Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran islamında türk olmaq günahdır?
İran islamında türk olmaq günahdır?
Məhbus ailələri bu suala cavab ala bilmirlər
Şənbə, 21.08.2010

S.Soltan mətn ölçüsü  

Türklərin milli-mədəni haqlarının gerçəkləşməsini tələb etdikləri üçün tutulan güneyli təəssübkeşlərin sərbəst buraxılması ilə bağlı beynəlxalq hüquq qurumlarının müraciətlərinə Tehran məhəl qoymur.

Ötən həftə Güney Azərbaycan türklərinin 2006-cı ilin 22 may hərəkatı ("İran" qəzetində türkləri aşağılayan materiala etiraz) və Babəkin doğum günü ilə əlaqədar Bəzz qalasına yürüşə qatıldığı üçün həbs olunmuşların ailələri birgə bəyanat yaydılar.

"GünAzTV"yə istinadən bildirilir ki, müraciət edənlər yaxınlarının həbsinə etiraz edərək, onların iki həftəyə sərbəst buraxılmasını tələb ediblər: "İki aydan artıqdır İran hakimiyyəti əzizlərimizi qanunsuz olaraq həbs edib. Bu müddətdə dövlətin bir çox idarələrinə, o cümlədən həbsxana, məhkəmə, yerli icra hakimiyyəti, İnqilab Keşikçiləri Qvardiyası, ETTELAAT və gümanımız gələn başqa qurumlara müraciət ünvanlasaq da, hələlik onlar övladlarımıza qarşı irəli sürdüyü ittihamlar haqda sorğumuza heç bir cavab vermirlər.

Əlbəttə, bu da onların qanunsuz tutulduğunu təsdiqləyən amillərdəndir. Nə üçün əzizlərimizlə görüşə izin verilmir? Nə üçün onların saxlandığı yerlər gizli qalır? Bu isə övladlarımızın və ailə üzvlərimizin işgəncə altında olduğuna nişanədir.

Əgər dövlət şəriət qanunları ilə idarə olunursa, o zaman millətinin dili və mədəniyyətinə görə çalışdığı üçün bir insanın tutulması islamın hansı qanununda göstərilib? Məgər İran İslam Respublikasının islamında türk olmaq günahdır? Əgər belə deyilsə, onda övladlarımızı nədən həbs etmisiniz? Bu suala İslam Respublikası hakimiyyəti açıq cavab verməli deyilmi? Təəssüflə qeyd etməliyik ki, hakimiyyətin bütün qapılarını döysək də, süründürməçiliklə başımızın qatılmasından savayı bir nəticə almamışıq...".

Azərbaycan Milli Hərəkatı həm də Güney Azərbaycan türklərinin milli haqlarının gerçəkləşdirilməsi uğrunda mübarizə aparan bir hərəkatdır. Onun öndəri də, üzvləri də bu yolda olanlardır, başqa sözlə, Azərbaycan türklərinin pozulmuş haqqı (Güney Azərbaycan, indi Ermənistan adlanan Qərbi Azərbaycan, Qarabağ, Borçalı, Dərbənd və s.) uğrunda mücadilə edən hər kəs onun üzvü sayılır. Bura üzvlüyün yaş həddi yoxdur.

Belələrindən biri də atası və anası həbs olunmuş iki yaşlı Oxtay Mehrəlibəylidir. "Lent.az" Güney Azərbaycan mənbələrinə istinadən onun ömür yolu haqda məlumat verib. Bu adi olmayan ömür yolunu diqqətinizə çatdırırıq: "Adı - Oxtay, soyadı: Mehrəlibəyli. Doğum tarixi: 15 oktyabr, 2008.

Atası - Ayət (Yürüş) Mehrəlibəyli 2010-cu il mayın 10-da Oxtayın gözü qarşısında döyülərək tutulub. Atası tutulandan sonra anası işdən gələnədək uşaq evdə tək qalıb.

Anası - Zəhra (Sona) Fərəczadə, 2010-cu il iyunun 19-da, həyat yoldaşı Ayət (Yürüş) Mehrəlibəylinin durumunu öyrənmək üçün İnqilab Məhkəməsinin Təbriz bölməsinə gedib. İnqilab Məhkəməsinin Təbrizdəki 4-cü şöbəsinin qazisi, hakim Haşimzadənin hökmü ilə tutulur. Oxtayı isə əmisi Ruhulla öz evinə gətirir və saxlayır.

Anası tutulandan bir həftə sonra İran ETTELAAT idarəsi Oxtayın babasını arayıb tapır. Onu hədələyərək, Oxtayı ETTELAAT-ın Təbriz təcridxanasındakı 37-ci otağına təhvil verməsini tələb edib. İki yaşlı Oxtayın ETTELAAT tərəfindən oğurlanacağından ehtiyat edən ata və anasının ailəsi onu bir müddət gizlədir.

Yerli müşahidəçilərin fikrincə, İran hakimiyyəti Oxtay vasitəsi ilə atasına və anasına mənəvi işgəncə vermək niyyətində olub.

Anasının həbsindən 40 gün ötəndən sonra, iyulun 20-də yerli məhkəmə tutulanların bəzilərinə görüş üçün icazə verir. Ailəsi də Zəhra Fərəczadə ilə görüşmək üçün Təbriz məhkəməsinə müraciət edir.

Xatırladaq ki, Zəhra xanım Fərəczadəyə 2 yaşlı övladı ilə görüşməyə imkan yaradılmamaqla mənəvi işgəncə verilmişdı. Ancaq ailə üzvləri və 2 yaşlı uşaq bir neçə saat bu görüşü gözləsə də, təcridxana məmurları öncədən verdikləri sözün üstündə durmayıblar. Ailə üzvləri təcridxananın 37-ci otağında gözlədikdən sonra pərişan halda oranı tərk ediblər.

Sonradan məlum olub ki, hakim Haşimzadə görüşə bir şərtlə icazə verib: "Uşağı zindana təhvil versəniz, anası ilə görüşə bilərsiniz".

Oxtayı tanıyanlar onu "Tatar" deyə çağırır. Çünki bu adı ona ata-anası qoymaq istəyib. İranın uyğun qurumu isə "bu ad yabançıdır" deyərək qeydiyyata almayıb. Anadan olandan 8 ay sonra onun adını Oxtay kimi yazdıra biliblər.

Bu gün avqustun 21-dir. Oxtay 103 gündür atası, 64 gündür anasından ötrü ağlayır. Ötən bu müddətdə onu babaları, nənələri, əmiləri, xalaları ovundurmağa çalışırlar...

Xatırlatma: Ruhulla Xomeyni haqda belə bir rəvayət söyləyirlər. Deyilənə görə, onun atasını şah dar ağacından asdırıb. O zaman anası 8 yaşlı Ruhullaya deyib ki, bu edama baxsın və düşmənlərini unutmasın...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Orucluqda evə gəldi, həbs olundu

Siyasi məhbuslarla bağlı İşçi Qrup dağılıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər