Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Qatara birbaşa və geriyə bilet ala biləcəyik
Qatara birbaşa və geriyə bilet ala biləcəyik
İndiyədək bu mümkün deyildi
Şənbə, 07.08.2010


E.İlkin
mətn ölçüsü  

Artıq Bakı dəmiryolu sərnişin stansiyasının vasitəsilə bölgələrə səfər edən sərnişinlər birbaşa və geriyə bilet satışı sistemindən istifadə edə biləcəklər. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov xəbər verir.

N.Əzməmmədovun sözlərinə görə, yeni sistemin tətbiqinin birinci günü Bakı sərnişin stansiyasından birbaşa və geriyə 44 bilet satışı həyata keçirilib.

Eyni zamanda, həmin tarixdən Azərbaycanın qərb bölgəsində kompüter quraşdırılmış xətti stansiya və bilet kassalarına satış üçün ayrılmış yerlər ləğv olunaraq Mərkəzi Məlumat Bazasına daxil edilib. Mərkəzi Məlumat Bazasının yaradılması ilə əlaqədar xətti stansiyalar üçün ayrılmış bron yerlər ləğv olunub. Hazırda Bakı sərnişin stansiyası, Gəncə vağzalı və respublikanın qərb zonasındakı xətti stansiyalarda fəaliyyət göstərən bütün bilet kassalarında bilet satışı Mərkəzi Məlumat Bazasından istifadə etməklə tətbiq olunur.

N.Əzməmmədov onu da bildirib ki, bilet satışı texnologiyasının kompüterləşdirilməsi və AİS "Ekspress-AZ" sisteminin genişləndirilməsi proqramına uyğun olaraq, "Azərbaycan Dəmir Yolları" QSC sədri Arif Əsgərovun müvafiq əmri ilə respublikanın qərb zonasındakı xətti stansiyalarda fəaliyyət göstərən bütün bilet kassalarında beynəlxalq internet şəbəkəsinə qoşulmuş kompüter proqramı tətbiq olunur. Bu proqramın tətbiqi ilə qərb bölgəsi üzrə hər bir kassa üçün əvvəlcədən ayrılmış yerlərin qabaqcadan birbaşa və geriyə satışına, boş yerlərin Birləşmiş Yol Bürosu vasitəsilə sonrakı stansiyalara ötürülməsinə, eyni zamanda sərnişin sıxlığına operativ nəzarət olunur.

Xatırladaq ki, apardığı islahatlar nəticəsində Bakı-Gəncə marşrutu üzrə hərəkət edən reys ixtisara salınmışdı. Bundan sonra ölkə başçısının müvafiq göstərişi ilə avtobusların gecə hərəkətləri də məhdudlaşdırıldı. Bütün bu məhdudiyyətlər isə qərb istiqaməti üzrə hərəkət edən Bakı-Qazax-Böyük Kəsik və Bakı-Ağstafa qatarlarında sərnişin sıxlığına səbəb oldu. Sərnişinlər sözügedən istiqamətə bilet almaq üçün 2-3 gün öncə kassalara müraciət etsələr də, yerlərin dolduğu bildirilirdi. Bundan başqa, sərnişin sıxlığından istifadə edən kassirlər bilet qiymətlərini süni şəkildə artırmağa da müvəffəq olmuşdular. Bütün bu problemləri yaşamamaq üçün sərnişinlər hər iki tərəfə qabaqcadan bilet almağa daha çox üstünlük verirlər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
103 abituriyent prezident təqaüdünə layiq görülüb
Onlar 600-dən yuxarı bal toplayanlardır

200-300 manatlıq yardım məqbul sayılmır
"Kür" qərargahının üzvü Mehman Əliyev prezidentə müraciət etdi

705 əcnəbi deportasiya olunub
Miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 1060 fakt qeydə alınıb

Partiya liderləri Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkiblər
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa və Ədalət Partiyasının (ƏP) sədri İlyas İsmayılov Biləsuvar rayonuna səfər ediblər.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər