Samir Bağırovun sənətə qayıdışının avqustun 21-də - doğum günündə olacağı ehtimalına bir neçə saat qalıb. Müğənniyə yaxın olan sənət adamları onun doğum günündə iştirak edəcəklərinə inanırlar. Samir Bağırovun yaxın ətrafı doğum gününün baş tutacağı barədə məlumatlar sızdırsalar da, səbəbkar bu barədə heç bir açıqlama vermir. "Ayna" qəzetinin müxbiri müğənni ilə dəfələrlə telefon əlaqəsi yaratmağa çalışsa da, onun nömrəsinə zəng çatmır. Müğənni susqunluğunu qorumaqda davam edir. Əldə etdiyimiz məlumata görə, müğənninin doğum günündə səhnəyə qayıdışı baş tutacaq.
Xəbər verdiyimiz kimi, yeni mahnılarını da həmin gün təqdim etməlidir. Hətta onun xalq artisti Aygün Kazımova ilə duet oxuyacağı da ehtimal edilir. Qeyd edək ki, son bir neçə ayda müğənni çəkisini də azaldıb. Onun ətrafındakı bu və digər xəbərlərə doğum günündə aydınlıq gətirəcəyi bildirilir.
|