Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Narkoman təcridxanada özünü asıb
Şənbə, 07.08.2010

mətn ölçüsü  

Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş vermişdir. Bu barədə Sabunçu rayon Prokurorluğundan bildirilir. Hadisə avqustun 2-dən 3-nə keçən gecə qeydə alınıb. ƏN Penitensiar Xidmətinin Sabunçu rayonundakı İstintaq Təcridxanasında saxlanan 41 yaşlı Alim İsmayılov özünü kamerada asmışdır. Onun özünü öldürməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.

Alim İsmayılov CM-nin 234.1-ci (satış məqsədli olmadan narkotik vasitələrdən istifadə etmə) maddəsi ilə təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçildiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Qusar sakini özünü bıçaqlayıb

Qusar şəhər sakini, 66 yaşlı Baləli Yumadiddin oğlu Novruzov qarın nahiyəsindən yara ilə rayon xəstəxanasına çatdırılıb və hazırda reanimasiya şöbəsində müalicə altındadır. Onun vəziyyəti ağır olaraq qalır. Polis şöbəsindən bildirilir ki, onun özünü bıçaqladığı güman olunur. Xəstə ayılmadığı üçün hələlik ifadə almaq mümkün olmayıb.

Həmkəndlisini döyərək öldürüb

İsmayıllı sakini öz həmkəndlisini döyərək öldürmüşdür. Bu qətl hadisəsi barədə İsmayıllı polisindən bildirilmişdir. Hadisə avqustun 2-dən 3-nə keçən gecə Sumağallı kəndində baş verib. Kənd sakini, 1959-cu il doğumlu Eldar Qaytaqov həmkəndlisi tərəfindən döyülüb və aldığı xəsarətdən yerindəcə keçinib. Onun meyiti meşə massivində yaxınları tərəfindən hadisə baş verəndən bir neçə saat sonra aşkarlanıb. Meyitə ilkin baxış zamanı ekspertlər onun işgəncə ilə öldürüldüyünü müəyyən ediblər.

Baş vermiş hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları əməliyyat-istintaq qrupu yaradıblar. Hadisə ilə bağlı bu kəndin sakini, 1972-ci il doğumlu Hikmət Mirzəyev saxlanıb.

REKLAM

O, şəxsi zəmində münaqişə zamanı daş parçası ilə Eldar Qaytaqovun başından vuraraq öldürdüyünü etiraf etmişdir. Belə ki, Göyçay sahilində piknik təşkil ediblər, sonra aralarında mübahisə baş verib və oradan gediblər. Sonra yolda rastlaşıblar. Hikmət daşla Eldarın başından vurub öldürüb və hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi qaldırılıb.

Özünü tövlədə asıb

Şəki rayonunun Qaracənnət kənd sakini, 1966-cı il doğumlu Qocayev Ağalar Məhəmməd oğlu həyətində tikilmiş tövlədə özünü asaraq intihar etmişdir. Rayon polis şöbəsindən verilən bilgiyə görə, Ağalar Qocayev əsəb xəstəliyindən əziyyət çəkirmiş və Şəki Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olmuşdur. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Qaraçuxurda müdhiş qətl

Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qətl hadisəsi baş vermişdir. Bu barədə rayon polisindən bilgi verilmişdir. Şəki rayonunun sakini, 31 yaşlı Xaqani Cabbarov iki uşağı olan ərli qadını qaçırmış, paytaxta gətirmiş və Qaraçuxurda mənzil tutaraq birlikdə yaşamağa başlamışdır. Qadının qardaşı 25 yaşlı Arif Məmmədov onları axtarmış və ünvanlarını öyrənərək oraya gəlmiş, evə daxil olaraq çoxsaylı bıçaq zərbələri ilə onu öldürmüşdür. Qadın uşaqlarını götürüb hadisə yerindən uzaqlaşmağa macal tapmışdır. Arif Məmmədov polisdə bildirmişdir ki, onların hamısını öldürmək niyyəti varmış, yalnız birini öldürə bilmişdir. Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

Saxta diplom satan

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxta diplom satan şəxs yaxalanıb. Paytaxt sakinləri Namiq Əliyev və Samir Əfəndiyev Şirvan şəhər sakini Güllü Nağıyevaya guya, ADU "Fars dili tərcüməçisi" fakültəsini bitirməsi barədə diplomu 5000 dollara satarkən tutulmuşlar. Saxta diplom satanların əvvəllər də məhkum olunduqları bildirilir.

Soyğunçular yaxalanıb

Soyğunçuluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, avqustun 3-də gecə saat 02:30 radələrində paytaxtın Neftçilər prospektində Nizaməddin Nəbiyev, Bahadur Mustafayev, Rəşadət Mustafayev, Murad Budaqov, Səbuhi Əliyev və Kənan Quliyev Gəncə şəhər sakini Ziya Sadıxovu döyərək mobil telefonunu, sənədlərini və açarlarını alaraq soyğunçuluq ediblər. Onlar Səbail polisi tərəfindən yaxalanmışlar. Bəlli olub ki, onlar iyulun 31-də həmin səmtdə başqa bir şəxsi - Seymur Məmmədovu döyərək mobil telefonunu alıblar. İndi onların digər cinayət əməllərinin olub-olmadığı araşdırılır.

(APA-nın materialları əsasında hazırlanmışdır)


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Kitab oğruları cəzasını aldı
Onlara 3 il şərti iş kəsildi

Şirvanda antinarkotik əməliyyat
4 həyətyanı sahədə 500-ə yaxın çətənə kolu

Transmilli orqan mafiyası ifşa olunub
Onlar qurbanlarını Azərbaycanda və Ekvadorda əməliyyat etdiriblər

İş adamının qətlində sarsıdıcı faktlar
Zərərçəkmiş tərəf hakim Ələkbər Quliyevi ittiham edir

"Dedim ki, İslam dinini qəbul et..."
Salyan sakini cinayətin təfərrüatlarını açıqladı

Torpaq alverçisi azadlıqda
Fırıldaqçı şəxs şərti cəza aldı

Gəlin qayınanasını qətlə yetirib
Cinayət Masallıda baş verib

Xərac yığan zabitin cəzası ağırlaşdırılmadı
Hərbi Prokurorluğun bu barədə istəyi təmin edilmədi HACI

Keçmiş müstəntiqin məhkəməsi
Onu oğurluq və dələduzluqda ittiham edirlər ZEYNAL



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər