Yanğınlar bir qrup şəxs tərəfindən törədilir?
|
Meşələr ancaq ildırım düşməsindən yana bilər
Şənbə, 14.08.2010
İlkin |
mətn ölçüsü |
|
|
|
Bu fikirlər "Biomüxtəlifliyin qorunması" mövzusunda mətbuat konfransında səsləndirilib. Milli Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov biomüxtəlifliyin qorunmasının vacib olduğunu bildirərkən deyib:
"Həm Avropada, həm də Asiyada çox güclü yanğınlar baş verir. Azərbaycan ərazisində də belə yanğınlara təsadüf olunur. Bu yanğınları havaların çox isti keçməsi ilə əlaqələndirirlər. Lakin əslində həmin yanğınlar bir qrup şəxs tərəfindən törədilir. Onlar yeni ərazilər ələ keçirmək üçün bu yola əl atırlar. Havanın isti olmasından bu qədər yanğınlar baş verə bilməz. Meşələr ancaq ildırım düşməsi nəticəsində yana bilər".
Telman Zeynalov biomüxtəlifliyin qorunması məqsədilə "Beynəlxalq Biodiversiya və Bioterrora Qarşı" təşkilat yaratdıqlarını söyləmişdir.
|
|
|
|
|
|
|