Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
200-300 manatlıq yardım məqbul sayılmır
"Kür" qərargahının üzvü Mehman Əliyev prezidentə müraciət etdi
Şənbə, 07.08.2010

C.Məzahiroğlu mətn ölçüsü  

"Kür" qeyri-hökumət qərargahının üzvü, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev su daşqınından əziyyət çəkmiş vətəndaşların problemləri ilə əlaqədar dövlət başçısı İlham Əliyevə müraciət edib. Müraciətin əvvəlində aprelin sonlarında Kür çayının daşması nəticəsində 110 min ha. torpaq və 20 mindən çox evin su altında qaldığı xatırladılır (rəsmi açıqlamalara görə).

"Orta statistik Azərbaycan ailəsinin 4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, bu o deməkdir ki, daşqından 100 minə yaxın adam zərər çəkib, 8 mindən çox adam evindən məhrum olub və ən azı həmin sayda adamın evi tam yararsız hala düşüb. Lakin daşqına məruz qalan təsərrüfatların bu il məhsuldan məhrum olması faktı həm də yaşamaq üçün vəsaitin olmaması deməkdir. Bu, fəlakətlə üzləşən adamlar üçün ciddi humanitar nəticələr verəcək", - deyə müraciətdə bildirilir.

M.Əliyev qeyd edib ki, mayda bir sıra KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri "Kür" qeyri-hökumət qərargahı yaradıblar. Quruma iqtisadçılar, ekoloqlar, jurnalistlər daxildir:

"Təbii fəlakət zonasına səfərlər zamanı biz praktik olaraq hər şeydən məhrum olmuş adamların əziyyətlərinin şahidi olduq. Söhbət zamanı biz onları əmin etdik ki, dövlət onların həyat şəraitinin daşqından əvvəlki vəziyyətə qaytarılması üzrə operativ və adekvat yardım göstərəcək. Hesab edirik ki, hökumət əhalinin yeni yaşayış yerlərinə köçürülməsi ideyasından imtina edərək, onların təsərrüfatlarının bərpası haqqında qərar qəbul etməklə düzgün hərəkət edib".

"Bizi zərərçəkənlərə kompensasiyanın verilməsi məsələsi narahat edir. Zərərin müəyyən olunmasının və ödənilməsinin meyarları və metodologiyası bizə, eləcə də ictimaiyyətə məlum deyil. Lakin bəllidir ki, daşınmaz əmlakın bərpası ilə əlaqədar hökumət tərəfindən adamlara 200-300 manat məbləğində birdəfəlik yardım təklif olunur. Bizim qiymətləndirmələrə görə, bu, məqbul deyil. Çünki kənddə əsas yaşayış mənbəyi olan becərilməmiş məhsulla bağlı qısamüddətli və uzunmüddətli maliyyə itkiləri nəzərə alınmır. Biz dəyən zərərin qiymətləndirilməsinin və kompensasiyaların verilməsinin elmi metodologiya və beynəlxalq normalar əsasında həyata keçirilməsini vacib hesab edirik", - deyə M.Əliyev bildirib.

Onun sözlərinə görə, fəlakətlə üzləşən vətəndaşlar dövlətə ümidlə baxır.

"Biz onların hüquqlarının və təhlükəsizliyinin qarantı kimi sizdən xahiş edirik ki, bu problemin həlli üçün zəruri tədbirləri görəsiniz. Biz həmçinin sizdən xahiş edirik ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması və Kür zonasında yeni fövqəladə halların qarşısının alınması üzrə dövlət layihələrində vətəndaş sektorunun iştirakının təmin olunması barədə hökumətə göstəriş verəsiniz. Biz də öz tərəfimizdən bu nəcib işə əlimizdən gələn yardımı göstərməyə hazırıq", - deyə qeyd edilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Oğuzda arxeoloqlar qizil maska tapiblar

Orduda qəsdən adam öldürmə cinayətləri artıb

Güneydə "Kərkük variantı"?

Türkiyədə "kürd" və "erməni açılımı"nın gizlinləri

"Qurdlar Vadisi Pusu"nun kompüter variantı

Bölmənin digər xəbərləri
 
103 abituriyent prezident təqaüdünə layiq görülüb
Onlar 600-dən yuxarı bal toplayanlardır

Qatara birbaşa və geriyə bilet ala biləcəyik
İndiyədək bu mümkün deyildi

705 əcnəbi deportasiya olunub
Miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 1060 fakt qeydə alınıb

Partiya liderləri Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkiblər
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa və Ədalət Partiyasının (ƏP) sədri İlyas İsmayılov Biləsuvar rayonuna səfər ediblər.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər