Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Modelyer dizayner Gülnarə Xəlilova: "Dünyada əl işinə çox böyük dəyər verirlər"
Modelyer dizayner Gülnarə Xəlilova:
"Dünyada əl işinə çox böyük dəyər verirlər"
İlin işgüzar xanımının sənət uğurları
Şənbə, 07.08.2010

Sevinc İsmayıl mətn ölçüsü  

"İlin işgüzar xanımı" yeni zirvələri fəth edir. Bu il onun üçün böyük işgüzarlıq ilidir. Bir neçə səfərləri olub, müxtəlif mükafatlara layiq görülüb. Modelyer dizayner Gülnarə Xəlilova öz sənət çalışmalarındakı uğurlarını bizimlə daha ətraflı bölüşür. Gülnarə Xəlilova deyir:

- Bu il mənim üçün yadda qalan hadisələr və uğurla başladı. İki mükafata: "İlin işgüzar xanımı" və mətbuatın 135 illiyi ilə bağlı verilən "Mətbuatın dostu" mükafatına layiq görüldüm. Konsertlərə gəlincə, iki layihədə işlədim. Mart ayında əməkdar artist Simarə İmanovanın Filarmoniyadakı konsertində geyindiyi libasları mən hazırlamışdım. Və may ayında Heydər Əliyev Sarayında əməkdar artist Tünzalə Ağayevanın solo konserti təqdim olundu. Bu konsertdə isə mən bütün musiqi heyətinin libaslarının müəllifi idim. Bunlar mənim uğurlarım idi və burada ilk dəfə olaraq sizə danışıram.

Fevral ayında bir beynəlxalq təşkilatdan, özəlliklə Rövşən Muradovdan gözəl bir təklif aldım. Misirdə İskəndəriyyə kitabxanasında Azərbaycan guşəsi açılırdı və mənə bir milli libasın bu guşədə yer almağını təklif etdilər. Və mən çox böyük məmnuniyyətlə milli libaslarımdan birini hədiyyə olaraq həmin kitabxanaya göndərdim. Geyim orada çox gözəl qarşılandı. Və cavab olaraq Qadınların Beynəlxalq Sülh Hərəkatı Fondunun sədri Suzanna Mübarəkdən təşəkkür məktubu aldım.

Aprel ayında 100 illik yubileyi ərəfəsində Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yenicə fəaliyyətə başlayan Yaradıcılıq Studiyasının "Təbəssüm" rəqs kollektivi Türkiyəyə yola düşdü. Bütün dünyaya yayımlanan TRT-nin xətti ilə 32-ci dəfə düzənlənən Beynəlxalq Çocuq Festivalında bu dəfə bizi Musiqili Komediya Teatrının balaca artistləri təmsil edirdilər. Dünyanın ən müxtəlif ölkələrindən gələn çocuqlar bayram günlərində Ankaraya uçdular, TRT rəhbərliyi, Türkiyə Parlamentinin üzvləri, baş nazir Rəcəp Tayyip Ərdoğan və hətta prezident Abdullah Güllə görüşdülər. Rəqs qrupunun kiçik üzvü Vaqif baş nazir Rəcəp Tayyip Ərdoğana, prezident Abdullah Gülə mənim hədiyyə kimi hazır etdiyim "İçərişəhər" kompoziyasını təqdim etdi. Qeyd etmək istəyirəm ki, Vaqifin kostyumunu da mən hazırlamışdım.

Bu ilin mart ayında Çində Beauty Fashion World 2010 gözəllik müsabiqəsi ənənəvi olaraq keçirildi. Və mənə Dünya Gözəllik Konqresinin prezidenti və Azərbaycan Moda Assosiasiyasının prezidenti Zamir Hüseynov Azərbaycanı bu müsabiqədə təmsil edən İradə Balaxanovanın libaslarını hazırlamağı təklif etdilər. Məmnuniyyətlə bu təklifi qəbul etdim. Sevindirici haldır ki, İradə mənim "Toxunma" kolleksiyamdan olan paltarla "ən gözəl ziyafət paltarı" nominasiyası üzrə mükafatlandırıldı. Ümumiyyətlə, dünyada əl işinə çox böyük dəyər verirlər. Bu geyim münsiflərin diqqətini cəlb etmişdi.

- Səhv etmirəmsə, Ankaradan yenicə qayıtmışsınız. Səfəriniz necə keçdi?

- Bəli, Ankarada Beynəlxalq ənənəvi Moda Nümayişində və sərgisində iştirak edirdim. Bu nümayiş Beynəlxalq Geyim Mədəniyyəti Assosiasiyası, Türkiyənin Ankara Olqunlaşma, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Koreyanın Ankara səfirliyi, Türkiyə-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə reallaşdı. İşlərim yenə də çox böyük diqqət və marağa səbəb oldu. Tədbirdə cənab Pak Türkiyə - Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, Li Sang - Çin ənənəvi Geyim və Mədəniyyət İnstitutunun direktoru, TBMM-in millət vəkili Şövket Gürsoy və Koreyanın Türkiyə səfiri iştirak edirdilər. Bu çərçivədə keçirilən konfransda bir neçə ölkənin nümayəndələri, həmçinin Azərbaycan nümayəndələri çıxış etmə hüququnu qazandılar. İki jurnal çap olundu və jurnallarda mənim çıxışım və hazırladığım libasların şəkilləri yer almışdı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Modelyer-dizayner Gülnarə Xəlilova: "Milli kolleksiyam mənim ən böyük varlığımdır"

Bölmənin digər xəbərləri
 
Əbülfəs Qarayev:
"Bütün kitabxana şəbəkəsində olan müəssisələr təmasda olmalıdır"

"Şou-biznes Lenini arzusuna çatdırıb"
Fərhad Xəlilov: "O arzu edirdi ki, incəsənət kütlə üçün olmalıdır ..."

Montanalı professor tələbələri ilə Azərbaycana gəlir
"Montanada muğam" filminin təqdimatı olacaq

Yalçın Rzazadə: "Milli estradada yadlaşma sindromu yaşanır"
Sənətkar ehtiyatlı olmağa səslədi

Əfsanəvi qrup Bakıya gəlir
"Boney M" qrupu bakılı pərəstişkarları ilə görüşəcək.

Milli Qəhrəman Mübariz İbrahimov haqqında film
Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatı və döyüş yoluna həsr olunmuş sənədli filmin çəkilişlərinə başlanıb.

Əzim Əzimzadənin 3000-dən artıq əsəri toplu şəklində çap ediləcək
Paytaxtımızda yaradılan ilk ev muzeyi Azərbaycanın ilk xalq rəssamı Əzim Əzimzadəyə aiddir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər