çap et  
Səidə Dadaşova özünü Türkiyə şou aləmində tanıdır
Səidə Dadaşova özünü Türkiyə şou aləmində tanıdır
Müşahidələr mərhələsi geridə qalıb
Şənbə, 21.08.2010

Şəms

Türkiyəli vətəndaşla ailə həyatı quran və o ölkədə yaşayan Səidə Dadaşova karyerasını orada davam etdirir. Müğənninin "Ayna" qəzetinə bildirdiyinə görə, "Kent" adlı orkestrlə çalışır. Bu günlərdə isə onların birgə çıxışı olub. Həyat yoldaşının yaradıcılığına dəstək göstərdiyini bildirən sənətçi səhnəyə çıxış imkanlarını genişləndirdiyini bildirdi:

"Türkiyənin şou ənənələri bir qədər fərqlidir. Orada toy bazarı bizimki qədər məşhur deyil. Sənətçilər daha çox ekstralardan qazanırlar. Mən əvvəlcə səs imkanlarımı publikaya göstərmək, özümü tanıtmaq istəyirəm. Sənətə gəlmək və burada yer tutmaq çox çətindir. Neçə ildir Türkiyədəyəm. Son illərə kimi yalnız müşahidələrim olub. Tanıdığım insanlardan məsləhətlər almışam. İndi isə irəliləyirəm. Ümid edirəm ki, cəhdim boşa getməyəcək".

S.Dadaşova vaxtilə yaranan ailə probleminə də aydınlıq gətirdi. Bildirdi ki, kiçik söz-söhbətlər artıq sovuşub və həyat yoldaşı ilə xoşbəxt ömür sürür.