Aybəniz Haşımovanın sağlamlığında problemi var. Sənətçi ürəyindəki narahatlıqdan əziyyət çəkir. Bu səbəbdən bir sıra yaradıcılıq işlərində müəyyən fasilə yaradıb. Bu barədə müğənni özü söhbət açıb:
"Bu narahatlığı artıran səbəblərdən biri də isti havalardır. Bu səbəbdən işlərimi fasilələrlə görürəm və arabir işimi dayandırmağa məcburam. Yoxsa gərginlik məni tamam əldən salar".
Müğənni bildirdi ki, səhhəti ona bir sıra yaradıcılıq təkliflərindən imtina etmək məcburiyyətində qoyub. Həkim məsləhətinə də riayət etməli olduğunu bildirdi.
"Mənim üçün bu gün ən vacib müalicə üsullarından biri təmiz havada olmaqdır. Bunu da Bakıdan kənarda ala bilərəm. Eyni zamanda həkimim müalicə kursu keçməyimi məsləhət bilib. Yəqin dilbər guşələrdən birinə yollanıb, müalicəmə orada başlaram", - deyə Aybəniz xanım bildirdi.
|