Azərbaycanın xalq artisti Akif İslamzadəni Azərbaycan toylarının səviyyəsi qane etmir. Müğənni ədət-ənənənin itirildiyini əsas gətirərək bildirdi ki, toylar qaraçı məclisini xatırladır:
"Toyda çox iştirak edə bilmirəm. Gözümün qarşısında canlanan mənzərələr məni narahat edir. Səhnə qaraçı yığıncağını xatırladır. Əgər bir insan rəqs edə bilmirsə, onun meydana çıxması vacib deyil. Lakin bizim qadınlar bacardı-bacarmadı, düşürlər səhnəyə və elə hərəkətlər göstərirlər ki, adam utanır".
Akif İslamzadəni eyni zamanda musiqiçilərin səviyyəsi qane etmir. Müğənninin fikrincə, ifaçı dinləyiciyə musiqi mədəniyyəti aşılamalıdır:
"Əfsuslar olsun ki, bəzi musiqiçilərin toy repertuarı çəkisini itirib. Şəxsən mən bir çox toyların repertuarından zövq ala bilmirəm".
Müğənni eyni zamanda yaxşı ifaçıların da olduğunu bildirdi. Qeyd etdi ki, İlqar Muradov, Eyyub Yaqubovun apardığı toylarda iştirak edəndə proqramdan zövq alır.
|