![]() |
çap et |
|
|||
Yaradıcılığının əsas qolunu Türkiyə ilə bağlayan Samir Piriyev yaradıcılıq təklifi alıb. Bu günlərdə Bakıya qayıdan sənətçi xəbəri bizimlə bölüşərək bildirdi ki, Türkiyənin baxılan telekanallarından olan Flaş TV-nin rəhbərliyi azərbaycanlı sənətçiyə efirdə teleaparıcı kimi çalışmaq təklifini verib:
"Verilişi iki nəfərin idarə edəcəyi nəzərdə tutulub. Tərəf-müqabilim uzun illərin efir təcrübəsini qazanmış bir insan kimi mənə bəzi tövsiyələrini verib. Amma mən rəhbərliyə səlis Anadolu türkcəsində danışa bilməyəcəyimi bildirəndə, mənə "sən Azərbaycan ləhcəsində danış, tərəf-müqabilin isə türk ləhcəsində" dedi. Bu şans mənə verildiyindən təklifi dəyərləndirdim". Samir Piriyev əlavə edir ki, veriliş həftənin cümə günləri efirə gedəcək. Telelayihədə azərbaycanlı sənətçilərin də çıxışına yer ayrılacaq. "Onların kimliyinin seçimi mənə həvalə edilib. Bu imkandan yetərincə bəhrələnib, həmkarlarımın türk telekanalında çıxışına imkan yaradacam". Xatırladaq ki, müğənni layihənin hazırlığı ilə bağlı bu günlərdə yenidən Türkiyəyə qayıdacaq. |