Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Bakıda AGRI layihəsi üzrə sammit keçiriləcək
Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri bir araya gələcəklər
Şənbə, 07.08.2010

C.Məzahiroğlu mətn ölçüsü  

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin iştirakı ilə AGRI layihəsinin (Azerbaiyan - Georgia - Romania Interconnector) dəstəklənməsi üzrə zirvə görüşü nəzərdə tutulub. Bu barədə "APA"ya Azərbaycan Sənaye və Energetika Nazirliyi mətbuat xidmətindən məlumat verilir.

Sammitdə Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri tərəfindən Bakı Bəyannaməsinin imzalanması gözlənir. Birgə bəyannamənin razılaşdırılması məqsədi ilə Bakıda sentyabrın 6-da ekspertlərin, sentyabrın 13-də isə üç dövlətin müvafiq nazirliklərinin rəhbərlərinin iştirakı ilə görüş keçiriləcək.

Üç ölkə prezidentlərinin Bakı sammitində Avropa Komissiyasının sədri və enerji məsələləri üzrə komissarının da iştirakı gözlənir.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. AGRI layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəqli, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazını Avropa Birliyi ölkələrinə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı kəmər çəkilişi də nəzərdə tutulur.

Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq.

Azərbaycan prezidenti mayın 24-də Buxarestdə imzalanmış "Mayeləşdirilmiş təbii qaz və onun nəqli sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Sənaye və Energetika Nazirliyinə memorandumun həyata keçirilməsini təmin etmək tapşırılır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Always" mahnısı "Youtube"də birinci olub

"Fashion TV" ilk dəfə Azərbaycanda

"Eurovision" təmsilçimiz fevralda bilinəcək

6 namizəd "Eurovision" uğrunda yarışacaq

Başlayırıq Almaniyayla, qurtarırıq Türkiyəylə

Bölmənin digər xəbərləri
 
Azərbaycan terrorçuluğa qarşı mübarizədə fəaldır
ABŞ Dövlət Departamentinin 2009-cu il üçün hesabatı açıqlandı

ATƏT-in növbəti sammiti dekabrın 1-2-də Astanada keçiriləcək
ATƏT Nazirlər Şurası ATƏT-in növbəti sammitinin keçirilməsi barədə qərar qəbul edib.

Rus - gürcü münaqişəsi beynəlxalq məhkəmədə
Gürcüstanın iddiası əsasında dinləmələr başlayacaq

Rusiya Qafqazda RƏM sistemi qurmaq istəyir
Ermənistandakı 102 saylı hərbi baza ilə bağlı daha bir proqnoz

"Ordu islahatlarında 6-7 illik gecikmə var"
1991-2010-cu illərdə Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hesabat-araşdırma hazırlanıb

Türk Dünyası Şurası yaranır
Əhməd Davudoğlu: "Azərbaycan gücləndikcə biz özümüzü güclü hiss edirik"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər