Hal-hazırda Ayna qəzetinin 14.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Əmək bazarında texniki kadrlara ehtiyac çoxdur
İşəgötürənlər texniki peşələrə önəm verir
Şənbə, 14.08.2010

A.Akif mətn ölçüsü  

Bu gün valideynlər övladlarının ya hüquq, ya da tibb fakültəsində oxumasını istəyir və onları daha çox bu səmtə yönəltməyə çalışırlar. Nəticədə əmək bazarında lazımi və zəruri ixtisaslara yiyələnənlərin sayının azlığı, tələb olmayan digər sahələrdə isə kadr bolluğu yaranır. TQDK-nın araşdırmalarından da bəlli olur ki, bu gün ixtisas seçimində istək ən çox humanitar ixtisaslara yönəlib. Halbuki əmək bazarında bu kadrlara tələbat o qədər də çox deyil. Əksinə, texniki və iqtisadiyyatla bağlı ixtisaslara ehtiyac böyükdür.

Sevindirici haldır ki, son illər neft profilli ixtisaslara ərizə verənlərin sayı getdikcə artır. Birinci ixtisas qrupu ixtisaslarını seçən abituriyentlərin 13 faizi, bütövlükdə ali məktəblərin ixtisaslarını seçənlərin isə 3,7 faizi öz ərizələrində neft profilli ixtisasların kodlarını qeyd edir. 2009-cu ildə bu ixtisasların qəbul planı birinci ixtisas qrupunun qəbul planının yalnız 3,1 faizini, bütövlükdə ali məktəblərin qəbul planının isə cəmi 0,9 faizini təşkil edib. Neft-qaz profilli mühəndis ixtisaslarına gənclərin marağının artması onların həyata keçirilən layihələrin gələcək perspektivlərinə inamından irəli gəlir.

Digər sahələr kimi, ali təhsil ixtisaslarına tələbatı da cəmiyyət formalaşdırır. Bununla belə, təhsil məsələləri üzrə ekspertlər hesab edirlər ki, bu sahədə müəyyən maarifləndirmə işi aparılmasına, ixtisas seçimində gəncləri düzgün istiqamətləndirməyə böyük ehtiyac var. Deməli, peşəyönümü işinin təşkili xüsusi diqqət tələb edir. Yeri gəlmişkən, TQDK bu istiqamətdə öz təşəbbüsü ilə ixtisasların mahiyyəti, perspektivləri, onlara tələbat sahələri haqqında metodiki materiallar hazırlayıb dərc edir.

Fəqət mütəxəssis olaraq yetişdirilən tələbələrə verilən bilik səviyyəsinin qənaətbəxş olmadığı da ortadadır. Texniki-peşə təhsilli mütəxəssislərin azlığı də problemə çevrilib. TN-in məlumatına əsasən, 1980-ci ildə respublikada iqtisadiyyatın bütün sahələrində çalışan işçilərin 70-80 faizi peşə təhsilli insanlar idisə, indi bu rəqəm 5-10 faizdən yuxarı deyil. Ona görə də hazırda texniki-peşə təhsili sisteminin məzmununda dəyişiklik aparılır. Yeni dərsliklər, yeni texniki-peşə təhsili standartları, xarakteristikası, yeni kurrikulum hazırlamaq nəzərdə tutulur. Bu sahədə qəbul edilən proqrama əsasən, Bakı və bir sıra regionlarda texniki-peşə təhsili mərkəzləri yaradılacaq və institusional fəaliyyət göstərəcəklər.

TN-də hesab edirlər ki, proqram həyata keçdikdən sonra texniki-peşə təhsilinin hüquqi bazası təkmilləşəcək, təhsilin bu pilləsi müasir standartlara cavab verəcək. Texniki-peşə təhsili müəssisələrinin maliyyələşdirilməsi ilə bağlı yeni iqtisadi model formalaşacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri də əmək bazarında hazırda daha çox texniki-peşə sahələri üzrə mütəxəssislərə ehtiyac olduğunu deyirlər. Müəssisələrin öz fəaliyyətlərini bərpa etməsi ilə tornaçı, neft sahəsi üzrə qaynaqçı, frezer, dülgərlərə tələbat artır. Əmək bazarında heç bir sənətə yiyələnmədən işləməyin mümkünsüz olduğu faktı qabarıqdır.

Əlavə edək ki, Baş Məşğulluq İdarəsində Tədris Mərkəzi yaradılıb. Məşğulluq orqanları tərəfindən işlə təmin oluna bilməyənlər bu mərkəzdə müxtəlif peşələrə yiyələnə bilərlər. Bunun üçün isə nazirliyin yerli qurumlarına müraciət etmək tələb edilir. Pulsuz aparılan bu kurslarda müvafiq peşəyə yiyələndikdən sonra əmək bazarında tələb olunan sahələr üzrə iş tapmaq imkanları bir qədər də genişlənir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Məleykə Abbaszadə: "200 bal toplamaq 2 almamaq deməkdir"
Builki məzunların təxminən 50%-i 200 baldan aşağı nəticə göstərib

Təhsil Nazirliyi düzgün məlumat istəyir
Qaydanı pozan ali və orta ixtisas məktəbləri cərimələnəcək

"Çörəkpulu lotereyası"
Gəncənin "Qul bazarı"ndan reportaj

İlan və əqrəblərdən qorunun!
Çünki bir sıra rayon xəstəxanalarında lazımi preparatlar yoxdur

Sabunçuda zibillik böhranı
Məsələ ilə əlaqədar ölkə prezidentinə müraciət olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər