Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Rus - gürcü münaqişəsi beynəlxalq məhkəmədə
Gürcüstanın iddiası əsasında dinləmələr başlayacaq
Şənbə, 07.08.2010

C.Məzahiroğlu mətn ölçüsü  

Sentyabrın 13-də BMT-nin Beynəlxalq Məhkəməsində Gürcüstanın Rusiyaya qarşı iddiası ilə bağlı məhkəmə dinləmələri başlayacaq. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cənubi Osetiyada silahlı münaqişə bitəndən sonra - 2008-ci il avqustun 12-də Gürcüstan BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edərək, Moskvanı irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq konvensiyanın müddəalarını pozmaqda günahlandırıb.

Dinləmələr sentyabrın 13-dən 17-dək davam edəcək, iki raundda keçiriləcək şifahi debatlar zamanı tərəflər öz mövqelərini bildirəcək və müdafiə üçün arqumentlərini ortaya qoyacaqlar. Tiflis iddia baxılana kimi müvəqqəti tədbir kimi məhkəmədən xahiş edib ki, Cənubi Osetiya və Abxaziyada yaşayan Gürcüstan vətəndaşlarının hüquqlarını təmin etməyi Rusiyadan tələb etsin. Gürcüstan öz iddiasında bildirib ki, 1990-cı ildən başlayaraq Rusiya bu regionda etnik gürcü və digər qrup əhaliyə qarşı sistematik olaraq etnik ayrı-seçkilik tədbirlərinə əl atır.

Xatırladaq ki, 2008-ci il oktyabrın 15-də BMT-nin Beynəlxalq Məhkəməsi müvəqqəti tədbirlər barədə qərarını açıqlayıb. Qərarda həm Gürcüstan, həm də Rusiya irqi ayrı-seçkilik və onun dəstəklənməsi ilə bağlı istənilən aktlardan çəkinməyə çağırılır.

Gurcustan,Rusiya,mehkeme


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Azərbaycan terrorçuluğa qarşı mübarizədə fəaldır
ABŞ Dövlət Departamentinin 2009-cu il üçün hesabatı açıqlandı

Bakıda AGRI layihəsi üzrə sammit keçiriləcək
Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri bir araya gələcəklər

ATƏT-in növbəti sammiti dekabrın 1-2-də Astanada keçiriləcək
ATƏT Nazirlər Şurası ATƏT-in növbəti sammitinin keçirilməsi barədə qərar qəbul edib.

Rusiya Qafqazda RƏM sistemi qurmaq istəyir
Ermənistandakı 102 saylı hərbi baza ilə bağlı daha bir proqnoz

"Ordu islahatlarında 6-7 illik gecikmə var"
1991-2010-cu illərdə Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hesabat-araşdırma hazırlanıb

Türk Dünyası Şurası yaranır
Əhməd Davudoğlu: "Azərbaycan gücləndikcə biz özümüzü güclü hiss edirik"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər