Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İranda "Ana" sözü çox təhlükəli
İranda "Ana" sözü çox təhlükəli
Amma ermənilərə "tarixi abidələrini axtarmaqda" yardım lazımdır
Şənbə, 07.08.2010

S.Sədrəddin mətn ölçüsü  

"Ayna"nın ötən saylarından birində xəbər vermişdik ki, ermənilər Güney Azərbaycanda "öz izlərini" axtarır. Bu işdə onlara Tehrandan yardım edilir. Azərbaycan türklərinə məxsus yer adları dəyişdirildiyi, onların tarixi abidələri dağıdıldığı halda, İslam Respublikası rəhbərliyi "ermənilərin tarixi abidələrinin" qorunması üçün yardım ayırır.

"Armtudey" xəbərində deyilir: tarixi abidələr üzrə erməni mütəxəssis Samvel Karapetyan deyib ki, İranda "erməni mədəni abidələrinə çox böyük hörmətlə yanaşırlar". Onun sözlərinə görə, "erməni kilsəsinə aid bütün abidələri sökməyə hazır olan Gürcüstandan" fərqli olaraq, Tehran "erməni kilsəsinə məxsus irsi" hörmət və qayğı ilə qoruyur.

Karapetyan İranda apardıqları araşdırma haqda bildirir: "Bir ay ərzində biz İranın yüzə yaxın kəndində erməni abidələrini araşdırdıq. Qrupumuz Tehranın cənubundakı Qəzax, Kəmər, Periha, Yeni Cugədə fəaliyyət göstərdi. Bu yerlərdə biz erməni kilsəsinə aid 20-yə yaxın abidə aşkarladıq. Məlum oldu ki, ötən illər ərzində iranlılar onlara toxunmayıb. Bizə qum altında qalmış yeri göstərərək dedilər ki, orada gildən tikilmiş erməni kilsəsi olub".

Erməni mütəxəssis onu da qeyd edib ki, gildən tikilsə də, həmin "erməni kilsəsi salamat qalıb". "Onların bəzilərindən məscid kimi istifadə edilib. Belələri daha yaxşı qorunub. Kilsələrin yanında isə "erməni abidəsidir" lövhələri asılıb. Kəndlilər bu abidələri dağıtmır. Bununla yanaşı, İran hakimiyyəti çoxsaylı erməni abidələrinin bərpası üçün vəsait ayırır", - deyə erməni mütəxəssis vurğulayıb.

Erməni arxitekturasını araşdırma ictimai təşkilatı bu ilin yayında "İrandakı ermənilərin tarixi abidələrinin araşdırılmasına başlayacağını" bildirmişdi.

Təşkilatın Yerevan şöbəsinin başçısı Samvel Karapetyan ona demişdi: "2010-cu il üçün nəzərdə tutulmuş ən iri layihə məhz ermənilərin İrandakı tarixi abidələrinin araşdırılmasıdır".

Erməni informasiya mənbələri yazırdı: "Bu irimiqyaslı proqram Ermənistanın tarixi torpaqlarındakı, o cümlədən Qaradağ, Xoy, Salmast (əslində Salmasdır - S.S.) (erməni mənbəsinin qeyd etdiyi bu bölgələr Azərbaycanın qədim torpaqları, Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətidir - S.S.), eləcə də İrandakı başqa ərazilərdə erməni abidələrini araşdıracaq".

S.Karapetyan qeyd etmişdi ki, layihə Tehrandakı "Vaçe Ovsepyan" dövlət muzeyi əməkdaşlarının birgə iştirakı ilə gerçəkləşdiriləcək. Onun sözlərinə görə, əvvəllər təşkilat özünümaliyyələşdirmə hesabına bu sayaq layihələr edirdisə, bu proqram Ermənistanın dövlət büdcəsi hesabına həyata keçiriləcək.

Bu da belə. Necə deyərlər, şərhə ehtiyac yoxdur



Azərbaycanda erməni idman festivalı

İran rəhbərliyinin Azərbaycan türklərinə qarşı psixoloji basqısında belə bir əllaməliyə də şahid olduq. Türklərin bir yerə toplaşaraq problemlərindən danışmasını qısqanan İslam Respublikası rəhbərliyi ermənilərə qucaq açır. Bu azmış kimi, Tehran onların Güney Azərbaycan ərazisinə toplaşmasına şərait yaratmaqla, sanki Türk Dünyasına, özəlliklə Azərbaycana gözdağı verir.

İyulun 29-da Güney Azərbaycanın Urmiya şəhərində dünya ermənilərinin idman festivalının açılışı olub. 10 günlüyə planlaşdırılan bu mərasim Urmiyanın Çarbaş məhəlləsində erməni icmasına məxsus idman klubunda davam edəcəyi gözlənir.

Festivalda Ermənistan, Livan, İran, İraq, habelə Avropa və Amerika ölkələrində yaşayan ermənilər iştirak edir. Tədbir İran məclisi, İslam Respublikası Bədən Tərbiyəsi İdarəsi və iranlı ermənilər qurumu tərəfindən təşkil olunur. Mənbənin bildirdiyinə görə, keçənilki mərasimdə 2 min erməni iştirak edib. Onlar Urmiyanın ən bahalı sahilyanı mehmanxanalarında qalırlar.

Makı şəhəri yaxınlığında bir Qarakilsə deyilən yer var. İran hakimiyyəti dünya ermənilərinin Güney Azərbaycan ərazisindəki bu kilsəyə toplaşaraq, siyasi mahiyyətli tədbir keçirməyinə şərait yaradır. Bu mərasimdə Tehran rəsmiləri də çıxış edir, "ermənilərin problemləri" və "soyqırım" kimi saxta tarixi hadisələrdən danışırlar.

Sözardı

Ötən gün Azərbaycanın işğal altında olan ərazisində, daha dəqiq, Füzuli rayonunda yerləşən Azıx mağarasında dünyanın çeşidli ölkələrindən çağırılmış arxeoloqlarla birlikdə "elmi-araşdırma" işləri aparıldığı haqda məlumat yayıldı. Karapetyanın İran səyahəti əslində "tarixi abidələri aşkarlamaq" və onların vəziyyəti barədə məlumat toplamaq deyil, dünyaya ermənilərin "geniş arealını" nümayiş etdirmək cəhdidir.

Qum altından çıxarılaraq, "erməni abidəsi" kimi təqdim edilən nələrəsə İslam Respublikası maliyyə vəsaiti ayırdığı halda, Azərbaycan türklərinə ana dilində dükan adlarını qoymağı belə çox görür.

"Canaz.TV"yə əsasən, İran Mədəniyyət Nazirliyinin saytında şirkətlərin istifadəsi üçün yasaqlanmış ingilis, ərəb, fransız, o cümlədən türk mənşəli sözlərin və adların siyahısı yerləşdirib. Orada deyilir:

"Biz mağaza şüşələrində, ad lövhələrində, malların qablaşdırılmasında və s. bu kimi sahələrdə səlahiyyətli orqanlar, o cümlədən bələdiyyə, polis, fars dil və ədəbiyyatı qurumu, eləcə də şirkətləri qeydə alan idarələrlə əməkdaşlıq edərək, qeyri-farsların lüğətlərindən istifadə edilməsinə imkan verilməməsi haqda razılıq əldə etmiş və buna çalışırıq".

Həmin sözlərdən bir neçəsi: Alma, Alış, Ana, Ay, Aylar, Aysuda, Burada, Aynaz, Barlı, Taysız, Dadlı, Dəniz, Cansu, Sona, Sevin, Qaratel, Birtanə və s.

"Amerikanın səsi" radiosunun məlumatına görə, nazirliyin səhifəsində təhriflərə də yol verilib. "Mədəniyyət" işçiləri "çərəz", "restoran", "sayan", "siz", "horand" kimi sözlərin farsca olduğunu iddia ediblər.

Qurum yasaqladığı 662 addan Güney Azərbaycan türkləri üçün "Alma", "Ana", "Sona", "Dəniz" kimi adlardan ikisinə şərt daxilində icazə verib. Belə ki, "Aynaz" sözündən yalnız Güney Azərbaycan bölgələrində istifadəyə icazə verilir. İranın başqa əyalətlərində bu adın istifadəsi yasaqdır. İkinci isə "Kalber" kəlməsidir. Nazirliyin açıqlamasında deyilir ki, bu ad yanında "bu ad Sistan və Bəlucistan əyalətində bir kənd adıdır" qeydi yazıldıqdan sonra işlədilə bilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır

Yerevan yeni səfirini təyin etdi

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər

Bölmənin digər xəbərləri
 
Futbola Şimali Koreya yanaşması
Təbrizli futbolsevərlərdən FİFA-ya şikayət



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər