Hal-hazırda Ayna qəzetinin 14.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
"Çörəkpulu lotereyası"
"Çörəkpulu lotereyası"
Gəncənin "Qul bazarı"ndan reportaj
Şənbə, 14.08.2010

Aytən Ələkbərova mətn ölçüsü  

Gəncə avtovağzalının yaxınlığındakı, ötüb-keçən irili-xırdalı maşınların hay-küyü səbəbindən narahat ovqatlı bu ərazi ürəksıxıcıdır. Bu ərazinin adını, əgər belə demək mümkündürsə, çoxunun üz-gözü günəşdən qaralmış, burada gah bir yerə yığışan, gah da tək-tək, gah ikibir, üçbir vargəl edən bir topa insan qoyub - "Qul bazarı". Buranın onsuz da əzici və kədərli ovqatına sanki bir qədər də ağırlıq qatan bu adamların çətin taleləri onların üzündən oxunur. Onların gözləri də sözün lap hərfi mənasında, daim yol çəkir - qızmar istidə saatlarla burada dayanıb, kiminsə gəlib onlara müvəqqəti fəhləlik təklif edəcəyi anı səbirsizliklə gözləyən bu zavallılar burada ailələrinə gündəlik çörəkpulu qazanmaq üçün dayanmışlar.

Hərdənbir buradan işçi qüvvəsi götürmək üçün dayanan avtomaşınlara "hücum çəkmək" bu fəhlələr üçün vacib şərtdir. Bu zaman "məni götür, ucuz gedirəm!" qışqırıqları, maşın sahibinin kimləri isə götürdükdən sonra hamısının məyusluqla sakitləşməsi adamın yadına Məşədi İbadın hambal çağırmaq səhnəsini salır.

Bu adamlar ünsiyyətə əvvəlcə meyilli olmasalar da, bir qədər sonra "xirtdəkdən olan dərd" onları istər-istəməz dindirir.

Ahıl yaşlı Mübariz dayı (adları dəyişmişik) texnikum bitirdiyini və əvvəllər toxuculuq fabrikində işlədiyini dedi. Sovet hökuməti dağılandan sonra zavod və fabriklərin işi dayandığından işsiz qalmamaq üçün bura üz tutub və buranın ən "stajlı"larından sayılır.

"Ailəmi dolandırmaq üçün muzdurluq etməyi özümə utanc bilmirəm. Yoldaşım ağır yataq xəstəsidir, bir oğlumuz var, o da anadangəlmə iflicdi. İki xəstəyə baxıram. Mən gün ərzində evdə olmadığım saatlarda onlara qonşular qulluq edir. Hər gün burada səhərdən axşamacan pul qazanmaq üçün "pusquda" dururuq. Evdəki xəstələrin yemək və dərmanlarını almağa pul çatdıra bilmirəm. Bu yaşımda hər ağır işə qatlanıram. Neyliyim, harda işləyim, heç bir iş yeri yoxdur, hara müraciət edirəm, deyirlər "bizə cavan adam lazımdır". Bəs yaşlılar neyləməlidi? Aldığım pensiya heç kommunal xərcləri görmür" - deyən Mübariz dayı ömrünün bu çağında əziyyətlərə qatlandığından giley etdi.

Şübhəsiz, qul bazarına gələnlərin hamısının maddi durumu onları ağır şərtlərlə işləməyə vadar edir. Hər biri ayrı-ayrılıqda qayğılı, problemlidir.

REKLAM

Burda olduğumuz 1 saat ərzindəki müşahidələr bunu deməyə əsas verdi. Bahalı xarici avtomaşınlardan biri gəlib yaxınlıqda dayanır. Deyəsən, bu, pullu müştəridir. Fəhlələr bir-birlərinə aman vermədən, itələşərək, həmin avtomaşının sahibini dilə tutmağa çalışırlar. "Yağlı iş" ehtimalı onları hətta bir-birləri ilə mübahisəyə sövq edir. Amma "lotereya" bu gün cəmi iki nəfərin baxtindəymiş. Bayaqdan əlində içi dolu torba, belində külüng, o baş-bu başa var-gəl edən 50-55 yaşlı bir fəhlə diqqətimizi çəkdi. Ona yaxınlaşmağımızı istəyirmiş kimi, bizdən kənarda, qaşqabaqlı, hamıdan incimiş kimi gəzinirdi. Ona yaxınlaşıb:

- Bağışlayın, sizə də bir neçə sual verə bilərikmi? - deyəndə, o bizə soyuqqanlılıqla:

- Eh, nə sual verəcəksiniz, sizin kimilərini çox görmüşük. Gəlirsiz, çəkirsiz, sorğu-sual edib gedirsiz. Heç bir xeyri yoxdur. Ali savadlı adamam, özüm Texnologiyanı (indiki Gəncə Dövlət Texnologiya Universiteti) bitirmişəm. Çörəkpulu qazanmaq üçün hər gün gəlib burda müştəri güdürəm. Neyləyək, harda işləyək, hansı zavodumuza, hansı fabrikimizə gedib iş istəyək? İşləyən bir Alüminium zavodu idi, onu da bağladılar. İşçiləri ixtisara saldılar. İndi orada çalışan fəhlələrin çoxu gəlib burada bizim kimi muzdurluq edir.

- Bəs əlinizdəki torbanın içindəkilər nədir?

- Nə olacaq, fəhlə paltarı. Özümüzlə həm paltar, həm də iş alətlərimizi götürürük.

Daha sonra özü də bilmədən bizimlə açıq söhbət etməyə başlayan bu kişinin adı Səxavətdir. On ildən çoxdur burada qara fəhləlik etdiyini, külfətini "birtəhər dolandırdığını" dedi.

Səxavət dayı deyir ki, evində qoca qarısı, qızı və iki nəvəsi var. Kürəkəni ağır xəstəlikdən vəfat edib. Onun yetim qalmış iki uşağına baxır.

"Yoldaşımla mən "pensiya" alırıq, qızım işləmir. Nəvələrim isə hələ məktəbdə oxuyur. Özünüz yaxşı bilirsiniz ki, 2 nəfərin təqaüdü ilə indiki bahalıqla ailə dolandırmaq olmur. Hələ uşaqların dərs ləvazimatlarını demirəm. Hər il sentyabr ayı gələndə mən uşaqların qarşısında xəcalət çəkirəm. Onlara məktəbli paltarı, dərs kitabları, dəftər-qələm almaq lazımdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Gəncə orta məktəbində dərs saatı satılır?

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

İran: şübhəli "etiraflar" dalğası

Bölmənin digər xəbərləri
 
Məleykə Abbaszadə: "200 bal toplamaq 2 almamaq deməkdir"
Builki məzunların təxminən 50%-i 200 baldan aşağı nəticə göstərib

Təhsil Nazirliyi düzgün məlumat istəyir
Qaydanı pozan ali və orta ixtisas məktəbləri cərimələnəcək

Əmək bazarında texniki kadrlara ehtiyac çoxdur
İşəgötürənlər texniki peşələrə önəm verir

İlan və əqrəblərdən qorunun!
Çünki bir sıra rayon xəstəxanalarında lazımi preparatlar yoxdur

Sabunçuda zibillik böhranı
Məsələ ilə əlaqədar ölkə prezidentinə müraciət olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər