|
|
Şənbə, 21.08.2010
|
|
mətn ölçüsü |
|
|
|
Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatı qrup seçmə mərhələsində ilk oyununda baş hakim müəyyənləşib. Almaniya ilə sentyabrın 7-də baş tutacaq qarşılaşmanı isveçli referi Markus Stromberqson idarə edəcək. Onun "Köln" şəhərindəki "Reyn Enerji Stadium"da idarə edəcəyi Almaniya-Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də başlanacaq.
Qeyd edək ki, Stromberqson ötən il iyunun 6-da keçirilən Azərbaycan - Uels matçında da baş hakim olmuşdu. Yığmamızın 0:1 hesabı ilə uduzduğu qarşılaşmada skandinaviyalı ədalət təmsilçisi futbolçularımıza sarı vərəqə göstərməmişdi.
|
|
|
|
|
|
|