Flame Production yeni layihəsi ilə gənclərin qarşısındadır. Flame rroduction "Zone reality" düşərgəsində iştirak üçün ərizə qəbuluna artıq start verilib. "Ayna"ya bu barədə "Zone reality" layihəsinin rəhbəri Günel Teymur danışmışdır:
"18-35 yaşlı hər kəs layihənin iştirakçısı ola bilər. Layihənin əsas məqsədi fiziki və zehni cəhətdən bilik və bacarıqları inkişaf etdirməklə yanaşı, iştirakçılara əyləncə dolu anlar yaşatmaqdır. Layihə ərzində dünyada məşhur olan realiti proqramlarının (Survivor, Fear factor, Wire out və s.) ən maraqlı oyunları və eyni zamanda "Brain rinq", "Kim, harada və necə?" kimi intellektual oyunlar keçiriləcək ki, bu da gənclər arasında həm fiziki, həm də məntiqi təfəkkürü inkişaf etdirəcəkdir".
Layihə rəhbəri bildirdi ki, hər günün sonunda yaşanmış həyəcan dolu dəqiqələr və maraqlı anlar "Zone reality Online TV"də müntəzəm olaraq yayımlanacaq, oyunlarda xüsusi fərqlənib ən çox bal toplamış iştirakçıya baş sponsor tərəfindən noutbuk, qalib komandaya isə sponsor tərəfindən qiymətli hədiyyələr veriləcəkdir.
|