çap et  
Azərbaycan çempionu "Sportinq"ə qarşı
Şənbə, 21.08.2010


Futzal üzrə UEFA kubokunun 2010-2011-ci il mövsümündə ölkəmizi təmsil edən "Araz"ın sonuncu rəqibi müəyyənləşib.

Mübarizəyə ilkin mərhələdən başlayan və "A" qrupunda yer alan "Sportinq" hər iki rəqibini məğlub edərək qrup lideri olub. Beləliklə, mübarizəyə əsas mərhələdən başlayan komandamız 3-cü qrupda "Nikars" (Latviya), "Siti Tarqu Mure" (Rumıniya) və "Sportinq" (İrlandiya) komandaları ilə qarşılaşacaq. Qeyd edək ki, "Araz"ın mübarizə apardığı qrupun oyunları sentyabrın 25-dən oktyabrın 3-dək Rumıniyada keçiriləcək.