Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Teatrda bədii əsərlərin sayı azalıb
Teatrda bədii əsərlərin sayı azalıb
Xalq artisti Yaşar Nuri problemdən söz açdı
Şənbə, 21.08.2010

Xatun mətn ölçüsü  

Müasir Azərbaycan teatrı çoxsaylı problemlərlə üzləşib. Bina, aktyor və səhnə atributları sarıdan çətinlik çəkən teatrlar səhnələşdirmək üçün reallığa cavab verən əsər axtarışına çıxıb. Maddi marağı təmin olunmayan yaradıcı insanlar isə başqa sahədə özlərini sınamağa üstünlük verirlər. Aktyorların əksəriyyəti teatrda səhnələşdirmək üçün bugünkü reallığa uyğun əsərlərin yoxluğunu dövrün vacib problemi kimi önə çəkir.

Lakin həmkarlarından fərqli olaraq xalq artisti Yaşar Nuri radio və televiziyalardakı bədii əsərlərin say azlığından şikayət etdi:

"Ötən illərdə teatrdan çox kinoda müəyyən problemlər mövcud idi ki, artıq bunların müəyyən qismi müsbət həllini tapır. İndi radio və telekanallarda bədii əsərlərin sayı azalıb. Sovet dövründə belə idi ki, aktyorlar bu sahədə də çalışır, yazarlarla bir araya gəlib meydana dəyərli məhsul çıxara bilirdilər. Lakin bu gün yazarlara ödənilən qonorar kifayət etmədiyindən onlar səhnə əsəri yazmaqdan imtina ediblər. Hazırda teatrların problemləri daha çox bu məsələ ilə bağlıdır".

Məlumatlara görə, son zamanlar teatrlara gələn aktyorların səviyyəsi arzuolunan səviyyədə deyil. Bu fikirlə razılaşan Y.Nuri hesab edir ki, onların arasında yaxşıları da var. Ancaq "30 ilin aktyorunun maddi vəziyyətinə baxanda onların da həvəsi ölür". Həmsöhbətim deyir:

"Bir var yolçuya baxıb yolçuluğu öyrənəsən, bir də var alimə baxıb alimlik etmək istəyəsən. Gərək bu sahədə çalışanların maddi vəziyyəti yaxşı olsun ki, gənclərdə də həvəs yaransın".

"Teatr və teatr fəaliyyəti haqqında" qanunun qəbulundan sonra bu sahədəki problemlərin həll olunub-olunmayacağı məsələsinə gəlincə, Yaşar Nuri qeyd etdi ki, öncə teatr sahəsində yaranan münasibətləri tənzimləyən qanun qəbul etməklə bir sıra problemləri yoluna qoymaq olar. Lakin qanunu qəbul etməzdən öncə geniş ictimai müzakirələr aparılmalıdır.

Aktyorun fikrincə, qanuna elə maddələr salınmalıdır ki, sonradan heç bir problem yaranmasın və qanunun işləkliyi təmin edilsin. Qanunda gənc aktyorlara qayğı, onların sosial müdafiəsini təmin edən müddəalar əksini tapmalıdır:

"Hesab edirəm ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gənclər və İdman Nazirliyindən gəldiyindən gənclərin problemini kifayət qədər bilir".

Teatrdakı böhranlı günlərin uzun sürdüyünü iddia edən həmkarlarının fikrini birmənalı qəbul etməyən aktyor "böhran cəmiyyətin bütün sahələrini əhatə edə bilər" dedi. İstənilən sahənin inkişafı üçün əsas şərt maddiyyatdır. Əgər aktyora yaxşı pul verilməsə, ondan yalnız ilk aylarda yaxşı aktyor oyunu tələb etmək olar: "Sonra o, həvəsdən düşüb yalnız səhnədə oynamaq xatirinə qalacaq".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq

Milli teatr Türkiyə səfərindən qayıtdı

Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Amaliya Pənahova: "Uşaqlar teatr estetikası ilə böyüməlidir"

Bölmənin digər xəbərləri
 
Keçmişin sükutu
Köhnə əşyalar satılan dükanları gəzərkən...

"Çökək hamam" gümüşdən və misdən hazırlanıb
Gəncəli zərgərin bu sənət əsəri yerli muzeyə hədiyyə olunacaq

Rasim Balayev: "Nəsimi qədər dərimin soyulmasına dözə bilmərəm"
Aktyor "mən həyatda adi bir insanam" deyir

Antalya incəsənət simpoziumu başlanır
Antalya beynəlxalq incəsənət simpoziumunda ölkəmiz də təmsil olunacaq.

İlk dəfə olaraq "Zone reality" düşərgəsi
Flame Production yeni layihəsi ilə gənclərin qarşısındadır.

İstanbul Opera Festivalında uğurlar
İstanbul-2010 Avropanın mədəniyyət paytaxtı layihəsi çərçivəsində keçirilən Birinci Beynəlxalq İstanbul Opera Festivalı yekunlaşıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər