Hal-hazırda Ayna qəzetinin 14.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Qəzaya uğrayan sərnişinlər Bakıya gəldilər
Qəzaya uğrayan sərnişinlər Bakıya gəldilər
Onları iki "Boeing" markalı təyyarə gətirib
Şənbə, 14.08.2010

C.Məzahiroğlu mətn ölçüsü  

Avqustun 12-də "Azərbaycan Hava Yolları" QSC-nin (Azal) İstanbul-Bakı reysinə bilet almış sərnişinlər birinci təyyarənin qəzaya uğraması ilə əlaqədar olaraq "Azal"ın göndərdiyi başqa iki təyyarə ilə Bakıya qayıdıb. Bu barədə "APA-Economics"ə "Azal"ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

M.Səfərlinin sözlərinə görə, İstanbuldan avqustun 12-də "Azal"la Bakıya uçuş üçün bilet almış sərnişinlər geriyə "Airbus-319" təyyarəsi ilə qayıtmalı idi. Lakin təyyarə uçuş-enmə zolağından çıxaraq zədələndiyinə görə sərnişinlərin Bakıya gətirilməsi üçün şirkət İstanbula iki təyyarə - "Boeing-727-200" və "Boeing-757-200" markalı hava gəmilərini göndərib. İstanbuldan sərnişinlər Bakıya yerli vaxtla müvafiq olaraq saat 03:00-da və 07:40-da çatıb.

M.Səfərli hazırda qəzanın səbəblərinin araşdırıldığını və birgə komissiyanın təhqiqat apardığını qeyd edib. Qəzaya uğramış "Airbus-319" Türkiyədə təmir olunandan sonra geri qayıdacaq.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC-nin rəsmi açıqlamasında bildirilib ki, avqustun 12-də Türkiyə vaxtı ilə saat 10:40-da Atatürk Hava Limanında yerə enən təyyarənin uçuş-enmə zolağında dönərkən qabaq şassisi zolağın süni örtüyündən kənara çıxıb. Nəticədə təyyarənin ön hissəsi torpağa oturub. Təyyarədə olan 119 sərnişindən və 8 ekipajdan heç biri xəsarət almayıb. Hadisənin başvermə səbəblərini araşdırmaq məqsədi ilə "Azərbaycan Hava Yolları" QSC və Türkiyə Mülki Aviasiyasının rəsmiləri tərəfindən komissiyalar yaradılıb və təhqiqata başlanıb. İlkin araşdırmalara görə, təyyarə uçuş-enmə zolağına endikdən sonra hava gəmisinin kapitanı sürəti tənzimləyə bilməyib. Nəticədə qabaq şassinin ön dayağı qatlanıb və mühərrikin örtüyü zədələnib.

Ümumilikdə isə bu hadisə 05-23 saylı zolaqda baş verən sayca on doqquzuncu qəzadır. APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Atatürk Hava Limanının 3 uçuş-enmə zolağından biri olan 05-23 saylı zolaq son vaxtlar belə hadisələrin daha çox yaşanması ilə yadda qalıb.

Türkiyə KİV-nin yaydığı məlumata görə, 05-23 saylı uçuş-enmə zolağı Atatürk Hava Limanında aparılan yenidənqurma işləri zamanı 300 metr uzadılaraq 2600 metrə çatdırılıb.

Bu arada Türkiyə Dövlət Hava Meydanları İşlətməsi (DHMİ) rəsmiləri mətbuata açıqlamalarında iddia ediblər ki, təyyarə zolağa gec enib və olay sürətin təyin edilən həddən çox olması nəticəsində baş verib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Antalya yaxınlığında gəmi saya oturub

Bakı metrosunda qadın qatarın yoluna yıxılıb

Rəqsanə avtomobil qəzasına düşüb

Bölmənin digər xəbərləri
 
Ermənilərin növbəti fitnəkarlığının qarşısı alınıb
Kardiff qalasından çıxarılan bayrağımız yerinə bərpa olunub

Məhkəmə prosesi uzadır
Etimad İsmayılovun məhkəməsi avqustun 24-də davam etdiriləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər