Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Dərsliklər təkmilləşir
Dərsliklər təkmilləşir
Nizami Cəfərov bu fikirdədir
Şənbə, 21.08.2010

mətn ölçüsü  

Dərsliklərdəki problemlərin əsas səbəbi SSRİ dönəmində bu işin qeyri-azərbaycanlılar tərəfindən görülməsi olub. Texniki elmlər, tarix, təbiət elmlərinə dair dərsliklər, sadəcə, rus dilindən Azərbaycan dilinə tərcümə edilirdi. Millət vəkili Nizami Cəfərov deyir ki, əsas problemlərin bu sahələr üzrə yazılan dərsliklərdə müşahidə edilməsi təsadüfi deyil. Azərbaycan dili, ədəbiyyat və digər humanitar fənlərlə bağlı dərsliklər isə sovet dövründə də azərbaycanlı alimlər tərəfindən hazırlandığından müstəqillik illərində bu sahədə ciddi problem yaşanmayıb:

"Narazılıqlar isə sırf subyektiv baxışlarla bağlı olub. Məsələn, biri istəyir ki, ədəbiyyat dərsliyində Süleyman Rüstəmin şeirləri olsun, digəri bunu istəmir. Bizim isə əsas məqsədimiz odur ki, şagirdlər dərslikdən istifadə edəndə çox yorulmadan lazımi informasiya ala bilsinlər. Mən düşünürəm ki, dərsliklərimiz ilbəil təkmilləşir".

Dilçi alim bu qənaətdədir ki, təhsildəki problemləri təkcə dərsliklərlə əlaqələndirmək doğru deyil. Burada müəllim faktorunu da unutmaq lazım deyil:

"Tədris prosesində müəllim də vacib faktordur. Bizdə keçid dövründə sanki müəllimlərin bir az damarı boşaldı. Müəllimlər üçün metodik vəsait qıtlığı yarandı. İndi bu problemi aradan qaldırmağa çalışırıq".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Saxta diplomlu 172 "müəllim"

Müəllimlərin bayramı, yaş senzi və attestasiya

"Mədəniyyət sahəsinə ayrılan vəsait qaneedicidir"

"Telekanallarda hərəkət müşahidə edilir"

Kənd müəllimlərinə güzəşt

Bölmənin digər xəbərləri
 
Qubad İbadoğlu: "2009 işsizliyin artması, məvaciblərin azalması ilə yadda qaldı"
Dövlət büdcəsi sosial rifah halına mənfi təsir edib

Müəllimlər işə testlə götürüləcək
İmtahan sentyabrın ilk həftəsində baş tutacaq

Uşaq bağçaları və onların bu günü
Kadrlar 70 il əvvəlin təfəkkürü ilə işləyir...

100 ölkə arasında 69-cu yerdəyik
Yerimiz, deyəsən, gerçəyi əks etdirir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər