Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları başa çatıb. Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamaq iddiasında olan 10 komanda münasibətlərini aydınlaşdırıblar. Bu oyunlardan sonra Slovakiyanın "Jilina", Təl-Əvivin "Hapoel"i və Almaniyanın "Verder" komandaları qrup mərhələsinə çıxmaq üçün yaxşı imkanlara malikdirlər. Bu komandalardan fərqli olaraq, "Zenit", "Şerif" və Kiyev "Dinamo"sunun işi çətindir.
2005-ci ilin yayında UEFA kubokunda "Bakı" ilə görüşən "Jilina" Çexiyada "Sparta" üzərində inamlı qələbə ilə qrup mərhələsinin bir addımdığına kimi irəliləyib. Xatırladaq ki, 5 il əvvəl Bakıda 0:1 hesabı ilə uduzan "Jilina" öz meydanında 3:1 hesablı qələbəyə sevinmişdi.
Pley-off mərhələsinin ilk gününün ən gözlənilməz nəticəsi isə İsveçrədə qeydə alınıb. Türkiyənin "Fənərbaxça" klubunu mübarizədən kənarlaşdıran "Yanq Boyz" bu dəfə "Tottenhem"ə dişini göstərib. Çempionlar Liqasının plef-off mərhələsinin ilk oyunlarının nəticələri:
"Dinamo" (Kiyev,Ukrayna) - "Ayaks" (Hollandiya) - 1:1
"Zenit" (Rusiya) - "Oser" (Fransa) - 1:0
"Yanq Boyz" (İsveçrə) - "Tottenhem" (İngiltərə) - 3:2
"Sparta" (Çexiya) - "Jilina" (Slovakiya) - 0:2
"Rusenborq" (Norveç) - "Kopenhagen" (Danimarka) - 2:1
"Zalsburq" (Avstriya) - "Hapoel" (İsrail) - 2:3
"Bazel" (İsveçrə) - "Şerif" (Moldova) - 1:0
"Partizan" (Serbiya) - "Anderlext" - 2:2
"Braqa" (Portuqaliya) - "Sevilya" (İspaniya) - 1:0
"Verder" (Almaniya) - "Sampdoriya" (İtaliya) - 3:1
Pley-off mərhələsinin cavab oyunları avqustun 24-də və 25-də keçiriləcək.
|