Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycan terrorçuluğa qarşı mübarizədə fəaldır
Azərbaycan terrorçuluğa qarşı mübarizədə fəaldır
ABŞ Dövlət Departamentinin 2009-cu il üçün hesabatı açıqlandı
Şənbə, 07.08.2010

C.Məzahiroğlu mətn ölçüsü  

2009-cu il xarici terror təşkilatlarına işləyən ABŞ vətəndaşlarının sayının artması ilə əlamətdar olub. "Azadlıq" radiosunun məlumatına görə, ABŞ Dövlət Departamentinin dünyada terrorçuluq haqqında illik hesabatında belə deyilir. Hesabatda ötən il ərzində terror təşkilatlarının fəaliyyəti və hücumları əks olunub. Dövlət Departamentinin 6 terror idarəsinin koordinatoru Daniel Bencamin hesabatla bağlı deyib ki, Amerika vətəndaşlarının "əl-Qaidə" ideologiyasına qarşı xüsusi immunitetinin olduğu barədə fərziyyə əhəmiyyətini itirib. "Ölkə üzrə radikallaşma bir çox Qərb dövlətlərindəkindən xeyli zəif olsa da, bir sıra böyük cinayət işləri bizi ayıq-sayıq olmağa vadar edir", - deyə o qeyd edir.

Hesabatda göstərilir ki, 2009-cu il son 5 ildə dünyada ən az terror hadisəsi həyata keçirilən il olub. Ötən il 11 min terror aktı baş verib. Buna ən yaxın rəqəm isə 2006-cı ildə olub - 14500. Terrordan ölənlərin sayı da son 4 ildə ən az 2009-cu ildə olub. 15 mindən az.

Milli Antiterror Mərkəzinin direktor müavini Rass Travers deyib ki, bu rəqəmlərdə azalma terrorçuluğa qarşı mübarizədə uğur kimi şərh olunmamalıdır. Məsələn, ötən il Əfqanıstanda 2005-ci ildəkindən 4 dəfə çox terror aktı törədilib. Hesabatda o da deyilir ki, "əl-Qaidə"nin Pakistan özəyi dünyada Amerikanı təhdid edən ən güclü terror qrupudur.

Sənəddə deyilir ki, İran Livanda, Fələstində, İraqda və Əfqanıstanda terrorçu təşkilatları xüsusi fəallıqla dəstəkləyir.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, Azərbaycan adamları, pul və materialları Qafqaz regionundan keçirmək istəyən terrorçu təşkilatlara qarşı fəal mübarizə aparır:

"Ölkə səylərini artırıb və terrorçuların vasitəçilərinin iştirakının azalmasında müəyyən uğurlar əldə edib, onların fəaliyyətinin qarşısını alır. 2009-cu ilin sonlarında Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair tədbirlərdə məsuliyyətini, həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tətbiqi üzrə səylərini artırdığını nümayiş etdirib. Bu sahədə istintaq idarəsi yaradıb. İdarə özünün ortamüddətli strateji planlarının hazırlanması, çirkli pulların yuyulması ilə mübarizə və bu sahədə informasiya sistemi yaradılmasında texniki kömək almaq məqsədilə ABŞ-a müraciət edib".

Azərbaycan terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsi olan şəxslərin aşkar edilməsini davam etdirir, başqa ölkələrin hüquq-mühafizə orqanları ilə informasiya mübadiləsində iştirak edir, Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinə yardım göstərir, təyyarələrin Bakı hava limanına enməsinə və yanacaq götürməsinə şərait yaradır.

Hesabatda göstərilir ki, 2007-ci ildə MTN 15 nəfər Azərbaycan vətəndaşını həbs edib. Onlar İranla əlaqəsi olan "Mehdi ordusu" ekstremist təşkilatının üzvləri olublar. 2009-cu il iyunun 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə leytenant Kamran Əsədovu və onunla əlbir olan 20 nəfəri 2 ildən 15 ilədək həbs cəzasına məhkum edib. Onlar 2007-ci ildə ABŞ və Britaniyanın Bakı səfirliklərinə hücum etmək üçün cinayət sövdələşməsində ittiham olunublar.

Oktyabrın 4-də isə məhkəmə iki nəfər Livan vətəndaşı Məhəmməd Əli Karaki və Əli Hüseyn Nəcməddini 15 il, onlarla əlbir olan dörd azərbaycanlını isə 2 ildən 14 ilədək azadlıqdan məhrum edib. Məhkəmə müəyyən edib ki, qrup İsrail səfirliyinə hücum planlaşdırırmış. İstintaq göstərib ki, Karaki və Hüseyn "Hizbulla" ilə əlaqədə olublar.

Oktyabrın 15-də isə iki ayrı məhkəmə prosesində 15 nəfər Azərbaycan vətəndaşı Pakistan və Əfqanıstanda qanunsuz silahlı qruplaşmalarda iştiraka görə 6 aydan 30 ayadək həbs cəzasına məhkum olunublar.

Noyabrın 4-də isə məhkəmə 26 nəfəri 2 ildən 15 ilə qədər azadlıqdan məhrum edib. Onların arasında 23 azərbaycanlı, 2 nəfər Türkiyə və bir Rusiya vətəndaşı olub. Sözügedən şəxslər 2008-ci il avqustun 17-də Bakıdakı "Əbubəkr" məscidinə hücumda ittiham olunublar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

BMT Azərbaycan hökumətini tənqid etdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir

Qarabağda yaşayan vətəndaşlarımıza status vermək olar

İlhamə Quliyeva hesabata hazırlaşır

Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı

Bölmənin digər xəbərləri
 
Bakıda AGRI layihəsi üzrə sammit keçiriləcək
Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri bir araya gələcəklər

ATƏT-in növbəti sammiti dekabrın 1-2-də Astanada keçiriləcək
ATƏT Nazirlər Şurası ATƏT-in növbəti sammitinin keçirilməsi barədə qərar qəbul edib.

Rus - gürcü münaqişəsi beynəlxalq məhkəmədə
Gürcüstanın iddiası əsasında dinləmələr başlayacaq

Rusiya Qafqazda RƏM sistemi qurmaq istəyir
Ermənistandakı 102 saylı hərbi baza ilə bağlı daha bir proqnoz

"Ordu islahatlarında 6-7 illik gecikmə var"
1991-2010-cu illərdə Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hesabat-araşdırma hazırlanıb

Türk Dünyası Şurası yaranır
Əhməd Davudoğlu: "Azərbaycan gücləndikcə biz özümüzü güclü hiss edirik"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər