Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
103 abituriyent prezident təqaüdünə layiq görülüb
103 abituriyent prezident təqaüdünə layiq görülüb
Onlar 600-dən yuxarı bal toplayanlardır
Şənbə, 07.08.2010

Ənvər Börüsoy
İlkin
mətn ölçüsü  

Ali məktəblərə qəbul olunanlar avqustun 9-dan 18-nə qədər sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim etməlidirlər. Bunu dünən mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib: "Ali məktəbə qəbul olanlar mütləq ali məktəbə sənədlərini verməlidir. Bundan başqa, həmin təhsil müəssisəsilə müqavilə də bağlanmalıdır. Müqavilənin surəti TQDK-nın rəsmi internet saytında verilib. Bütün təhsil müəssisələri həmin müqavilədən istifadə etməlidir".

TQDK sədri ali məktəblərin boş qalan yerlərinin siyahısının bəlli olduğunu bildirib. Həmin siyahı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub və həmin yerlər üzrə ixtisas seçimi avqustun 6-dan 10-dək internet vasitəsilə aparılacaq.

Komitə sədri onu da qeyd edib ki, 2010-2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbulun nəticələri avqustun 9-da açıqlanacaq. Təxminən 1470 vakant yerə qəbul üçün 563 nəfər bakalavr ixtisas seçimi edib.

Ali məktəblərə qəbul imtahanları nəticəsində yüksək bal toplayaraq "Prezident təqaüdü"nə layiq görüləcək abituriyentlərin siyahısı barədə jurnalistlərin suallarını cavablandıran TQDK sədri təqaüdçülərin hələ müəyyənləşdirilmədiyini bildirib.

TQDK sədri M.Abbaszadə izah edib ki, ölkə prezidentinin fərmanına uyğun olaraq, hər il Azərbaycanda 100 nəfər, eləcə də Naxçıvan Muxtar Respublikasında 3 nəfər abituriyent prezident təqaüdünə layiq görülür. M.Abbaszadə ötən illərdə olduğu kimi, bu il də ənənəvi olaraq, həmin sayda abituriyentin "Prezident təqaüdü"nə layiq görüləcəyini söyləyib. Siyahıya qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər daxildir. Abbaszadənin sözlərinə görə, bu il Türkiyənin Gülhane Tibb Akademiyasına 600-dən yuxarı bal toplayan 15 abituriyent daxil olub. Ümumilikdə Azərbaycan ali məktəblərinə 27 700 abituriyent qəbul olub.

Xatırladaq ki, TQDK 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulun nəticələrini elan edib.

Komissiyadan verilən məlumata görə, abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı komissiyanın internet saytından, eləcə də mobil telefonla "imtahancell" xidməti vasitəsilə öyrənə bilərlər.

Qəbul olanlar 2010-cu il avqustun 9-dan 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqda əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı isə "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub. Həmin yerlər üzrə ixtisas seçimi avqustun 6-dan 10-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. (Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub).


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı

TQDK son xəbərdarlığını etdi...

Sabah keçiriləcək IV ixtisas qrupu üzrə qəbul imtahanlarının qaydaları açıqlandı

Qəbul imtahanlarının nəticələri: rəylər, mülahizələr

102 gənc - prezident təqaüdçüsü

Bölmənin digər xəbərləri
 
Qatara birbaşa və geriyə bilet ala biləcəyik
İndiyədək bu mümkün deyildi

200-300 manatlıq yardım məqbul sayılmır
"Kür" qərargahının üzvü Mehman Əliyev prezidentə müraciət etdi

705 əcnəbi deportasiya olunub
Miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 1060 fakt qeydə alınıb

Partiya liderləri Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkiblər
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa və Ədalət Partiyasının (ƏP) sədri İlyas İsmayılov Biləsuvar rayonuna səfər ediblər.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər