Hal-hazırda Ayna qəzetinin 14.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Sevdiyim "Beşiktaş"ım"
"Sevdiyim "Beşiktaş"ım"
Əziz Akkaya: "Diləyim budur ki, Bakıya da basketbol matçına gələk"
Şənbə, 14.08.2010

Füzuli Məhəmmədoğlu
Murat Bayer
mətn ölçüsü  

Türkiyədə qadın basketbolu dedikdə, ağla gələn ilk məşqçi Əziz Akkayadır. 17 ildir "Beşiktaş" qadın komandasının məşqçisi Əziz Akkaya son üç ildir "Ümit" Milli qadın komandasının məşqçisidir. Əziz Akkaya işində prinsipial, qərarlı, məsuliyyətli, çalışqan, qələbəni əldə etmək üçün böyük səy göstərən bir məşqçidir. İşində idealist, duyğusal bir insandır.

- Harada və nə zaman doğulmuşsunuz?

- 1968-də Sivasda doğuldum. 6 ayımda İstanbula gəldik. Amma sənədlərdə doğum tarixim 1967 göstərilir.

- Ailənizdə idmanla maraqlanan varmı?

- Atam futbolun fanatıdır. Hər matça gedir. Futbolu çox sevər, amma mənim sayəmdə basketbola da marağı artdı. Böyük qardaşım məhəlləmizin həvəskar futbol komandasında oynardı. Bacım və anamın idmana marağı yoxdur.

- Hər insanın həyatında anası və atası önəmlidir. Siz hələ balacaykən atanız xəstələnmiş və buna görə də həkim olmaq istəmişsiniz. Amma daha sonra universitetdə iqtisad fakültəsində oxumuşsunuz. Necə oldu ki, həkim olmaqdan vaz keçdiniz?

- Uşaqkən insan həkim olmaq istəyir. Nəyə görə həkim? Mümkün olduğu qədər insanlara yardım etmək üçün... Atam o zamanlar revmatizm xəstəsiydi, indi isə ürəyindən şikayətlənir.

REKLAM

Niyyətim dəyişdi. Əfsuslar olsun ki, Türkiyədə idmana maraq çox olduqda, təhsil axsayır. Oyunçuluqdan sonra məşqçi olmağa qərar vermişdim. Bacara biləcəyim ən gözəl sahə iqtisadiyyat idi, həm oxuyur, həm də idmanla məşğul olurdum. İstanbul Universitetindən iqtisadçı ixtisası ilə məzun oldum.

- İdman həyatına futbolla başladınız, amma basketbola yönəldiniz. Necə oldu ki, basketbolla maraqlandınız? Sizə təsir edən insanlarmı vardı?

- Məktəb yarım gün olduğu üçün futbol oynamağa vaxtım çox olurdu. Sonra Şişli Terrakidən təqaüd qazandım. Dərslər tam gün olduqda futbola vaxt az qaldı. İdmanı çox sevdiyim üçün məktəb komandasında bir il atletika ilə məşğul oldum. Daha sonra basketbola başladım. Televiziyada basketbolla bağlı yayımlanan "Bəyaz Gölgə" filmi məndə bu idmana marağı artırmışdı. İdmanda təsirinə uyduğum insanlar, təbii ki, oldu. Məndən öncə məktəb yığmasında oynayan məndən yaşca böyük dostlarım vardı. Onlarla basketbol oynayırdım. Yəni təkrar basketbola başlamış oldum.

- Erkən yaşlardan etibarənmi Beşiktaşlısınız?

- Çocuqluqdan bəri Beşiktaşlıyam. Gözümü Nişantaşda açdığım üçün. Nişantaşı, Fulyaya çox yaxındır. Fulyada torpaq sahədə məşq edər, səhərdən axşama kimi top oynardıq, hətta bütün yazda vaxtımızı Şərəf Stadionunda futbol oynayaraq keçirərdik. Ətrafımızda "Beşiktaş"dan başqa komanda yox idi. Sağımız, solumuz, hər tərəfimiz Beşiktaşlıydı. Məşqçiliyə başladıqda xəyalımda Beşiktaşa məşqçi olmaq vardı. Beşiktaş hər yerdə iddialı bir komandadır. Sevdiyim "Beşiktaş"a məşqçi oldum. O gün, bu gün - bura sevdiyim bir yer olduğu üçün başqa bir yerə getməyi heç düşünmədim.

- Beşiktaşlı olmaq nə deməkdir?

- Beşiktaşlı olmaq nə demək? Beşiktaşlı olmaq fədakarlıq demək, sevgi və sayğı deməkdir. "Beşiktaş" sevgi və sayğının çox olduğu bir komandadır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Oxşar xəbərlər:

"Xəzər-Lənkəran" tamam, "Qarabağ" davam

Bölmənin digər xəbərləri
 
"Neftçi" və "Bakı" çempionata itki ilə başladılar
Bu gün Unibank Premyer Liqada II tur başlanır

Vaqif Cavadov "Qarabağ"a qayıdır?
"Tvente"nin 21 yaşlı futbolçusunun taleyinə yaxın günlərdə aydınlıq gələcək

"Qarabağ"ımıza uğurlar!
Avrokuboklarda yeganə təmsilçimiz dörd gündən sonra "Borussiya"ya qarşı ilk matçına çıxacaq

İdman xəbərləri
Son yoxlama oyununda sönük oyun



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 


Qadını döyərək zorlayıblar




Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."




9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009