Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
10 illik həsrət bitdi
10 illik həsrət bitdi
Basketbol yığmamız Avropa çempionatının seçmə mərhələsinə uğurla başlayıb
Şənbə, 21.08.2010

İ.Rəfiyev mətn ölçüsü  

Kişi basketbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda yarışa başlayıb. Qocaman mütəxəssis Elxan Əliyevin başçılıq etdiyi yığmamız qitə çempionatının B divizionunda mübarizə aparır. Qrup mərhələsində Azərbaycan yığması ilə yanaşı, İsveç, Albaniya, Rumıniya və Belarus basketbolçuları da çıxış edirlər.

İlk turda Albaniya yığması ilə qarşılaşan Azərbaycan komandası səfərdə qələbə qazanıb. Elxan Əliyevin komandası rəqiblərini 81:63 (17:19, 31:14, 16:17, 17:13) hesabı ilə məğlub edib. Komandamızın heyətində ən çox xal qazanan Çarlz Devis olub. Milliləşdirilmiş amerikalı legionerimiz yığmamıza 23 xal qazandırıb.

Yığmamız növbəti oyununu avqustun 14-də, Bakıda Belarus yığmasına qarşı keçirib. Millimiz "Sərhədçi" Olimpiya Mərkəzindəki görüşdə qitə birinciliyində ikinci qələbəsini qazanıb - 83:79 (32:20, 15:17, 18:13, 18:29).

Yığmamız növbəti oyununu bir neçə gün əvvəl səfərdə Rumıniyaya qarşı keçirib, üçüncü görüşü də qələbə ilə başa vurub. İlk dəqiqələrdən üstünlüyü ələ alan yığmamız sona kimi hesabda irəlidə olub və 101:86 (24:16, 23:29, 23:18, 31:23) hesabı ilə qalib gəlib.

Bu oyunda komandamızın ən məhsuldar basketbolçusu Rasim Başak olub. Türkiyə superliqasında çıxış edən həmyerlimiz rumınlarla görüşdə yığmanın aktivinə 28 xal yazıb.

Qeyd edək ki, milli yığma komandamız bu yarışda 16 basketbolçunun xidmətindən istifadə edir: Tahir Baxşiyev, Ruslan Qafurov, Zaur Qulanov, Anar Hacıyev, Amil Həmzəyev, Aleksey Kitayev, Emil Mirzəyev, Kamal Muradov, Rasim Başak, (Ruslan Benqer), Çarlz Devis, Spenser Nelson, Aleksandr Rındin, Anar Sarıyev, Aleksandr Slojenitsın, Zaur Paşayev və Fuad Niftəliyev.

III turdan sonra turnir cədvəlinə Azərbaycan yığması başçılıq edir. Komandamızın aktivində 6 xalı var. İsveç və Rumıniya basketbolçuları Elxan Əliyevin yetirmələrindən 1 xal az toplayıblar. Son pillələrdə isə 4 xalla Belarus və Albaniya yığmaları yer alıblar.

Qeyd edək ki, Avropa çempionatının B divizionunda 10 il sonra qələbə qazanan milli komandamız uğurlu seriyanı davam etdirməyə çalışacaq. Komandamızın növbəti və ən ciddi rəqibi İsveç yığmasıdır. Oyun bu gün "Sərhədçi" Olimpiya İdman kompleksində keçiriləcək. Yığma bu oyunda da qələbə qazansa, ilk dövrəni vahid lider kimi başa vura bilər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Lənkəranda prinsipial görüş
Bu gün və sabah Unibank Premyer Liqasında III turun oyunlarıdır.

"Fənərbaxça"nın qənimi "Tottenhem"ə də dağ çəkdi
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları başa çatıb.

Şirin "Qarabağ" röyası bitdi!
Ağdam klubu ən uğurlu kampaniyasına faktiki olaraq son qoydu

Azərbaycan çempionu "Sportinq"ə qarşı
Futzal üzrə UEFA kubokunun 2010-2011-ci il mövsümündə ölkəmizi təmsil edən "Araz"ın sonuncu rəqibi müəyyənləşib.

Yenə Stromberqson
Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatı qrup seçmə mərhələsində ilk oyununda baş hakim müəyyənləşib.

UEFA Avropanın ən yaxşılarını seçir
UEFA Avropanın ən yaxşı futbolçusu nominasiyasında 12 namizədin adını açıqlayıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər