Hal-hazırda Ayna qəzetinin 07.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Meşə yanğınlarını DİN araşdıracaq
Meşə yanğınlarını DİN araşdıracaq
Bu hallar ölkə üçün son dərəcə ciddi təhdid sayılmalıdır
Şənbə, 07.08.2010

İ.Umudlu mətn ölçüsü  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şabran rayonunda keçən həftə baş vermiş meşə yanğınlarının səbəblərini araşdırmaq üçün Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Təbii ki, ölkənin gah bir, gah digər bölgəsində baş verən meşə yanğınları elə-belə baş vermir. Bütün hallarda bunun təqsirkarları var və onlar qanun qarşısında məsuliyyət daşımalıdırlar. ETSN öz müraciətində xahiş edir ki, Şabran rayonunda baş vermiş və təbiətə böyük ziyan vurmuş meşə yanğınlarının səbəblərini araşdırsın və təqsirkarları məsuliyyətə cəlb etsin. Rayonun Zeyvə kəndi yaxınlığında, ETSN-ə məxsus dövlət meşə fondunun ərazisində 30 hektar ərazidə kolluqlar və ağaclar yanmışdır. Meşə fondunun qalan ərazisini isə yanğından qorumaq mümkün olmuşdur.

Qonşuya köməyə gedirik

Azərbaycandan iki yanğınsöndürmə helikopteri Rusiyada meşə yanğınlarını söndürməkdə köməyə yollanmışdır. Rusiya Ukraynadan iki AN-32 təyyarəsinin də köməyə gəlməsinə izin vermişdir. Belə görünür, hər yay dünyanın müxtəlif bölgələrində özünü bütün qəddarlığı ilə göstərən meşə yanğınları ilə mübarizədə ölkələrin yardımlaşması zəruri hala çevriləcəkdir. Rusiya kimi böyük əraziyə malik ölkə üçün bu özəlliklə önəmli olacaqdır. Bizim "K-32A" markalı 2 helikopterin və onların 19 nəfərlik heyətinin artıq Ryazan vilayətinə yetişdiyi və yanğınsöndürmə işlərinə qatıldığı bildirilir.

Rusiyanın xəbər agentliklərinə istinadən, son bilgilərə görə, Rusiya ərazisində 529, başqa bir rəqəmə görə, 813 təbii meşə yanğını ocağı, o cümlədən 70 iri yanğın ocağı qalmaqdadır. Yanğın təhlükəsinin güclü olduğu dönəmdə Rusiyanın müxtəlif vilayətlərində indiyədək 379 meşə yanğını ocağını söndürmək mümkün olmuşdur. Bu mücadiləyə 155 min adam və 25 min texnika və o cümlədən, 56 təyyarə və vertolyot cəlb olunmuşdur. FHN ilə yanaşı bu işə ordu və DİN bölmələri də qatılmışdır.

Rusiya öz tarixində ilk dəfədir bir aydır davam edən anomal istilər üzündən baş verən meşə yanğınları kimi qorxunc bir təhdidlə üz-üzədir. Həlak olanların sayı artmaqdadır. Son məlumatlara görə, həlak olanların sayı 50-yə yaxındır.

REKLAM

Bəzi yoxsul kəndlərdə adamlar yeni ev almaqdan ötrü köhnə evlərini yandırırlar. Yəni kortəbii hadisələrlə yanaşı süni yanğınlar törədilməsi faktoru da yox deyil. Prezident D.Medvedyev artıq Rusiyanın meşə yanğınlarından daha çox əziyyət çəkmiş 7 subyektində fövqəladə vəziyyət elan edib. Rusiya prezidenti bu kimi ekstremal situasiyalara reaksiya vermək üçün kompleks proqram işləyib hazırlamağı tapşırmışdır. Qərb mediasının yazdığına görə, qlobal istiləşmə mövzusuna indiyədək şübhə ilə yanaşan Rusiya bu gerçəyi qəbul etmək zorunda qalmışdır.

Ölkəmizdə yeni yanğın hadisələri

FHN-ə istinadən yayılan xəbərə görə, çərşənbə axşamı günü Qobustan rayonunun Cəmcəmli kəndində dağlıq sahədə 40 hektar ərazidə kol-kos və quru ot yanıb. Yanğınsöndürənlər yaxınlıqdakı biçilməmiş taxıl sahələrini mühafizə etməyi bacarmışlar. Şəki rayonunun Təpəcənnət kəndində isə 11 hektarlıq kövşənlik yanmışdır.

Həmin gün Lənkəran rayonunun Yuxarı Nüvədi və Narbağı kəndləri ərazisindəki meşə massivlərində yanğın qeydə alınıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısını almaq mümkün olub. Burada ümumilikdə 2 hektaradək sahə yanmışdır. Həmin gün gecə saatlarında qonşu Lerik rayonunun dağlıq ərazisində də yanğın baş verib. Meşə mühafizəçilərinin və yerli əhalinin köməyi ilə yanğının qarşısını almaq mümkün olub. Burada 5 hektar meşə sahəsi yanıb kül olub. İlkin versiyaya görə, meşə yanğınlarına yerli sakinlərin odla ehtiyatsız davranmaları səbəb olmuşdur.

Cənub bölgəsində daha bir yanğın Cəlilabad rayonunun Dələli kəndinin sərhəd zolağında baş vermişdir. Burada yanğın 100 hektar sahəni əhatə etmişdir. Quru otlaq sahəsində baş vermiş bu yanğın gecə saatlarında yanğınsöndürənlər tərəfindən söndürülmüşdür (APA).

Avqustun 3-də gecə İsmayıllı rayonunun dağlıq ərazisində, Talıstan kəndi yaxınlığında yüksək sıldırım dağlardakı meşələrdə yanğın ocaqları qeydə alınmış, avqustun 4-də bütün günü bir neçə yaxın rayonun yanğınsöndürənlərinin, helikopterlərin, yerli əhalinin və FHN xilasedicilərinin köməyi ilə yanğın ocaqlarını söndürmək mümkün olmuşdur. Hər halda belə deyilir. Dağlarda texnikanın işləməsi çətin olduğundan daha çox əl əməyindən istifadə edilmişdir. Helikopterlər Aşıqbayramlı gölündən götürdükləri suyu havadan yanğın ocaqlarına səpmişlər. Meşə fonduna dəyən ziyana gəldikdə, 6 hektaradək sahənin yandığı bildirilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"8-ci kilometr bazarı"nda yanğın: bəzi təfsilatlar

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Meşə yanğınları - daha bir milli təhlükə

Bölmənin digər xəbərləri
 
Şəhər susuzluqdan əziyyət çəkir
"Azərsu" isə sakinləri israfçılıqda günahlandırır

Təqaüdçü 80 manat alırsa...
Hər kəsin yüksək yaşadığını düşünmək olmaz

Azərbaycanda hər dörd nəfərdən biri ölkədən getmək istəyir
"Gallup"un sorğusuna görə, Ermənistanda əhalinin az qala yarısı bu fikirdədir

Geni dəyişmiş məhsullardan necə qorunaq?
Cəmiyyət bu barədə biliksizdir

Lerikdə məmurların öz qanunları, öz ana yasaları var
Bu qanunlar körpələrin pullarını əllərindən almağa imkan verir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər