![]() |
çap et |
|
|||
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa və Ədalət Partiyasının (ƏP) sədri İlyas İsmayılov Biləsuvar rayonuna səfər ediblər. BAXCP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiya liderləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailə üzvləri ilə görüşüblər və şəhid gizirin doğmalarına başsağlığı veriblər.
Q.Həsənquliyev görüş zamanı M.İbrahimovun misilsiz şücaətindən, vətən və millət naminə fədakarlığından söhbət açıldığını, onun keçdiyi döyüş yolunun hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğunun vurğulandığını bildirib. O, M. İbrahimovun ailəsinə yazdığı məktubla tanış olduqlarını da söyləyib: "Mübarizin məktubunun hər sətrində nəzərə çarpan vətənpərvərlik, cəsarət, fədakarlıq gənclərimizə nümunə olmalıdır. Hesab edirik ki, Azərbaycanda yüzlərlə, minlərlə Mübariz var. Azərbaycan xalqı qəhrəman oğullarının fədakarlığına güvənir və öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır". |