Hal-hazırda Ayna qəzetinin 14.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Məhkəmə prosesi uzadır
Etimad İsmayılovun məhkəməsi avqustun 24-də davam etdiriləcək
Şənbə, 14.08.2010


Məzahir
mətn ölçüsü  

Ədalət Partiyasının sədri İlyas İsmayılovun Rusiyada həbsdə olan oğlu Etimad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi avqustun 24-də davam etdiriləcək. Bu barədə APA-ya İlyas İsmayılov məlumat verib. Millət vəkilinin sözlərinə görə, proses hakim xəstələndiyindən bir müddət təxirə salınıb:

"Lakin bu, bəhanədir. Etimadın vəziyyəti yaxşıdır. Saxlanma yeri ilə bağlı da problemi yoxdur. Lakin məhkəmə prosesi uzadır. Prosesi avqustun 2-dək təxirə salmışdılar, indi də ayın 24-nə keçiriblər".

Qeyd edək ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin "çirkli pulların yuyulması" və "dələduzluq" maddələri ilə ittiham irəli sürülüb. O, "Avrasiya Sənaye-Maliyyə Qrupu" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. Partiya sədrinin oğlu 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb.

Onu da xatırladaq ki, E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə Ukrayna vətəndaşı, "Russkaya zernovaya kompaniya"nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və "Prodkorporasiya"nın rəhbəri Vladimir Şvadçenkonun da adları cinayət işində keçir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
Qəzaya uğrayan sərnişinlər Bakıya gəldilər
Onları iki "Boeing" markalı təyyarə gətirib

Ermənilərin növbəti fitnəkarlığının qarşısı alınıb
Kardiff qalasından çıxarılan bayrağımız yerinə bərpa olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər