Hal-hazırda Ayna qəzetinin 14.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Taxıl istehsalı 15 faiz azalacaq
Taxıl istehsalı 15 faiz azalacaq
Rusiyanın qərarı 2011-dək uzanarsa və Qazaxıstan da bənzər addım atarsa, bizi çətin sınaq gözləyəcək
Şənbə, 14.08.2010

A.Akif mətn ölçüsü  

Rusiya avqustun 15-dən dekabrın 31-dək xarici ölkələrə taxıl ixrac etməyəcək. BBS-nin məlumatına görə, Rusiyanın taxıl ixracına yasaq qoyması dünya bazarında taxılın qiymətini xeyli qaldırıb. Rusiya dünyada əsas taxıl ixracatçılarından biridir. Əvvəlki illərin bol məhsulundan istifadə edən Rusiya qətiyyətlə dünya taxıl bazarına çıxaraq dünyanın aparıcı 3 taxıl ixracatçısı siyahısına düşmüşdü. Ölkə bu il təxminən 20 milyon ton taxıl ixrac etmək istəyirdi. Moskvanın son qərarı onun üçün həm imic itkisidir, həm də onu tutduğu bazardan məhrum edə bilər. Ancaq bu addım məcburidir, hökumət daxildə mümkün taxıl qıtlığından narahatdır.

Görünməmiş uzunmüddətli istilər və davamlı quraqlıq Rusiyanın bu ilki məhsul perspektivlərini xeyli azaldır. 2008-ci ildə taxıl məhsulu rekord 108 milyon ton olubsa, yaxud ötən il təxminən 100 milyon tona yaxın idisə, bu il ən yaxşı halda 70-75 milyon ton gözlənir.

Onun əsas müştəriləri Aralıq dənizi hövzəsi, Yaxın Şərq ölkələri, habelə MDB dövlətləridir. İTAR-TASS agentliyinin yaydığı xəbərə görə, Rusiya Türkiyənin əsas xarici taxil təchizatçısıdır. İldə bu ölkəyə Rusiyadan 2,4 milyon ton taxıl gəlir. Azərbaycan da Rusiyanın aparıcı müştərilərindəndir, ötən il bizə 1,3 milyon ton rus taxılı göndərilmişdi.

Diqqəti çəkən isə rəsmi Moskvanın Gömrük Birliyinə üzv olan Qazaxıstan və Belarusa da bənzər addım atmaq təklifini irəli sürməyi nəzərdən keçirməsidir. Artıq məsələ ilə bağlı Rusiya İqtisadi İnkişaf Nazirliyinə tapşırıqlar verilib.

Xatırladaq ki, hər iki ölkə - yəni Belarus və Qazaxıstan da Azərbaycanın taxıl idxalında mühüm paya malikdir. Nəzərə alsaq ki, bu il daxildə taxıl əkini sahələri azalmışdı, o cümlədən məhsuldarlıq aşağı olub, onda tərəfdaş ölkələrdən Azərbaycana taxıl ixracına yasaq qoyulacağı ölkəmizdə un və un məhsullarının qiymətinin artmasına yol açacağını söyləmək çətin deyil.

Beynəlxalq iqtisadçıların şərhlərinin məğzi belədir ki, taxıl istehsalçıları və ixracatçıları imic itkiləriylə üzləşsələr də, müəyyən uduşlar əldə edə bilərlər. Dünya bazarlarında qiymət artır. Bu, istehsalçıların faydasınadır.

REKLAM

Qiymət daxili bazarda da qalxacaq və artıq bəzi istehsalçılar taxılı indi satmayıb saxlayır və qiymətin daha da artmasını gözləyirlər. Artıq əhali arasında müəyyən təşviş başladığını söyləmək olar. Təbii ki, camaat qıtlıqdan və ifrat qiymətlərdən qorxur.

İlin sonunadək narahatlıq yoxdur

Arayış üçün: Azərbaycanın ərzaq buğdasına illik tələbatı 3 milyon tondur. Ötən il ölkədə 2 milyon 960 min tondan çox buğda istehsal olunub. Daxili istehsalla yanaşı, ölkəyə xaricdən taxıl idxalının həcmi də artırılıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2010-cu ilin I yarımilində buğda idxalı 570 518,1 ton (115814,8 min ABŞ dollar dəyərində) təşkil edib. Ötən ilin 1-ci yarımilinə netto çəki nisbəti ilə 96,2 faiz olub. Un idxalı 1867,7 ton (585,9 min ABŞ dollar dəyərində) olub. 2009-cu ilin I yarımilinə netto çəki nisbəti ilə 6,7 faiz təşkil edib. Bildirək ki, Azərbaycana taxıl əsasən Qazaxıstandan idxal olunur. Bu ilin 5 ayı ərzində idxal olunan taxılın cəmi 15 faizi Rusiyadan gəlib.

Taxıl idxalının və istehsalının azalmasının çörəkbişirmə sənayesinə təsirlərindən danışan iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, artıq bəzi bölgələrdə çörəyin qiymətinin artdığı müşahidə olunur:

"2009-cu ildə 2 milyon 960 min ton buğda istehsal olunub. Düzdür, istehsal olunan buğdanın heç də hamısı Taxıl Fondu tərəfindən satın alınmadı. Çünki məhsulun bir hissəsi fondun müəyyən etdiyi keyfiyyət standartlarına uyğun gəlmədi".

2010-cu ildə buğda istehsalının 15 faiz azalacağının gözlənildiyini vurğulayan V.Bayramov cari il Azərbaycanda təxminən 2 milyon 300 min ton buğda tədarük ediləcəyini deyir. Bu da yerli istehsalın daxili tələbatın ödənilməsinə imkan vermədiyi deməkdir. İstehsal olunan taxılın heç də hamısı Taxıl Fondu tərəfindən qəbul edilməyə bilər. Çünki fondun keyfiyyət standartları var. İqtisadçı bütün bunları nəzərə alaraq qeyd edir ki, xaricdən 1 milyon tona yaxın buğda idxalı gözlənir.

Maraqlıdır, Rusiyanın ixrac qadağası Azərbaycanın ərzaq təhlükəsizliyi və strateji məhsul olan buğda ilə təminatında problemlər yaradacaqmı? İqtisadçı yaxın aylarda buğda ilə təminatda problemlərin gözlənmədiyi fikrindədir:

"Ötənilki istehsalın, eləcə də idxal olunmuş taxılın bir hissəsi ehtiyat şəklində Taxıl Fondunda saxlanır. Başqa tərəfdən, Rusiyanın tətbiq etdiyi qərarın 2010-cu ilin sonuna qədər qüvvədə olması nəzərdə tutulub. Növbəti aylarda Azərbaycanda taxıla olan tələbat 1 milyon 500 min ton olacaq. Yerli istehsal ilin sonunadək buğdaya olan tələbatı ödəməyə imkan verir".

V.Bayramov iki problemi istisna etmir:

"Əvvəla, idxalın çətinləşməsi ölkəyə gətirilən buğdanın daha fərqli olmasına səbəb ola bilər. Bu da çörəyin, taxılın qiymətinin artmasına gətirib çıxaracaq. Güman olunur ki, 2010-cu ildə buğda istehsalının azalması buğdanın, çörəyin qiyməti üçün müəyyən baza yaradacaq". Ekspert ilin sonuna qədər, xüsusilə noyabr ayından başlayaraq taxılın qiymətində artımları qaçılmaz sayır. Bu halda, taxılın qiymət artımı çörəyin qiymətinə də təsir edəcək. Əgər Rusiya ixracla bağlı qərarının vaxtını uzadarsa və Rusiyadan taxıl ixracına qadağa 2011-ci ilin əvvəllərində də qüvvədə qalarsa, o cümlədən Qazaxıstan da bu qadağaya qoşularsa, gələn ilin əvvəllərində Azərbaycanda taxıla olan tələbatı ödəməkdə problemlər yaşanacaq".

2009-cu ildə kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə edilməsinə baxmayaraq, 2010-cu ildə bunu təkrarlamaq mümkün olmadığı bəllidir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Fermerlərə yerli bazarlara çıxış imkanı yaradılmır

Nəfəs almaq çətinləşir

Xarici inəklər xüsusi qulluq istəyir

Avtomobil idxalını artırmağa ehtiyac yox

Avtomobil idxalı 30 faiz azalacaq

Bölmənin digər xəbərləri
 
Azərbaycanda illik inflyasiya 5,6%-ə çatıb
İstehlak qiymətləri Bakıda 0,34%, regionlarda isə 0,24% yüksəlib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər