Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
"Qafqaz Xilafəti" sindromu
"Qafqaz Xilafəti" sindromu
Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) eksperti
Şənbə, 07.08.2010

mətn ölçüsü  

Çeçen-İçkeriya Respublikası 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini elan etdikdən sonra, Quzey Qafqaz respublikalarında yeni proseslərə təkan verildi. Bu sırada ÇİR-dən fərqli olaraq, digər respublikalarda monoetnik durumun olmaması, fərqli toplumlar arasında uzlaşma imkanlarının məhdudluğu, hətta milli zəmində qarşıdurmalar Quzey Qafqaz hərəkatını tamamlaya bilmədi. ÇİR isə 1999-cu ilin sonuna kimi öz mövcudluğunu yaşada bildi. Cövhər Dudayevin liderliyində çeçenlər ilk dəfə olaraq müstəqil dövlət anlayışını dada bildilər. İndi çeçen cəmiyyəti rusiyapərəst, radikal islamçı və milliyyətçi kəsimlərə bölünür. Bu üç ictimai anlam çeçenlərin yenidən milli konsolidasiya strategiyasına sarsıdıcı zərbə vurmaqdadır.

Xilafət siyasətinin yaranma səbəbləri

Ötən yüzilin 90-cı illərində Qafqazda Misir, Səudiyyə Ərəbistanı, Suriya, Mərakeş, İordaniya, Əlcəzair, Türkiyə, Oman, Sudan, Pakistan və digər dövlətlərdən gəlmiş müxtəlif təriqət və məzhəblərin missionerləri keçmiş Sovetlər Birliyinin antidin təbliğatı nəticəsində yaranmış boşluğu doldurmağa çalışdılar. Bu işin gedişində inanclı gəncləri xaricdə təhsil almağa apardılar. 1996-cı ildən başlayaraq Qafqazda regiona məxsus olmayan qeyri-ənənəvi dini baxışlar peyda oldu. Onlar hər yerdə ancaq "cihada çağırış" şüarları səsləndirirdilər. Çeçenistanda isə bu yöndə Mövladi Uduqovun rəhbərliyində ilk dəfə olaraq "İslam milləti" adlı qəzet nəşr olunmağa başladı.

Bunun ardınca isə M.Uduqovun təsis etdiyi "Qafqaz TV" kanalı yayına çıxdı. Faktiki olaraq bu kanal bütün Qafqaz regionlarında ilk dəfə "kafirlərə qarşı cihad", "onların başları kəsilməlidir" təbliğatını gündəmə gətirdi. Bu TV kanalda hətta heç bir günahı olmayan bir rus əsgərinin açıq şəkildə başının kəsilməsi mərasimi yayınlandı. Bununla da ərəb dövlətlərindəki fondlardan cihad uğrunda kim daha çox vəsait ala bilər yarışması ictimai-sosioloji təsir vasitəsinə çevrildi. Maqomed Tsaqarayev, Ramazan Əhmədov, Vaqautdin Məhəmmədov, Arbi Barayev, Aslambek Əbdülhacıyev, Anzor Astemirov, Hüseyn Qakayev, Mövsar Barayev, Şamil Basayev, Əblülməlik Məcidov, Əli Taciyev, Əbdülhəlim Sadullayev, Rizvan Əhmədov, Şirvani Ampukayev, İsa Astemirov və digər onlarca şəxslər özlərinin cihad uğrunda hərbi birliklərini yaratdılar.

Bu səhra komandirlərinin hər birinin arxasında xaricdən maliyyə dəstəyi verən konkret fondlar dururdu. Prosesi daha da böyütmək üçün 1999-cu ildə Çeçenistan-Dağıstan İslam Dövləti, Qafqaz İslam Cəbhəsi, Dağıstan İslam Ordusu və digər daha böyük hərbi birliklər yaradıldı.

REKLAM

M.Uduqov bu hərbi birliklərin əlaqələndiricisi rolunda çıxış etməklə yanaşı, həm də onların təbliğ olunmaları texnologiyasını hərəkətə gətirdi.

2007-ci ildə isə "Qafqaz Xilafəti Hərəkatı" yaradıldı. Quzey Qafqaz regionlarında sosial həyat tərzi ağır olan gəncləri hərəkata qoşmaqla bu şəbəkə daha da genişləndi. Hal-hazırda Qətərin paytaxtı Doha şəhərində mənzil-qərargahı olan Mövladi Uduqov faktik olaraq "Qafqaz Xilafət Hərəkatı"nın əsas ideoloqu və lideridir. M.Uduqov son illər Çeçenistandan kənarda Qafqazın digər regionlarında radikal islamçı hərəkatları daha çox maliyyələşdirir. Bu respublikalarda hətta xüsusi şəbəkələr də yaradılıbdır. Cihadın nə demək olduğunu bilməyən gənc "sələfilər" isə əlində silah dərhal meşələrə və dağlara getməyi özlərinə şərəf bilirlər. Çünki onları normal həyatda ağır və məşəqqətli sosial-iqtisadi problemlər gözləyir. Rusiyanın Quzey Qafqazda uzun müddət məqsədli şəkildə apardığı ədalətsiz siyasət indi onları bu addımları atmağa vadar edir.

Milliyyətçilərin və bağımsızlıq tərəfdarlarının Avropaya axını

İndi Çeçenistanda faktiki olaraq cəmiyyətin milliyyətçi və bağımsızlıq tərəfdarlarının yaşamaq, mübarizə aparmaq imkanları məhdud olduğu üçün onlar ailələri ilə birlikdə Avropa dövlətlərinə sığınıblar. Rəsmi statistikaya görə, Almaniya, İngiltərə, Belçika, Hollandiya, İrlandiya, Fransa, İsveç, Norveç, İsveçrə, Avstriya, İtaliya, Polşa, Çexiya, Danimarka, Finlandiya, Kanada və ABŞ-da toplam 150 min çeçen müharibə qaçqınları statusu alıblar. İndi onlar yaşadıqları ölkələrdə özlərinin ictimai təşkilatlarını quraraq fəaliyyətlərini davam etdirirlər. Qanuni Çeçen-İçkeriya Hökuməti də mühacirətdə çalışır. Onların baş naziri ƏHməd Zakayevdir. Mühacir çeçenlər əsasən öz milli dillərini öyrənmə kurslarını açmaq, çeçenlərin insani hüquqlarının müdafiəsi, beynəlxalq hərbi tribunalda Rusiya tərəfindən Çeçenistanda törədilmiş çeçen soyqırımının tanınması kimi fəaliyyət dairəsinə məxsusdurlar. Digər tərəfdən isə Qərb dairələri yenicə yaranmış çeçen, inquş, gürcü, dağıstanlı və çərkəz diasporundan Qafqazı daha dərindən öyrənmək üçün istifadə edir. Bu sırada çoxlu sayda ziyalıları və elm adamlarını səfərbər ediblər. Təbii olaraq, bu yöndə dominantlıq çeçenlərin üzərindədir. Bu kadrların sayəsində Qafqazla bağlı bir sıra ictimai qurumlar aktiv siyasətə qatılıblar.

Radikal vəhhabilər dağlarda və meşələrdə yaşamağa məhkumdurlar

Mövladi Uduqov və onun ögey qardaşı İsa Temirov tərəfindən Quzey Qafqazda idarə olunan radikal islamçı təşkilatlar 2002-ci ildən etibarən yüksək dağlıq ərazilərdə və meşələrdə yaşayırlar. Onlar mənsub olduqları regionlarda müxtəlif terror əməliyyatları törətməklə öz ailələrinin maddi və sosial problemlərini həll edirlər. Bir sözlə, savaş onların əsas maddi gəlir mənbəyidir. Hər bir əməliyyat tədbiri xüsusi qrant layihələri əsasında həyata keçirilir.

"Qafqaz Cəbhəsi", "Şəriət Camaatı", "Dərbənd Camaatı", "İbrahim oğulları", "Yarmuk", "Qaraçay Camaatı", "Riyad-us-salihin", "Kataib əl-Houl", "Quzey Qafqaz İmaməti", "Asbat əl-ənsar", "Əl-İslamiyyə", "Əl-mücahid", "Ər-Bayət", "İslamın nizamı" və digər radikal islamçı təşkilatlarının qarşısında xarici fondların qoyduqları öhdəliklərdən biri də onların öz sıralarını artırması vəzifəsidir. Buna görə isə həmin fondlar tərəfindən onlar daha böyük məbləğdə mükafat alırlar. Faktiki olaraq bu qurumların liderləri "Qafqaz Xilafəti Hərəkatı"nın komandirlər şurasında təmsil olunurlar. Şura isə "Şəriət Məhkəməsi"nə tabedir. Yəni hər bir radikal islamçı qrupun döyüş komandiri olmaqla bərabər, dini lideri də mövcuddur. Dini liderlər isə nə zaman, hansı şəraitdə cihad yapmanın fitvasını verirlər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Quzey Qafqazda savaş dalğası yeni mərhələdə



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər