Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Rusiya Qafqazda RƏM sistemi qurmaq istəyir
Rusiya Qafqazda RƏM sistemi qurmaq istəyir
Ermənistandakı 102 saylı hərbi baza ilə bağlı daha bir proqnoz
Şənbə, 07.08.2010

C.Məmmədov mətn ölçüsü  

"Rusiyanın hərbi siyasi dairələrinin məqsədi Ermənistanı hərbi baxımdan gücləndirmək və onu Cənubi Qafqazın digər ölkələri üzərində ciddi təzyiq vasitəsinə çevirməkdir". Bu barədə Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) son təhlilində bildirilir. Mərkəzdən "Ayna"ya verilən məlumata görə, Rusiya Ermənistandakı 102 saylı hərbi baza ilə bağlı sazişə əlavələri imzalamaqla, əslində, regionda yeni hərbi-siyasi vəziyyət yaratmaq iddiasındadır. "Moskva 2060-cı ilədək Cənubi Qafqazın hərbi-siyasi prioritetlərini müəyyənləşdirən əsas oyunçu roluna iddia edir. Müqaviləyə yeni dəyişikliklər əslində bunu nəzərdə tutur", - deyə mərkəz ekspertləri bildirir.

Xatırladaq ki, yaxın vaxtlarda Rusiya və Ermənistan Rusiyanın Ermənistan ərazisindəki 102 saylı hərbi bazası haqqında müqavilədə dəyişikliklərin olması barədə protokol imzalayacaqlar. Protokol layihəsinə görə, baza haqqında müqaviləyə "Rusiyanın Ermənistan ərazisindəki hərbi bazası Rusiya Federasiyasının maraqlarının müdafiəsi funksiyasını gerçəkləşdirməkdən başqa Ermənistan silahlı qüvvələri ilə birgə bu respublikanın təhlükəsizliyini təmin edir" dəyişikliyi ediləcək. "Göstərilən məqsədlərə nail olunması üçün RF Ermənistanın müasir və müvafiq silahlarla, hərbi (xüsusi) texnika ilə təchiz olunmasına dəstək göstərir, - deyə protokol layihəsində bildirilir.

Bununla yanaşı, yeni protokol layihəsində müqavilənin 49 il ərzində qüvvədə olmasına dair müddəa yer alır.

HATM-ın direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov sənədlə bağlı bir sıra proqnozlarını bizimlə bölüşdü:

- Rusiya postsovet məkanı və konkret olaraq Cənubi Qafqaz uğrunda gedən NATO - Rusiya ənənəvi mübarizəsində öz aktivinə yazıla biləcək gedişlərə üstünlük verir. Müşahidə göstərir ki, Ermənistanla müqaviləni yeniləşdirməklə Rusiya ABŞ və NATO-ya növbəti yarım əsrlik bir dövrdə Qafqazda gerçək hegemon dövlət olduğunu nümayiş etdirmək istəyir;

- Rusiya 102 saylı hərbi bazanı gücləndirməklə həm də onun bazasında yaxın vaxtlarda regional raket əleyhinə müdafiə sistemi formalaşdırmaq istəyir. Bu bir növ ABŞ-ın Şərqi Avropada qurmaq istədiyi RƏM sisteminə bir cavab kimi də qiymətləndirilə bilər. Qeyd edək ki, 102 saylı baza MDB Hava Hücumundan Müdafiə üzrə Birgə Sistem çərçivəsində döyüş növbətçiliyi aparır;

- Rusiya Qafqazdakı münaqişələrin həlli prosesində həlledici rola sahib olduğunu təsdiqləmək istəyir və onsuz münaqişələrin həll perspektivinin olmadığını diktə edir. Bu minvalla regiondakı dondurulmuş münaqişələrin 49 il ərzində "donunun açılması" problematik görünür.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov rəsmi Moskvanın hər zaman Azərbaycanı Ermənistanla hərbi əməkdaşlığın ölkəmizə qarşı yönəlmədiyinə əmin etdiyini bildirib və Azərbaycanın da həmişə buna inandığını söyləyib. Amma bununla belə nazir müavini narahatlıq üçün də əsas görüb. Onun fikrincə, bu dəyişiklik regionda Ermənistanın təhlükəsizliyinin güclənməsi və bununla da onun qeyri-konstruktivliyinin artması təhlükəsini yarada bilər. A.Əzimov əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində öz ərazisində hərbi əməliyyat apara bilər və bu yola əl atacağı təqdirdə heç bir beynəlxalq hüququ pozmayacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

Tarkan rus dilini öyrənməyə söz verib

Bölmənin digər xəbərləri
 
Azərbaycan terrorçuluğa qarşı mübarizədə fəaldır
ABŞ Dövlət Departamentinin 2009-cu il üçün hesabatı açıqlandı

Bakıda AGRI layihəsi üzrə sammit keçiriləcək
Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri bir araya gələcəklər

ATƏT-in növbəti sammiti dekabrın 1-2-də Astanada keçiriləcək
ATƏT Nazirlər Şurası ATƏT-in növbəti sammitinin keçirilməsi barədə qərar qəbul edib.

Rus - gürcü münaqişəsi beynəlxalq məhkəmədə
Gürcüstanın iddiası əsasında dinləmələr başlayacaq

"Ordu islahatlarında 6-7 illik gecikmə var"
1991-2010-cu illərdə Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hesabat-araşdırma hazırlanıb

Türk Dünyası Şurası yaranır
Əhməd Davudoğlu: "Azərbaycan gücləndikcə biz özümüzü güclü hiss edirik"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər