Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
İranla sərhəddə əməliyyat şəraiti gərgindir
İranla sərhəddə əməliyyat şəraiti gərgindir
Bunun səbəbi nə ilə izah oluna bilər?
Şənbə, 21.08.2010

mətn ölçüsü  

Silahlı qaçaqmalçılar Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bir neçə gün öncə Azərbaycan-İran sərhədində baş vermiş silahlı insidentlə bağlı jurnalistlərə açıqlama verib. Bəlli olduğu kimi, həmin hadisə Yardımlı rayonu ərazisində baş verib və nəticədə sərhədi qanunsuz keçən 4 nəfərlik dəstə ilə bizim sərhədçilər arasında atışma düşüb və qaçaqmalçılardan biri öldürülmüşdü. Hadisə yerindən 5 kq həşiş, 1 tapança, 4 ədəd tapança gülləsi, 1 ədəd tapança gilizi, 2 ədəd avtomat gilizi və 300 blok müxtəlif adda siqaret aşkar edilərək götürüldüyü, faktla bağlı cinayət işinə başlandığı bildirilmişdi.

Xidmət rəisi bu hadisə ilə bağlı "Turan"a bildirib ki, Azərbaycanın İranla sərhədində narkotik vasitələrin silahlı şəxslər tərəfindən keçirilməsi cəhdləri davam edir. "Bir neçə gün öncə İranla sərhəddə belə bir hal baş verib və sərhədçilərin gördüyü tədbirlər nəticəsində Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb", - deyə general-leytenant bildirir. Xidmət rəisi hələ də Azərbaycanın İranla sərhədində bu məsələ ilə bağlı narahatlığın və əməliyyat şəraitinin gərgin olaraq qaldığını, narkotik vasitələrin silahlı şəxslər tərəfindən bu istiqamətdə dövlət sərhədindən keçirilməsi hallarının davam etdiyini deyir.

DSX rəisi onu da qeyd edir ki, İran tərəfinin viza rejimini ləğv etməsi sərhədin qeyri-qanuni keçilməsinə, sərhəd pozuntularının sayının azalmasına ciddi təsir göstərməyib. Xidmətin rəisi Azərbaycanın dövlət sərhədinin ən çox cənub sektorunda pozulduğunu da qeyd etmişdir.

Qeyd edək ki, hər il İran-Azərbaycan sərhədində yüzlərlə kiloqram narkotik maddə keçirilir. Onların bir hissəsi müsadirə olunur, bir hissəsi Rusiyaya və Avropaya daşınır. Narkotik maddə alverçiləri çox zaman Əfqanıstandan heroin və tiryək gətirən beynəlmiləl cinayətkar sindikatları təmsil edirlər. Narkotik maddələr əsasən yük və minik avtomobillərində Araz çayı vasitəsilə qaçaqmalçılıq yolu ilə daşınır. Hər il Azərbaycan hakimiyyəti bu cinayətə görə onlarla İran vətəndaşını həbs edir.

Son xəbərlərə görə, öldürülən qaçaqmalçının meyiti İran tərəfinə verilmişdir. Bu barədə APA-ya Yardımlı polisindən xəbər verilib. İran vətəndaşı olan qaçaqmalçının adı açıqlanmır.

İranla sərhədimizdə situasiyanın bu şəkil almasında ziddiyyət ondadır ki, İran daxilində narkotik qaçaqmalçılığı ağır cinayət sayılır və bu əməlin üstündə boğazlarından asılırlar. Amma bu sərt rəftar İranın Azərbaycan, Türkiyə, Türkmənistan və Suriya üzərindən Qərbə narkotik daşımalarında tranzit ölkə funksiyasını yerinə yetirməsinə mane olmur. Burada söhbət tədarükçü ölkə statusunu öz üzərinə götürən Əfqanıstandan daşımalardan söhbət gedə bilməz. İrandan bizim ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən narkotik vasitələr arasında kimyəvi yolla hazırlanan narkotiklər də ələ keçirilir. İranlı qaçaqmalçılar Xəzər dənizində iti gedən katerlərə malikdirlər və onlar dəniz sərhədlərimizi keçə bilirlər. Bu kimi faktlar artıq mediada yer almışdır. Onlar sərhədin bu tayındakı kəndlərin sakinləri arasından çoxları ilə bağlıdırlar və bu bölgədə onların artıq bir şəbəkə halında fəaliyyət göstərdiyinin əlamətləri özünü açıq hiss etdirir.

Xatırladaq ki, İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin rəhbərliyi ilə çıxan "Risalət" nəşrində hələ 1992-ci ildə belə bir yazı getmişdi ki, biz İranı əhatə edən dövlətləri, ələlxüsus da Azərbaycanı ya böyük bir mollaxanaya çevirməliyik, ya da bu ölkədə narkomaniyanı yaymalıyıq ki, başlarını itirsinlər... Bəzi siyasi müşahidəçilərin inamınca, İranın siyasət mətbəxində ölkəmizə qarşı belə bir məkrli plan hazırlanmış ola bilər. Azərbaycan-İran sərhədində narkotrafikin indiki gərgin vəziyyəti bu mülahizə üzərində dayanmağa imkan verir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...

İran: öldürülənlərin sayı artmaqdadır

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Bölmənin digər xəbərləri
 
Həyətdə narkotik plantasiya
Gəncə Şəhər Polis İdarəsi 200 kiloqram narkotik maddə aşkar edərək götürüb.

"Qoca"nın məhkəməsi başlanıb
O, "Şəmkirli Saşa"ya hücumda ittiham olunur

Zorakı və qatilə 15 il iş
İndi orada günlərini sayacaq

Pulu çəkicdən çıxırdı
Adamların başına yüngül bir zərbə və ...

Cinsi azlıq qonşuları boğaza yığıbmış
Amma onları tamah məqsədi ilə öldürüblər

Qatilin apellyasiya şikayəti təmin edilmədi
Əsgər yoldaşını öldürən 9 il yatacaq

Biznesmen reketiri öldürüb
Görünür, başqa yolu yox imiş



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər