Hal-hazırda Ayna qəzetinin 14.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"
Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"
Xanəndə səsi olmayana bu sənətdə yer görmür
Şənbə, 14.08.2010

Z.Rüstəm mətn ölçüsü  

Xalq artisti Arif Babayev yetirmələrini özü kimi yetişdirmək istəyir. Onlarca tələbəsi olan xanəndə istəyir ki, hər birinin öz dəst-xətti olsun. Bağ evində yay istirahətində olan xalq artisti vaxt ayırıb qəzetimizə fikirlərini bölüşdü:

- Müsahibələrinizin birində ürəyinizdə nisgilinizin olduğunu demisiniz. Nədir sizi narahat edən?

- Mənim Qarabağ adlı dərdim var. Neçə illərdir onsuz özümü yetim hiss edirəm. Ola bilər ki, bəzi insanlar torpaq dərdini dildə çəkirlər, mənim isə daxilimdə kök atıb. Mən evimi-eşiyimi muğamla tikmişdim. Lakin ermənilər onu bir günün içində viran qoydular. Bu ifadəni maddiyyata bağlamıram. Şəhərdə və Bakı kəndlərinin birində evim var. Mən Qarabağdakı ata yurdum üçün qəribsəmişəm. Səsimi oradan gətirmişdim, indi ora aparmaq istəyirəm.

- Son illər səsinizdə titrəmələr hiss edilir. Bunu yaşla da bağlamaq olar?

- Əslində dəvət aldığım tədbirlərin çoxuna getmirəm. Bəzi dövlət tədbirlərindən imtina edə bilmirəm. Əgər torpaq boyda nisgilim olmasaydı, səsim bəlkə də yerində olardı.

REKLAM

Axı neçə illərdir mən ata yurduma gedə bilmirəm. Maddiyyatla çox şeyi əldə etmək olur. İlhamlanmaq üçün sənə əziz olan varlığı görmək, duymaq lazımdır. Doğma yurd-yuvamdan çıxandan sonra mən bu duyğunu hiss edə bilmirəm. Düzdür, gənc yaşlarımdan Bakıya gəlib sənətlə peşəkar səviyyədə məşğul olmağa başlamışam. O vaxtlar ruhumu təzələmək üçün tez-tez Qarabağın bölgələrinə üz tuturdum. Orada keçirilən xanəndə məclisində iştirak edir, ifaçılarla deyişirdik. O mənzərələri indi yuxuda görürəm. Gerçək həyata qayıdanda isə onlar sovrulub gedir. Bəlkə də, 72 yaşım olmasaydı, cavan olsaydım, bu qədər nisgil yaşamazdım.

- Sizcə, yaxşı sənətkar 72 yaşında da sərbəst oxuya bilər?

- Nadir hallarda belə məqamlara rast gəlmək mümkündür. Mənim səsim bəzən yaxşı olur, bəzən oxuya bilmirəm. Bəzən elə tədbirlər olub ki, imtina edə bilməmişəm və fonoqram ilə oxumuşam. Əslində mən fonoqramın əleyhinəyəm. Amma səs problemim məni seçim məcburiyyətində qoyur. Səs insanın əlində deyil. Biz onu qorumağa çalışırıq. Necə olacağı isə özündən asılıdır.

- Muğamı sintez şəklinə gətirmək adı ilə yadlaşdıranların sayı durmadan artır. Amma sənətkarların fikrinə məhəl qoyan yoxdur.

- Mən onları muğam ifaçısı hesab etmirəm. Neft sudan asan şəkildə ayrıla bildiyi kimi, onlar da yaxşı oxuyanlardan asan şəkildə seçilirlər. Ola bilsin, həmin ifaçıların yetərincə reklamı, sponsoru var. Amma bu onların istedadlı olmalarına dəlalət eləmir. Son illərlə bu dövrü müqayisə edin. Vaxt vardı, muğam ifaçısının adı gələndə hamının üzündə hüzn ifadə yaranırdı, yaxud televizorların kanalı dəyişdirilirdi. İndi isə gənclərin əksəriyyəti muğamı maraqla dinləyir, hətta onların arasında bu sənəti öyrənmək həvəsi artıb.

- Bugünkü musiqiçilər, hətta gənc xanəndələr arasında bir-birinin ünvanına işlətdiyi ifadələr var ki, ictimaiyyət arasında bu normal qəbul edilmir.

- Nə qədər qalmaqaldan uzaq olsam da, belə sözləri eşidəndə danışmaq istəyirəm. Hətta belə insanların yerinə mən utanıram.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Alim Qasımov yenidən Məcnun olmaq istəyir

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Bölmənin digər xəbərləri
 
Səninlə və sənsiz
Keçən əsrin 60-cı illərinin ortaları idi.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər