Hal-hazırda Ayna qəzetinin 14.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Resepsion + Depression = Armagedon?
Resepsion + Depression = Armagedon?
İki ildir "3-cü Dünya savaşı" başlayıb, insanların bundan xəbəri yox
Şənbə, 14.08.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)
mətn ölçüsü  

Dünya tarixini çox yaxşı bilənlərə bəllidir ki, 1-ci Dünya savaşının başlanmasının əsas səbəbi Avropanın və ABŞ-ın birlikdə bir sıra dövlətləri və coğrafi regionları öz nəzarətlərinə almaq üçün apardıqları qlobal siyasət idi. 2-ci Dünya savaşının isə dünyadakı milli dövlətləri iki qütb - kapitalizm və kommunizm arasında paylaşmaq, bununla yanaşı Birləşmiş Millətlər Təşkilatının bayrağı altında toplamaq üçün törədildiyi də bəllidir. Hazırda bütün dünyanı təhdid edən problemlərdən biri isə 3-cü Dünya Savaşının yaratdığı fəsadlar və bunun çox təhlükəli problemlər doğurmasıdır. Bunun adını qərbsevərlər "yeni dünya düzəni" qoyublar. Yəni "dünyanın tək gücün iradəsilə bir dövlətin nəzarətinə alınması", "dünyanın vahid pul kütləsilə idarə olunması", "böyük güclərin ordularını birləşdirən vahid ordu" əmsalı şəklində dəyərləndirilməsidir.

Bu sırada dünyamızda hər hansı bir savaş olayını gündəmə gətirmək elə də asan başa gəlmir. Bunun üçün bir sıra şərtlər tələb olunur. Bütün bunlar olmadıqca böyük savaşlar gündəmə gətirilə bilməz.

Qlobal savaş böhranı

Son iki ildə bütün dünyanı saran əsas qlobal problem yeni iqtisadi və maliyyə böhranıdır. Bu qlobal xəstəlik və virusdan heç bir dövlət kənarda qalmadı. Bu problemlərin məngənəsində çabalayan dövlətlər bir sıra müşküllərlə üz-üzədir:

1. İnsanların işini və aşını itirməsi.

2. Artıq əhalinin böyük əksəriyyətinin əlində nəyisə itirəcəyinin qalmaması.

3. Bütün cəmiyyətlərin depressiya durumunu yaşaması.

4. İctimai quruluşun fərqlərinə baxmayaraq, bütün dövlətlərdə ağır həyat şəraitinə görə insanların hər şeydən bezməsi.

5. Xalqların mövcudluğu məsələsində hətta ən ağıllı insanların belə qorxu içində yaşaması.

Günümüzün problemlərinə dönərkən dünyamıza diqqət etdikdə hər kəsin başının üstünü "domokl qılıncı" kimi kəsdirən "beynəlxalq maliyyə və iqtisadi böhran"ın yaratdığı durğunluq, yəni "resepsion" ortamının yaratdığı fəsadlar var. Bunlar həyatımızı məhv etməkdədir.

Sosioloqların hesablamalarına görə, başda Qərbin iri dövlətləri və ABŞ olmaqla bu güclərin yaratdığı qlobal böhran səbəbindən 35 milyon insan işini və aşını itirmişdir.

REKLAM

Onlar yaşamaq uğrunda sürünməyə məcbur edilmişlər. Bu insanlar kasıblıq həddindən də aşağı vəziyyətə düşüblər və hər gün "ölüm-qalım" mücadiləsini yaşayırlar. Onlar 2008-ci ildən bəri bu məşəqqətli həyat tərzinin şərtləri daxilində, sadəcə, sağ qalmağın peşindədirlər. Təbii olaraq, resepsionun gündəmə gətirdiyi fəlakətlərin ardınca "depression" acı bir fəlakət halında həyatımıza daxil olub və bizləri daha ağır sınaqlara çəkməyə başlayıb. Kütləvi işsizlik, kasıblıq, acından ölməmək uğrunda aparılan mübarizə bu depressionun tərkib hissələridir.

3-cü Dünya savaşının artıq dünyanı sarmış olan qlobal maliyyə və iqtisadi böhranla müşayiət olunması hərb tarixinin ən qəddar və fəlakətli səhifələri hesab edilir. Çünki bu qəddar savaşa bütün dünya və bəşəriyyət cəlb edilmişdir. Bu qlobal böhranın törətdiyi fəsadlardan, bəşəri fəciədən hər hansı bir toplum və ya dövlət sığortalanmayıb. Bu savaşın həm altqatları, həm də görünən tərəfləri bütün idbarlığı ilə bəşəri fəlakət anlamındadır. Bunun adını "yeni dünya düzəni" qoymaqla, bəşəriyyəti çox ustalıqla və hiyləgərcəsinə aldadırlar. Guya bəşəriyyət yeni düşüncə və həyat tərzinin şərtlərinə uyğunlaşdıqca dünyanın idarə olunması da inkişaf edəcəkmiş...

Görünməyən savaşların sirri

Qloballaşma tərəfdarlarının iddialarına görə, dünya birliyi bir bütün olduqda bütün cəmiyyətlərin daha sürətli inkişaf proseslərinə adaptasiya olunma ehtimalı yüksələ bilər. Bu "dadı şirin", özü isə "strateji siyasətin acısı" kimi qəbul edilən ictimai və psixoloji dərman həbləri hələ ki heç kimsənin həyat normasını yaxşılaşdıra bilməyib. Qlobal böhranlardan beynəlxalq səviyyədə uzlaşdırılmış şəkildə çıxış nöqtəsinin araşdırılması hələ də aktual olaraq qalır.

Qloballaşan dünyada indi hər şey bir an məsələsinə tabe etdirilmişdir. İnsanlıq yenə böyük bir fəlakətə doğru yönəldilir. Silah tüccarlarının nəzarətində olan strateji araşdırma mərkəzlərinin hazırladıqları təlimatlar əsasında milyonlarca insan, 1-ci və 2-ci dünya savaşlarında olduğu kimi, hər an ölüm kabusunun onu qaplayacağını gözləyir. Bu sırada isə bir tərəfdə multimilyarder olanlar, digər tərəfdə aclıqdan ölənlər dayanır. Genləri dəyişmiş qidalar ucbatından ölənlərin sayı milyonlarla hesablanır. İndi ehtiyac yoxdur ki, hər hansı bir dövlətə qarşı irimiqyaslı hərbi güc ilə hücumlar edilsin. Ən azından genləri dəyişdirilmiş orqanizmlər sayəsində bütöv bir milləti asanlıqla məhv etməyin texnologiyaları işlənibdir. Bu texnologiyanın hesabına istənilən toplumu qısa bir zamanda asanlıqla qısırlaşdırmaq mümkündür. Bu savaşın ardında duranların kimliyi savaş bitdikdən sonra bəlli olacaqdır. Çünki superzənginlərə çevrilən transkontinental şirkətlər və ya dövlətlər öz varlıqlarını savaş bitdikdən sonra nümayiş etdirirlər. Qısaca "resepsion + depression = armagedon" (yəni 3-cü Dünya savaşı) bütün bəşəriyyəti təhdid edərək, acı bağırsaq kimi uzanmaqdadır. Çünki qlobal maliyyə və iqtisadi böhranın nə zaman, hansı şəraitdə bitəcəyini heç bir kimsə proqnozlaşdıra bilmir. Bu idarəolunan savaş tarixin ən qəddar və zülmkar dövrünə qədəm qoyubdur. Bir sıra texnoloqlar iddia edirlər ki, köhnə dünya və baxışlar yıxılmayınca, yeni dünya düzəninin qurulması mümkün olmayacaqdır.

Bu böhranları gündəmə gətirən dövlətlərin qlobal böhran öncəsi ərzaq təhlükəsizliyi barədə qəbul etdikləri qərarları və bu yöndə atdıqları addımları diqqətlə təqib etdikdə bəlli olur ki, onlar bütün bunlara öncədən xüsusi hazırlıqlar görüblər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Quzey Qafqaz: idarəolunan vətəndaş savaşının gizlinləri

Uşaqlar aqressivləşir, zorakılığa meyillənirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər