Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Rasim Balayev: "Nəsimi qədər dərimin soyulmasına dözə bilmərəm"
Rasim Balayev: "Nəsimi qədər dərimin soyulmasına dözə bilmərəm"
Aktyor "mən həyatda adi bir insanam" deyir
Şənbə, 21.08.2010

Xatun mətn ölçüsü  

Xalq artisti Rasim Balayev xasiyyətinin kino aləminə vizit kartı olan "Nəsimi"yə çox oxşar olduğunu deyir. Belə ki, o da Nəsimi kimi prinsipialdır. Amma müsahibim etiraf edir ki, Nəsimi kimi dərisinin soyulmasına qədər dözə bilməz. "Mən həyatda adi bir insanam, Nəsimi isə adi deyil. O olmaq istədiyimiz, amma ola bilmədiyimiz qəhrəmandır. Ona görə də bizi müqayisə etmək düzgün deyil. Onu da deyim ki, Nəsimi və digər rolları oynayanda müəyyən tərbiyəvi xüsusiyyətləri özümçün götürmüşəm. Hər roldan nə isə öyrənməyə çalışıram", - deyə R.Balayev bildirdi.

Bəlli olduğu kimi, kino işçiləri milli kinomuzun inkişafdan qalmasından çox danışırlar. Bir fakt da məlumdur ki, son zamanlar Azərbaycanı festivallarda yalnız sənədli filmlər təmsil edir. Bəzən elə təsəvvür yaranır ki, Azərbaycanda ümumiyyətlə bədii film çəkilmir. Çəkilənlərin də keyfiyyəti festival səviyyəsində olmur.

R.Balayevin qənaətincə, bədii filmin festivalda nümayiş olunması və dünya bazarında alınması üçün onun çəkilişi, texniki parametrləri dünya standartlarına uyğun olmalıdır. Müsahibimin sözlərinə görə, sənədli filmin istehsalı daha ucuz başa gəldiyindən gənclər bu sahəyə maraq göstərirlər. Sevindirici haldır ki, bəziləri bu sahədə nailiyyət əldə edir. Fəqət aktyor əminliklə vurğulayır ki, ucuz ətin şorbası olmur:

"Məsələ ondadır ki, başqa ölkələr bahalı filmlər gətirirlər. Bacarıqlı rejissorlarımız var.

REKLAM

Amma onlar ya klip çəkir, ya da telekanallarda işləyirlər. Bundan sonra onları kinoya cəlb etmək mümkün deyil. Bir klipi 10 minə çəkirlər. Amma bədii film üzərində bir il işləsə də, həmin pulu əldə edə bilməyəcək".

R.Balayevin dediklərindən öyrəndik ki, Gədəbəydə "Qala" filminin çəkilişində olanda bu sahədə maliyyə çatışmazlığını daha çox hiss edə bilib:

"Təsəvvür edin ki, filmi çəkən qrupun işçilərinə gündəlik 3 manat yemək pulu verirdilər. Bu adamlar hər gün pomidor-çörək yeyirdilər. 140-150 manat maaş alırdılar, o pulu da ailələrinə göndərirdilər. Bizdə filmi tutaq ki, 300 minə, Rusiyada 1,5 milyona çəkirlər. Axı 300 minlə 1,5 milyon arasında fərq çoxdur. Bu gün mən baş rola görə 2-3 min alıramsa, Rusiyada 60-70 min manat alırlar. Kinodan əldə edilən vəsait olduqca cüzidir. Təhsil almamış şeir yazmaq, şəkil çəkmək olur. Amma fitri istedadla kino çəkmək olmur axı".

"Babək olmaq çətindir, yoxsa Hüseyn Cavid?" sualını cavablandıran hər iki obrazın qəhrəmanı deyir ki, hərəsinin öz çətinlikləri var. Çünki onlar ayrı-ayrı adamlardır. Onun sözlərinə görə, Babək aktyor oyunu baxımından çox çətindir. İstidə qılınc oynatmaq, at sürmək, kütləvi səhnələrin qurulması əziyyətli işdir. Həm də Babək daha imkanlıdır. Cavid isə hər şeyi içində çəkən insandır:

"Baş verənləri içində çəkmək çox çətindir. Xarakterinə görə Hüseyn Cavid fərqli obrazdır. Əsəbini içində çəksə də, həmişə sakit danışmağı bacarır".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Oskar"a namizəd filmin təqdimatı olacaq

"Təxəllüsü Mixaylo" ingilis dilinə tərcümə edilib

"Əl-Cəzirə" telekanalı Azərbaycanda film çəkəcək

"Bir addım" filmi Batumidə nümayiş etdiriləcək

"Mahmud və Məryəm"ə Türkiyədə ekran həyatı

Bölmənin digər xəbərləri
 
Keçmişin sükutu
Köhnə əşyalar satılan dükanları gəzərkən...

"Çökək hamam" gümüşdən və misdən hazırlanıb
Gəncəli zərgərin bu sənət əsəri yerli muzeyə hədiyyə olunacaq

Teatrda bədii əsərlərin sayı azalıb
Xalq artisti Yaşar Nuri problemdən söz açdı

Antalya incəsənət simpoziumu başlanır
Antalya beynəlxalq incəsənət simpoziumunda ölkəmiz də təmsil olunacaq.

İlk dəfə olaraq "Zone reality" düşərgəsi
Flame Production yeni layihəsi ilə gənclərin qarşısındadır.

İstanbul Opera Festivalında uğurlar
İstanbul-2010 Avropanın mədəniyyət paytaxtı layihəsi çərçivəsində keçirilən Birinci Beynəlxalq İstanbul Opera Festivalı yekunlaşıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər