Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Bahalaşma süni yolla yaradılır
Bahalaşma süni yolla yaradılır
Dövlət bunun qarşısını almaqda acizdir
Şənbə, 21.08.2010

A.Əhmədova mətn ölçüsü  

Orucluq başlanan kimi bazarlarda qiymətlər bahalaşdı. Hər il olduğu kimi, bu il də Ramazan ayı bazarda süni qiymət artımına stimul verdi. Bayram menyusuna daxil olan əsas ərzaq məhsullarının, demək olar ki, hamısında bahalaşma müşahidə edilir. Məsələn, mübarək ayın gəlişi ilə əlaqədar bahalaşan əsas məhsul xurmadır. Ramazandan öncə 1 qutusu 1 manat 60-80 qəpiyə satılan xurma indi 2 manat 60 qəpiyə, 3 manata təklif olunur. Beləliklə, orucunu xurma ilə açmaq istəyənlər 350 qramlıq xurmanın bir qutusunu 3 manata almaq məcburiyyətində qalıblar. Açıq şəkildə satılan xurmanın qiyməti isə keyfiyyətindən asılı olaraq 3 manat 50 qəpikdən 5 manatadək dəyişir. Satıcılar xurmanın qiymətinin bu məhsula tələbatın çoxalması ilə əlaqədar qalxdığını bildirirlər.

Ramazana qədər 60 qəpik və 1 manat arasında satılan pomidorun yaxşısını indi 2 manata almaq olar. Ümumiyyətlə, bu ay ən çox bahalaşan məhsullar meyvə və tərəvəzdir.

İndi qoz-fındıq mövsümü olmasına baxmayaraq, Ramazan ayının gəlişi çərəzlərin də qiymətini bahalaşdırıb. Bazarda qoz ləpəsinin qiyməti 6-9 manat arasında dəyişir. Fındıq ləpəsi isə 7-8 manata satılır. Kərə yağının qiymətində 20-40 qəpik artım baş verib. İndi mağazalarda kərə yağının qiyməti 5 manat 40, 6 manat 60 qəpik arasında dəyişir.

Düyünün də qiyməti artıb. Plov bişirmək istəyənlər adi düyünün 1 kq-na 1 manat 20 qəpik xərcləməlidirlər. Digər düyü növlərinin qiymətləri 2-3 manat arasında dəyişir.

REKLAM

Təzə çıxan şabalıdın 1 kq-ı 6-7 manata satılır. Satıcılar son bir həftə ərzində şabalıdın qiymətində 1 manatadək bahalaşma olduğunu gizlətmədilər. Kişmişin 1 kq-ı isə 3 manat 70 qəpikdən 4 manatadək artıb. Eyni çəkidə qaysını 5-6 manata almaq mümkündür. Gavalı qurusunun da qiyməti 5-6 manat arasında dəyişir. Bir məsələni də öyrəndik ki, aş qarası üçün tələb olunan məhsulların qiymətinin, xüsusilə şabalıdın bahalaşması təkcə bayramla əlaqədar deyil. Demə, hər məhsul təzə çıxanda qiyməti baha olur. Şabalıdın bahalığı da bazara təzə gəlməsi ilə bağlıdır. Qaysı, kişmiş, gavalı qurusunun qiyməti 20-40 qəpik artıb.

Ətin qiymətində isə bahalaşma hiss edilmir. Mal əti əvvəlki kimi 6 manat, qoyun əti isə 7 manata satılır.

Amma sadalamadığımız digər ərzaq məhsullarının qiymətlərində bahalaşma baş verib. Diqqəti çəkən isə Azərbaycanda qiymətlərin artdığı halda digər müsəlman ölkələrində Ramazan ayı ilə əlaqədar əsas ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin ucuzlaşmasıdır. "Ramazan endirimləri" adlı geniş kampaniyalara start verilib. Məsələn, Türkiyədə müqəddəs Ramazan ayı boyunca ticarət obyektləri "Ramazan endirimləri" adlı kampaniyalara başlayırlar. Hətta Amerika Birləşmiş Ştatlarında milli bayramlarda əsas ərzaq məhsullarının qiymətlərində endirimlər müşahidə edilir.

Azərbaycanda isə belə bir ənənə formalaşmayıb. Əksinə, möhtəkirlər Ramazanda da adətlərinə xilaf çıxmayıblar.

Vahid Əhmədov: "İnhisarçılığı cərimələrlə dayandırmaq olar"

İqtisadçılar hesab edirlər ki, Ramazan ayının başlaması ilə müşahidə edilən bahalaşma iqtisadi baxımdan izahedilən deyil. Bir sıra müsəlman ölkələrində müqəddəs hesab edilən aylarda qiymətlərdə azalma baş verir. Bununla da aztəminatlı vətəndaşların tələb olunan məhsulları almalarına şərait yaradılır. Onu da qeyd edək ki, əksər müsəlman ölkələrində Ramazan ayı ərəfəsində süni qiymət artımları edənlərə qarşı ciddi tədbirlər həyata keçirilir. Bununla bahalaşmanın qarşısı alınır. Dindarlar hesab edirlər ki, Ramazan ayında süni şəkildə baş verən qiymət artımları haram qiymət artımlarıdır. Nəzərə almaq lazımdır ki, Ramazanda hər vətəndaş imkansız ailələrin ərzaq məhsullarına əlçatanlığının təmin edilməsinə yardım etməlidir. Son qiymət artımları heç bir halda qəbul edilən hesab olunmamalıdır.

Təzə Pir məscidinin axundu Hacı Faiz xurmanın və digər məhsulların Ramazanda bahalaşmasına dindarların qarışmaq səlahiyyətinin olmadığını bildirsə də, müqəddəs ayda qiymətlərin süni şəkildə artırılmasının düzgün olmadığını söylədi. Onun sözlərinə görə, bütün müsəlman ölkələrində Ramazan ayında ərzaq məhsullarının qiymətləri endirilir ki, hər kəsin nemətlərdən alıb dadmaq imkanı olsun. Həmçinin oruc tutanların bazar və dükanlarda satılanlardan alıb iftar süfrəsinə düzməyə maddi sıxıntıları olmasın:

"Çünki bu ay bərabərlik ayıdır. Varlı insanlar kasıbın durumunu anlayaraq imkansızlara kömək etsin.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Qazın qiyməti bahalaşdı: ekspertlər nə deyir?

Qazın bahalaşması: Tarif Şurasının araşdırması əsassız sayılır

Sənətçilərin çoxu bu ay ac qala bilməyib

"Mənəviyyat dolu Ramazan" xeyriyyə tədbiri

Dəmiryol biletləri də bahalaşır?

Bölmənin digər xəbərləri
 
Dəmiryol nəqliyyatında qiymət artımı gündəmdə
Bu halda keyfiyyətin yüksələcəyi vəd edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər