Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Ekologiya Nazirliyi niyə brakonyerləri görmək istəmir?
Ekologiya Nazirliyi niyə brakonyerləri görmək istəmir?
Şənbə, 07.08.2010

mətn ölçüsü  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Tariel Məmmədli çərşənbə axşamı bir sıra KİV-lərin Xəzərdə, xüsusən dənizin Azərbaycan sektorunda nərə balıqlarının tutulması ilə bağlı yaranmış fövqəladə vəziyyət barədə yaydığı məlumatı təkzib etməyə çalışıb.

Tanınmayan bir KİV-ə müsahibisində Məmmədli, ad çəkmədən, bir informasiya agentliyini yalan məlumat yaymaqda ittiham edib. Daha sonra Məmmədli "Turan" agentliyini səriştəsizlikdə, qərəzlilikdə, şəxsi maraqları güdməkdə və s. ittiham edib. Agentliyin Xəzərin Azərbaycan sektorunda brakonyerlik və nərə balığının azalması ilə bağlı toxunduğu məsələ Məmmədlini və göründüyü kimi, bütün Ekologiya Nazirliyini çox qıcıqlandırıb.

Qeyd edək ki, ilk olaraq iyulun 23-də "Frans press" bu mövzuda məlumat yayıb. Xüsusən, Azərbaycan və Türkmənistanın 2010-cu ildə ağ balıq tutmaq üçün kvota almadığı bildirilirdi. Mənbə qeyd edirdi ki, Azərbaycanda nərə balığının mühafizəsi və çoxaldılması üçün kifayət qədər iş görülmədiyi üçün bu ölkənin qara kürü ixracına qoyulan qadağa da saxlanılıb. Bundan başqa, Azərbaycanda nərə balığı və kürünün brakonyerlik yolu ilə əldə edilməsi digər ölkələrdən daha çox yayılıb.

İyulun 26-da "Turan" agentliyi bu məlumata düzəliş verərək, cari ildə Azərbaycanın nərə balığının yox olmaqda olan növünü mühafizə etmək üçün birtərəfli qaydada ağ balıq tutmaqdan imtina etdiyi barədə məlumat yayıb. "Turan" həmçinin bildirib ki, cari ildə Azərbaycanın nərə balığının tutulması üzrə milli kvotası 84 ton təşkil edib.

Üç gün sonra Qazaxıstan KİV-ləri məlumat yaydı ki, Qazaxıstan sektorunda Azərbaycana məxsus, içərisində 22 sentner nərə balığı olan iki brakonyer gəmisi saxlanılıb. Qazaxıstanın gazeta.kz resursu qeyd edirdi ki, dəfələrlə saxlanılmalarına baxmayaraq, Azərbaycan brakonyerlərinin Qazaxıstan sektoruna çıxışı davam edir. 2007-ci ildə iş diplomatik qalmaqala qədər böyümüşdü. 2007-ci ilin iyulunda Qazaxıstan XİN Azərbaycan XİN-ə Azərbaycan brakonyerlərinin vəhşi hücumları ilə əlaqədar nota göndərmişdi. Həmin vaxt 11 ton nərə balığı daşıyan üç gəmi saxlanılmışdı.

Məmmədli bunu belə izah edir: brakonyerlər ona görə balıq tutmaq üçün qonşu sahillərə gedirlər ki, Azərbaycan sektorunda sərhəd xidməti, DİN və s. nərə balıqlarını ayıq-sayıqlıqla mühafizə edir.

Bu zaman sual yaranır, brakonyerlər superradarlarla silahlanmış "ayıq-sayıq" sərhədçilərdən necə yan keçir? Bəlkə onları görmək istəmirlər? DİN, Dəniz Administrasiyası hara baxır ki, onların diqqətli nəzarəti altında tanınmayan barkas və gəmilər dənizə çıxır?

Lakin Taryel Məmmədli Qazaxıstandakı hadisəni "Exo" qəzetinə şərh edərkən bildirib ki, bu məsələnin "bizə aidiyyəti yoxdur". "Bu, Azərbaycanın ərazi sularından kənarda baş verir. İndi balıq sənayesi üzrə dövlət sektoru yoxdur. 2001-ci ildə "Azərbalıq" ləğv edilib və bütün gəmilər özəlləşdirilib".

Elə həmin qəzetə müsahibəsində Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova bildirib: "Bilirəm ki, Sumqayıtdan şimalda yerləşən qəsəbələrdə "brakonyer briqadaları" var, onların gəmiləri var və avtomatla silahlanıblar. Bunlar kimin adamlarıdır, kimə işləyirlər? Təbii ki, özbaşına deyillər, əks halda çoxdan həbs edilərdilər".

Ola bilər ki, Məmmədlinin görmə qabiliyyəti zəifdir və o, Qazaxıstan sahillərini yaxşı görmür. Bəs o və şefi - Hüseynqulu Bağırov gözlərinin önündə - "Təzə Bazar"da brakonyer kürüsü və nərə balığının açıq-aşkar satıldığını görmürlər?

Ekologiya Nazirliyinin məmurları bilməli idilər ki, Azərbaycanda brakonyerlik ənənələri həmişə güclü olub və bu gün də belədir. Deltaplanlarda uçmaq və Antarktidada xizək sürmək əvəzinə MTN-in arxivlərində saxlanılan, Azərbaycanda 1985-ci ildə yüksək kabinetləri silkələyən balıq mafiyası haqqında işlə tanış olmaq lazım idi ("Turan").


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Avroya tələbat artıb
Ucuz alınmış valyutanı satmağın zamanıdır

Sahibkarlıq əngəllənir
İş adamları gəlirin 30 faizini qeyri-rəsmi ödənişlərə xərcləyirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər