Hal-hazırda Ayna qəzetinin 14.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Cəsəd ilə "alver edən" müstəntiq işdən çıxarılıb
Onun barəsində cinayət işi başlanıb
Şənbə, 14.08.2010

mətn ölçüsü  

Göyçay rayon Prokurorluğunun müstəntiqi Avtandil Babayev vəzifəsindən azad edilib. Bu barədə "Turan"a Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilir. Onun barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanıb. Müstəntiq Göyçay rayon sakini Nəriman Ağayevin şikayəti əsasında məsuliyyətə cəlb olunub. Belə ki, müstəntiq Avtandil Babayev tərəfindən Nəriman Ağayevin qızı Zümrüdün 20 noyabr 2009-cu il tarixdə yaşadığı evdə ölməsi faktı ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunmayıb.

Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsi tərəfindən aparılan əlavə araşdırma zamanı müəyyən olunub ki, 3 iyul 2010-cu il tarixdə qanunla müəyyən edilmiş qaydada meyit eksqumasiya olunmaqla, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən təkrar komission məhkəmə-tibbi ekspertizası keçirilib. Nəticədə birliyin Göyçay rayon şöbəsinin eksperti E.Əmiraslanov tərəfindən Zümrüd Ağayevanın meyiti daxili müayinə edilmədiyi halda, məhkəmə-tibbi müayinə haqqında akt tərtib edilərkən saxtakarlığa yol verildiyi, həmin aktda müstəntiq Avtandil Babayevin daxili müayinə zamanı iştirakı göstərilsə də, sonuncunun meyitin ilkin daxili müayinəsində iştirak etmədiyi və qeyd edilən pozuntuların aradan qaldırılması üçün vaxtında tədbirlər görmədiyi müəyyən edilib.

Qeyd edək ki, sözügedən müstəntiqin mərhumun hüzn içərisində olan valideynləri ilə qeyri-insani rəftarı barədə mətbuatda yazılar getmiş, hadisə ictimaiyyətin diqqət mərkəzinə düşmüşdür. Baş prokurorun onun barəsində sərt ölçü götürməsinin səbəbi bununla izah edilə bilər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Qara transplantoloqlar"ın əməllərindən yeni təfsilatlar
Onların əksər əməliyyatları Bakıda keçirdikləri təsdiqlənir

Terrora kömək edənlərə hökm oxundu
Onlar və qohumları hökmü ədalətsiz saydılar

Şəki sakini qatil sayıldı
Məhkəmə ona 14 il iş kəsdi

Narkotik alverçisi azadlığa buraxıldı
Onun 8 aylıq hamilə olması əsas gətirildi

Ata sərvətini adam oğrularına verib
Dəstə Timur Əliyevi azad etmək üçün 1 milyon manat tələb edib

Çeçen dəstəsinin cinayət seriyası
Bu qrup Bakıda evləri soyurmuş

Ölkədə intihar hadisələri çoxalıb
Zaqatala rayonunda dil-ədəbiyyat müəlliməsi intihar edib.

Həmyerlisini torpaq üstündə öldürüb
Azərbaycan vətəndaşı Sankt-Peterburqda həmyerlisini öldürüb.

Narkotik alverçiləri yaxalandılar
Mingəçevir və Şamaxı şəhər sakinlərindən heroin götürülüb.

Rusiyada axtarışda olan üç azərbaycanlı yaxalanıb
DİN internet saytına istinadən, Rusiyada axtarışda olan üç azərbaycanlı yaxalanıb.

İstintaqdan qaçan Zaqatalada tutuldu
Cinayət törədib, istintaqdan yayınaraq qaçıb gizlənən Mingəçevir şəhər sakini tutulub.

Daha bir narkotik alverçisi yaxalanıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala şəhər sakini həbs edilmişdir.

Hava limanındakı iri oğurluğun üstü açılıb
Yük terminalının kassasından 90 min manat aparanlar oranın işçiləri imiş



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər