APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Səməd Seyidov deyib ki, müşahidə missiyalarından biri uzunmüddətli, o biri isə qısamüddətli olacaq. Uzunmüddətli missiya oktyabrda Azərbaycana gələcək. Missiyanın tərkibində AŞ-nin bir neçə deputatı da olacaq. Qısamüddətli missiya isə birbaşa seçki prosesini izləyəcək. Bu missiyanın tərkibi geniş olacaq. Orada müxtəlif partiyaların üzvlərinin, deputatların olacağı gözlənilir:
"Biz onları məhz seçki günü prosesi müşahidə etmək üçün dəvət etmişik. Hər iki missiya vacibdir və onların fəaliyyətini yerinə yetirməsi üçün Azərbaycan tərəfi öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək".
|