Hal-hazırda Ayna qəzetinin 14.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Səninlə və sənsiz
Səninlə və sənsiz
Şənbə, 14.08.2010


Fazil Muradəliyev, jurnalist
mətn ölçüsü  

Keçən əsrin 60-cı illərinin ortaları idi. Sovet cəmiyyəti daxilində liberallaşma prosesi gedirdi. Bunun nəticəsi idi ki, Vəli Axundov, Şıx-Əli Qurbanov kimi liberal-demokrat partiya rəhbərləri, Ziya Bünyadov, Rüstəm Əliyev kimi coşqun alimlər, Əkrəm Əylisli kimi ötkəm qələm sahibi vardı.

Həmin dövrdə, əlbəttə, ən parlaq şəxsiyyətlərdən biri Şıx-Əli Qurbanov idi. Vəzifədən uzaqlaşdırılmış, bir müddətdən sonra isə yenidən irəli çəkilmiş, millətini səmimiyyətlə sevən, imkanlarından xalqın marağı üçün geniş istifadə edən partiya rəhbəri idi.

Şıx-Əli Qurbanovla mən cəmi iki dəfə görüşmüşəm. "Molodyoj Azerbaydjana" qəzetində şöbə müdiri vəzifəsində çalışırdım. Qəzetin istiqamətinə xas olmayan silsilə məqalələr vermişdim: "Zəfəran", Babam", "Sumax" və s.

Dərc etdirdiyim materiallarla bağlı redaksiyaya çoxlu məktub və müsbət rəylər daxil olmuşdu. Buna baxmayaraq, məni iclaslarda tənqid edirdilər ki, yazılarımda milli ənənələrə yol açıram, yəni ki, daha çox sovet ənənələrindən yazmaq lazımdır. Tənqidə baxmayaraq, iclaslardan sonra qəzetin redaktoru Faiq Mustafayev (biz onunla sinif yoldaşı olmuşduq) məni öz yanına dəvət edərək, deyərdi ki, söz-söhbətə fikir verməyim, yazdığımı - yazmaqda davam eləyim. Həmin günlərin birində mənə zəng vurub, təlaş içində dedi: - Bilmirəm nə üçünsə səni Şıx-Əli Qurbanov yoldaşın yanına çağırırlar (o vaxt Şıx-Əli müəllim Mərkəzi Komitənin ideologiya üzrə katibi idi).

Katibin kabinetinə daxil olanda, gördüm ki, nurlu və işıqlı qonur gözlər mənə maraqla və hörmətlə baxır. Məqalələri oxumuşdu və onlara tərəfdar çıxdı. Vidalaşanda dedi ki, hər birimiz vəzifəmizdən düzgün istifadə etməklə xalqımıza qulluq etmiş olarıq, onu inkişaf etdirərik. Söhbətimiz alındı.

İkinci dəfə Şıx-Əli müəllimin yanına çox maraqlı tapşırıqla dəvət etmişdilər.

- Bu, yazı məsələsi deyil, - dedilər. - Bakıya bir neçə tanınmış yazıçı gəlir, onların ziyalılarla, tələbələrlə görüşləri olacaq. Qonaqlardan birini - Rəsul Həmzətovu sənə tapşıracağıq. Bilirsən də, onun meyli nəyə çoxdur.

REKLAM

Belə et ki, nə şiş yansın, nə kabab.

Yazıçıların səfərinin axırı idi. Möhtəşəm görüşdə Şıx-Əli müəllim də iştirak edirdi. Rəyasət Heyətində o, Rəsul Həmzətovla yanbayan əyləşmişdi. Tənəffüsdə hörmətli şair məndən xəlvəti olaraq öz kefini bir az "qaldırmışdı". Bunu Şıx-Əli müəllim hiss etmişdi və zalda narazı baxışları ilə məni tapıb, elə bil, bir növ məzəmmət elədi. Lakin bir azdan Rəsul Həmzətova söz verildi və o, həmişəki kimi çox müdrik bir çıxış elədi və vətənimiz, xalqımız, ədəbiyyatımız barədə dərin mənalı sözlər söylədi. Axırda isə, üzünü Şıx-Əli müəllimə tutub dedi:

- Söylədiyim sözlər şit tərif deyil, həqiqətdir.

Şairin çıxışı katibin ürəyincə oldu. İclasdan sonra məni Şıx-Əli müəllimin yanına çağırdılar. Katib mülayim tərzdə dedi ki, bir anlıq səhvini sən Rəsul Həmzətovun ürək açan çıxışı ilə, onun xalqımız haqqında dediyi xoş sözləri ilə yuyub apardın.

Şıx-Əli Qurbanovun adı çəkiləndə ən əvvəl Novruz bayramı yada düşür. Əslində, bu onun fəaliyyətində bir ştrixdir. Gəlin düzün deyək - Novruz bayramı ailə, qohum-qonşu səviyyəsində həmişə qeyd olunub. Yaşlı nəslin yaxşı yadındadır: bayramqabağı həyətlər təmizlənər, qapı-pəncərələr yuyular, divarlar ağardılar, evlərdə bayram çörəyi bişirlər, yumurta rənglənərdi. Xonça tutular, qohum-qonşu bir-birinin evinə gedərək, bayramlaşardı. Bunlar hamısı var idi, ancaq rəsmiləşdirilmiş səviyyədə ümumxalq bayramı yox idi.

Şıx-Əli Qurbanovun böyüklüyü ondadır ki, o, Azərbaycan xalqının milli şüurunu oyadaraq meydana sözün geniş mənasında AZƏRBAYCANSEVƏRLİK İDEYASI ilə çıxmışdı. Bu möhtəşəm işin əvvəlini o, xalqı özünə və dünyaya tanıtmaqda, onun mentalitetini formalaşdırmaqda görürdü. Novruz bayramının da mənasını açıqlayıb, onu məişət səviyyəsindən qaldırıb, bütövlükdə xalqın bayramı kimi, milli ənənə kimi rəsmiləşdirmişdi.

Şəxsən Şıx-Əli Qurbanovun təşəbbüsü və dəstəyi ilə o dövrdə xaricdə daha çox olan alimlərdən biri - tanınmış şərqşünas Rüstəm Əliyev görkəmli azərbaycanlıların axtarışını aparır, onlarla əlaqələr yaradırdı. Qəzetlərdə bu haqda geniş materiallar verilirdi.

Vətənimizdə çap olunan rusdilli qəzetlərin xaricdə daha çox oxunduğuna görə bu nəşrlərdə xalqımız haqqında dolğun və dərin materiallar verilməsini vacib sayaraq, ideologiya üzrə katibin təşəbbüsü ilə rus dilində yazan bir qrup istedadlı azərbaycanlı jurnalistlər bu qəzetlərə işə qəbul olunur, sonralar isə onların bir çoxu redaksiyalarda rəhbər vəzifələrə irəli çəkilirdilər.

Bunlar Şıx-Əli Qrubanovun ilk, ancaq perspektivli addımları idi...

Çox-çox təəssüf...

Şıx-Əli Qurbanovun "Sənsiz" pyesi Azərbaycan Dram Teatrında onsuz oynanıldı. İlk tamaşa 1967-ci il iyunun 2-də oldu. Premyerada bəlkə də ilk dəfə idi ki, zal o cür ağzınacan dolmuşdu - adamlar hətta keçidlərdə ayaqüstə dayanmışdılar.

Şıx-Əli müəllimin ruhu o zalda idi. Biz onsuz idik, o da bizsiz. O gün, əminəm ki, hər birimiz, premyerada olanlar da, olmayanlar da, eyni hissləri keçirirdik.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ərizələr UEFA-ya göndərildi

Dünya çempionatından iki medal

Vaksinlərin gətirilməsi gecikir

Mahmud Qurbanov: "Mən futboldan doymuram"

Selami Şahin yeni bəstəsini Zamiqə verdi

Bölmənin digər xəbərləri
 
Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"
Xanəndə səsi olmayana bu sənətdə yer görmür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər