torpaqlarından çıxmayana kimi İran bu ölkəyə taxıl verməyəcək"

"Rusiya Azərbaycana və Gürcüstana xəbərdarlıq edir"
Politoloq Mamuka Areşidze regionda Rusiya hərbi mövcudiyyətinin gücləndirilməsini belə dəyərləndirir

"Azərbaycanla birgə təlimlər mümkündür"
Hulusi Kılıç: "Türkiyə vətəndaşlarına viza güzəşti tətbiq ediləcəyini gözləyirik"

AŞ Azərbaycana 2 müşahidə missiyası göndərəcək
Parlament seçkilərini izləmək üçün

AXCP Müsavat ilə birləşmək qərarını verə bilər
Bu qərar sentyabrda partiya qurultayından gözlənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər