Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Çökək hamam" gümüşdən və misdən hazırlanıb
"Çökək hamam" gümüşdən və misdən hazırlanıb
Gəncəli zərgərin bu sənət əsəri yerli muzeyə hədiyyə olunacaq
Şənbə, 21.08.2010

Aytən mətn ölçüsü  

Gəncə sakini, 12 ildir zərgərlik sənəti ilə məşğul olan Arzu Əliyev şəhərdəki qədim tarixə malik "Çökək hamam"ın maketini gümüşdən və misdən hazırlayıb.

Bu sənət əsərini 4 aya hazırlayıb və obyekti 115 dəfə kiçildib. Təxminən 3 kiloqram çəkisi olan fiqurun eni 11, uzunluğu 25 və hündürlüyü 5 santimetrdir.

Bu işin hazırlanması üçün 1,5 kiloqram mis, 200 qram gümüş, 200 qram qurğuşun və digər metallardan, mərmər tozundan istifadə olunub. Zərgər deyir ki, "Çökək hamam" modelinin hazırlanmasında qalınlığı 1, uzunluğu 3 mm olan 500 ədəd mis "kərpic"dən istifadə edib, onun divarları həmin mis "kərpic"lərlə, daş hissə isə mərmər və gümüş tozu ilə işlənib.

Müəllif dedi ki, bu fiqura işlənən materialların əldə olunması üçün 200 manat vəsait sərf olunub.

"Bundan başqa, təkcə mis "kərpic"ləri kəsmək üçün xüsusi nazik yiyələr var ki, onlardan bir neçə dəfə istifadə etdikdən sonra kövrək olduğundan sınır. İşi sona çatdırmaq üçün bu alətlərin yenisini almaq lazım gəlir. Bunlar da əlavə xərc hesab olunur", - deyə o əlavə etdi.

Müəllif sənət əsərini Gəncənin Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə edəcəyini bildirdi.

Hələ 2 il öncə zərgər Arzu Əliyev buna bənzər sənət örnəyi hazırlamaqla marağa səbəb olmuşdu. Gəncənin Şah Abbas məscidinin qızıl və başqa metallardan ibarət kiçik maketini hazırlayan zərgər bu işi 8 aya görmüşdü. Ümumi çəkisi 3 kiloqram olan bu maketin hazırlanması üçün 900 qram yüksək əyarlı gümüş, 15 qram 583 əyarlı qızıl, 302 qram mis, sink və tunc kimi materiallardan istifadə olunub. Zərgər məscid maketinin divarlarının hazırlanması üçün eni 1, uzunluğu isə 3 mm-lik 10 min ədəd mis "kərpic"dən istifadə edib. Üst-üstə qoyulmuş bu "kərpic"lər bir-birinə gümüş piltələrlə birləşdirilib. Təxminən 200 dəfə kiçildilən məscidin pəncərələri, iç divarları və kümbəz hissəsi gümüşdən hazırlanıb. Giriş qapısının yuxarı hissəsində isə Quran ayələri yazılıb.

Gümüş kümbəzin aşağı dairəvi hissəsində Ayətül-Kürsü, məscidin Cavad xan məqbərəsinə tərəf baxan hissəsində isə eyvanın baş tərəfində qızıldan Məhəmməd Peyğəmbərin adı yazılıb.

Qeyd edək ki, 2009-cu ilin dekabrında Bakıda Xalça Muzeyində keçirilən əl işləri üzrə I respublika festivalında iştirak edən Arzu Əliyev Şah Abbas məscidinin maketini nümayiş etdirdi.

Söhbətimizin sonunda müəllif söylədi ki, onun bu səpkidə növbəti planı şəhərimizdəki Uğurlu bəy Karvansarasının maketini hazırlamaqdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb

Bölmənin digər xəbərləri
 
Keçmişin sükutu
Köhnə əşyalar satılan dükanları gəzərkən...

Rasim Balayev: "Nəsimi qədər dərimin soyulmasına dözə bilmərəm"
Aktyor "mən həyatda adi bir insanam" deyir

Teatrda bədii əsərlərin sayı azalıb
Xalq artisti Yaşar Nuri problemdən söz açdı

Antalya incəsənət simpoziumu başlanır
Antalya beynəlxalq incəsənət simpoziumunda ölkəmiz də təmsil olunacaq.

İlk dəfə olaraq "Zone reality" düşərgəsi
Flame Production yeni layihəsi ilə gənclərin qarşısındadır.

İstanbul Opera Festivalında uğurlar
İstanbul-2010 Avropanın mədəniyyət paytaxtı layihəsi çərçivəsində keçirilən Birinci Beynəlxalq İstanbul Opera Festivalı yekunlaşıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər