Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Azərbaycanla birgə təlimlər mümkündür"
"Azərbaycanla birgə təlimlər mümkündür"
Hulusi Kılıç: "Türkiyə vətəndaşlarına viza güzəşti tətbiq ediləcəyini gözləyirik"
Şənbə, 21.08.2010

mətn ölçüsü  

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç APA-ya müsahibəsində Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfərini yüksək qiymətləndirmiş və bu səfərin ardında bizim toplumu maraqlandıran bəzi suallara cavab vermişdir.

- Bəzi media orqanları səfərdən gözlənilən nəticələrin əldə olunmadığını iddia edir. Bu iddialara necə baxırsınız?

- Hörmətli prezidentimizin ziyarəti ikitərəfli və regional məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparmaq, bu çərçivədə siyasi, iqtisadi, hərbi və mədəni əlaqələrimizin inkişafını sürətləndirmək məqsədi daşıyırdı. Keçirilən görüşlər səfərin məqsədinə nail olunduğunu göstərir. Ziyarət zamanı imzalanan iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə səfərə başqa bir önəm və çəki qazandırıb. Bu çərçivədə yaxın gələcəkdə Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (Yüksək Düzeyli Stratejik İşbirliyi Konseyi) yaradılması üçün razılığa gəlinib. Bu baxımdan səfərin son dərəcə səmərəli olduğunu deyə bilərəm. İki ölkə prezidentlərinin və baş nazirlərinin qarşılıqlı səfərləri fərqli və özəl məna daşıyır.

- Ermənistanda keçiriləcək NATO təlimləri sırasında Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa, açılacağı bildirilir. Abdulla Gül mətbuat konfransında bu sualı cavabsız qoydu. Sərhədlərin müvəqqəti açılması mümkündürmü?

- Hörmətli Abdulla Gülün bu sualı cavabsız qoyduğunu düşünmürəm. Bu məsələdə Türkiyənin mövqeyi dəfələrlə söylənib və açıqlanıb. Bəhs etdiyiniz təlim təbii fəlakətlərə qarşı mübarizə məqsədi daşıyır və humanitar mahiyyətdədir. Təlimin bu mahiyyəti diqqətə alınaraq və təlimdə istifadə ediləcək avadanlığın Ermənistana ölkəmiz üzərindən quru yolu ilə nəql edilməsi istiqamətində bir tələb olacağı təqdirdə hazırlıqlı olmaq məqsədilə Türkiyə-Ermənistan sərhədinin sadəcə təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir. Mətbuatda mövzu ilə bağlı yayılan xəbərlər və şərhlər həqiqətə uyğun deyil. Heç kim bu mövzunu başqa yerə çəkməsin. Türkiyənin Ermənistanla bağlı olan sərhədinin açılması məsələsindəki mövqeyində heç bir dəyişiklik yoxdur.

- Viza məsələsi yenə həll edilmədi.

REKLAM

Bu problemin indiyədək həll edilməməsinin səbəbi nədir?

- Bu sualı mətbuat nümayəndələri zaman-zaman məndən soruşur, mən də cavab vermək məcburiyyətində qalıram. Türkiyə vətəndaşları da bu sualı verir. Bilirsiniz ki, Türkiyə 01.08.2007-ci il tarixindən Azərbaycan vətəndaşlarına Türkiyəyə turist səyahətlərində viza güzəşti tətbiq etməkdədir. Bunun bənzərini də qardaş Azərbaycan tərəfdən gözləməkdədir. Bu sual mətbuat konfransında iki ölkənin prezidentinə də verildi. Prezident İlham Əliyev "bu məsələnin həlli üçün Azərbaycanda bəzi daxili prosedurların reallaşması lazımdır" dedi. Daxili prosedurların tamamlanmasının ardından Azərbaycanın Türkiyə vətəndaşlarına viza güzəşti tətbiq etməsini gözləyirik.

- Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bir neçə ay əvvəl Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya dördlü zirvəsinə hazır olduqlarını açıqlamışdı. Bu zirvə indiyədək niyə baş tutmayıb? Bu məsələ hələ də gündəmdədirmi?

- Türkiyə enerji sahəsində Azərbaycanla birlikdə əl-ələ verərək böyük işlər bacarıb və bacarmağa davam edir. Bu arada 7 iyun 2010 tarixində İstanbulda imzalanan qaz müqaviləsinin əhəmiyyətini də vurğulamaq istəyirəm. Qardaş Azərbaycanın təbii ehtiyatlarının Avropa bazarlarına çatdırılması öz-özlüyündə böyük hadisədir. Bu məsələdə ikitərəfli, regional və beynəlxalq səviyyədə fəaliyyət tələb olunur.

- Türkiyənin Azərbaycanın daha hansı şəhərlərində konsulluq açmaq planları var?

- Hazırda Gəncə Baş Konsulluğumuzun fəaliyyətə başlaması istiqamətində işlər görürük. Bu missiyaya baş konsul təyin olunub. Gəncə baş konsulumuz Haluk Ağca sentyabrın 15-də yeni vəzifəsinin icrasına başlayacaq. Baş konsulumuz Abdulla Gülün rəhbərliyi ilə Azərbaycana səfər edən heyətin tərkibində idi. Ziyarətdən sonra isə birlikdə Gəncəyə gedərək, onu şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla tanış etdim. Gələcəkdə Azərbaycanın bəzi önəmli şəhərlərində fəxri konsulluqlar açmağı düşünürük.

- Azərbaycanla Türkiyə bütün sahələrdə əməkdaşlıq edir. Türkiyə NATO-nun üzvü, Azərbaycan isə bu qurumun tərəfdaşıdır. Bu çərçivədə Azərbaycanla Türkiyənin birgə hərbi təlim keçirməsi mümkündürmü? Bu məsələ hansısa səviyyələrdə müzakirə olunur?

- Türkiyə müstəqilliyini elan edəndən indiyədək qardaş Azərbaycanın yanında olub və olmağa da davam edəcək. Türkiyə Silahlı Qüvvələrinin qardaş və dost Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığı bu çərçivədə davam etməkdədir. Aidiyyəti üzrə hərbi dairələrimizin razılığa gəldiyi təqdirdə gələcəkdə ölkələrimizin hərbi birlikləri arasında birgə hərbi təlim keçirməyimiz mümkündür.

- Baş nazir Rəcəb Tayyib Ərdoğanın Qafqazda Sabitlik və Sülh Platforması təklifinin aqibəti nə oldu?

- Gürcüstanda 2008-ci ilin avqustunda baş verən silahlı qarşıdurmanın ardından ölkəmiz tərəfindən irəli sürülən bu təklif qarşılıqlı etimad və regional siyasi dialoqun qurulması yolu ilə Qafqazdakı mövcud ixtilafların sülh yolu ilə həlli üçün lazım olan şərtlərin yaradılması məqsədini güdür. Bu çərçivədə 2 il əvvəl sıxıntılı bir dövrdə bölgə ölkələrinin xarici işlər nazirləri müavinlərinin Türkiyədə bir araya gəlməsi böyük uğurdur. Bu istiqamətdəki cəhd və fəaliyyətlərimiz davam edir. Ъ


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Öldürülən yaraqlı Avstriya vətəndaşı çıxdı

Virusu qarşılamağa ciddi hazırlıq görülüb

Arabulun məhkəməsi davam edir

Azərbaycan - Rusiya sərhədində atışma

Sərhəd Xidməti təlimlərə başlayıb

Bölmənin digər xəbərləri
 
Qafqaz Rusiyanın əməliyyat ssenarisində
Moskvanın məqsədi - regionda təkbaşına hegemonluq

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"
Rusiyanın 102 saylı baza ilə bağlı addımları ölkəmiz üçün təhlükələr vəd edir

"Ermənistan işğalçı və təcavüzkar dövlətdir"
Seyid Kazım Musəvi: "Ermənistan Azərbaycan torpaqlarından çıxmayana kimi İran bu ölkəyə taxıl verməyəcək"

"Rusiya Azərbaycana və Gürcüstana xəbərdarlıq edir"
Politoloq Mamuka Areşidze regionda Rusiya hərbi mövcudiyyətinin gücləndirilməsini belə dəyərləndirir

AŞ Azərbaycana 2 müşahidə missiyası göndərəcək
Parlament seçkilərini izləmək üçün

Müxalifət namizədlərini dəqiqləşdirir
Razılaşdırılmış şəxslərin adları açıqlanır

AXCP Müsavat ilə birləşmək qərarını verə bilər
Bu qərar sentyabrda partiya qurultayından gözlənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər